Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 Avqust 2011 - �30

 

Dərsin tərbiyəedici məqsədlərinə diqqət yetirilməlidir

 

Müasir dövrdə məktəbin qarşısında duran əsas vəzifə fəal vətəndaş yetişdirmək olduğundan və bu vəzifənin həlli məktəbdə daha çox tərbiyə işi aparılmasını tələb etdiyindən hər bir dərsin tərbiyəedici məqsədlərinin reallaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Bunu nəzərə alaraq mən dərslərimdə təlim vəzifələri ilə yanaşı tərbiyə vəzifələrinin də yerinə yetirilməsinə, keçilən hər bir mövzunun şagirdlərin tərbiyəsində iz salmasına çalışıram. I sinifdə keçdiyim "açıq dərs"də bu sahədəki təcrübəmi öz məktəbimizdən və rayonumuzun digər tədris ocaqlarından olan həmkarlarımla bölüşdüm və onlar dərsimdən, xüsusən də dərsin tərbiyəedici vəzifəsini reallaşdırmaq üçün aparılmış işdən razı qaldılar.

Ana dilindən apardığım "açıq dərs"in mövzusu "Xocalı faciəsi" idi. Təlim məqsədlərini mövcud standartlara  uyğun olaraq belə müəyyənləşdirmişdim.

- Mətndəki əsas fikri şagirdlərə şüurlu şəkildə mənimsətmək;

- Öyrəndiyi yeni sözlərdən nitqdə istifadə etmək;

- Mətni sürətli oxumaq.

Tərbiyə vəzifəsi isə şagirdlərdə torpağa, Vətənə məhəbbət, düşmənə nifrət hissi aşılamaq idi.

Həyat bilgisi, təsviri incəsənətlə inteqrasiya əsasında qurduğum dərsdə kollektiv iş formasından, müzakirə, klaster, Venn diaqramı üsullarından istifadə etdim.

Öncə lövhədə müharibəni əks etdirən şəkillər asıldı, Xocalı faciəsinə aid kadrlar göstərildi. Sonra şagirdlərə şəkillər və kadrlara dair öz fikirlərini bildirmək tapşırıldı. Sinfə aşağıdakı suallarla müraciət etdim:

- Uşaqlar, bu səslər, şəkillər sizə nəyi xatırladır?

- Görəsən, bu insanların günahı nədir?

- Bu hadisələri törədən kimlərdir?

- Onlar bizdən nə istəyirlər?

Şagirdlərin cavabları dinlənildikdən sonra Xocalı faciəsi haqqında məlumat verdim. Mətn oxundu və şagirdlər mətndə rast gəldikləri yeni sözlərin mənasını izah edərək cümlə içərisində işlətdilər.

Tədqiqat sualı qoyuldu: Müharibə hansı fəsadları törədir?

Şagirdlərin fərziyyələrini dinlədim, bir neçə fərziyyə yazı lövhəsində qeyd olundu. Onlar üzərində iş nəticəsində bütün şagirdlərin bu barədə fikirləri müəyyənləşdirildi.

Lövhədən müharibəni, qələbəni əks etdirən iki şəkil asaraq şagirdlərə müraciət etdim:

- Birinci şəklə baxanda nə üçün insanlar kədərlənir?

- Müharibə nələrə son qoyur?

- O, ətraf aləmə necə təsir edir?

Şagirdlərin fikirləri klaster üsulu ilə lövhədə qeyd olundu. Aydın oldu ki, müharibə zamanı üzlərə kədər qonur, torpaqlar zəbt olunur, evlər dağıdılır, yandırılır, kənd təsərrüfatına ziyan dəyir, uşaqlar yetim qalır, təbiət korlanır.

Sonra 2-ci şəkil üzərində iş apardım. Uşaqlar şəkildə insanların sülhü qeyd etdiyini bildirdikdən sonra sülhün nəticəsi barədə diskussiya getdi. Qeyd olundu ki, sülh zamanı əmin-amanlıq olur, insanlar sevinir, təbiət gözəlləşir, hər yer abad olur.

Cavablar Venn diaqramında müqayisə olundu. Beləliklə, şagirdlər müharibələrin çox pis hadisə olduğu fikrinə gəldilər, onlarda müharibələrə və onu törədənlərə nifrət hissi yarandı. Sonra Xocalı faciəsi haqqında şagirdlərə geniş məlumat verib, soyqırımının nəticələrini əks etdirən statistikanı onların nəzərinə çatdırdım.

Mövzu ətrafında müzakirə oldu. Məlumatın müzakirəsi aşağıdakı suallar üzrə aparıldı.

- Nə üçün bu faciə baş verdi? O nə vaxt olub?

- Onu törədən kimlər idi?

- Müharibə ilə sülhün fərqi nədir?

- Bu gün torpaqlarımızı kimlər qoruyur?

- Sən torpaqlarımızı necə qoruyarsan?

- M.İbrahimov, F.Əhmədov kimdir?

- Onlar nə üçün şəhid olublar?

- Bu torpaqlar və şəhidlərimiz haqqında düşünəndə hansı hissləri keçiririk?

Daha düzgün variantlar müzakirə olundu. Şagirdlərin bilikləri meyarlara əsasən qiymətləndirildi.

Dərsin nəticələrinin çıxarılması mərhələsində şagirdlərə Azərbaycan haqqında qısa məlumat verdim. Yadelli işğalçıların daim torpaqlarımızda gözü olduğu qeyd olundu. Bildirildi ki, Azərbaycanın igid oğulları torpaqlarımız uğrunda daim vuruşmuş, onu düşmənə verməmişlər. Bu qədim dövrlərdə də belə olub, indi də belədir, hər zaman da belə davam edəcək. Biz əminik ki, itirilmiş torpaqlarımız sülh yolu ilə, lazım gələrsə müharibə yolu ilə də olsa geri qaytarılacaq, günahsız insanlarımızın qanı yerdə qalmayacaq.

Xocalı faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Yaradıcı tətbiqetmə üçün şagirdlərə Xocalıya aid şəkil çəkmələri tapşırıldı. Beləliklə, dərsin tərbiyəedici məqsədinə - şagirdlərdə düşmənə qarşı nifrət hissinin yaradılması, onlarda vətənpərvərlik hissinin gücləndirilməsinə nail olundu

Zemfira ABDULLAYEVA,
Ucar
şəhər 2 nömrəli məktəbin
ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov