Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 Avqust 2011 - �30

 

Xarici mətbuat səhifələrində

 

Rusiyada "Bizim yeni məktəb" layihəsinə 2 milyard rubl ayrılıb 

Rusiya Federasiyasının 30-dan artıq regionu "Bizim yeni məktəb" milli təhsil təşəbbüsləri çərçivəsində maliyyə dəstəyi alacaq. 4 region - Altay, Stavropol, Rostov və Sverdlovsk vilayətləri 100 milyondan artıq subsidiya alacaq. Ümumilikdə isə təşəbbüsün reallaşmasına 2 milyard rubl sərf olunacaq. Rusiya Prezidenti Dmitri Medvedevin sözlərinə görə, "Bizim yeni məktəb" layihəsinin mənası uşaqların potensiallarını aşkara çıxarmaq, onlarda elmə və biliklərə maraq oyatmaq, onların sağlam həyat tərzinə və mənəvi saflığına nail olmaq, uşaqları, ölkənin innovativ və modern inkişafı vəzifələri nəzərə alınmaqla, peşəkar fəaliyyətə hazırlamaqdır. Dövlət başçısı əlavə edib ki, "bu, qısamüddətli layihə deyil, təhsil sahəsində strateji siyasətdir".

 

 

Amerikalı şagirdlər xəritədə öz ölkələrini  tapa bilmirlər 

Amerika Təhsil Nazirliyinin araşdırmaları göstərir ki, amerikalı məktəblilərin böyük qismi öz ölkələrinin coğrafi yeri barədə pis məlumatlandırılıblar. Amerika mətbuatı xəbər verir ki, orta məktəblərin 4-cü, 8-ci və 12-ci sinif şagirdləri arasında aparılmış araşdırmaların nəticələrinə əsasən, yalnız  dördüncülərin 50 faizi Şimali Amerika, Kaliforniya və Los-Ancelesin ərazilərini xəritədə göstərə biliblər. Məlum olub ki, bütün yaş qruplarından olan şagirdlərin yalnız üçdə biri fənni "ortadan yuxarı" səviyyədə, yalnız cüzi qismi isə  mükəmməl bilir.  Lakin şagirdlərin 20-30 faizi hətta, baza səviyyəsində belə coğrafiyanı bilmir.

Dördüncülər üçün "ortadan yuxarı" səviyyədə coğrafiyanı bilmək, məsələn, torpaqların eroziyası ilə mübarizə yollarını sadalamağı bacarmaları, səkkizincilər üçün Hindistanda musson effektini  qiymətləndirmək, 12-ci sinif şagirdləri üçün əhalinin təbii artım səbəblərini izah edə bilmək hesab olunur.  Tədqiqatçılar hesab edirlər ki, şagirdlərin coğrafiya fənnini pis bilmələrinin əsas səbəblərindən biri çox hallarda yeni texnologiyalardır. GPS qurğulardan müntəzəm istifadə olunması sayəsində məlumatları coğrafi xəritədən oxumaq qabiliyyəti son vaxtlar öz aktuallığını itirib. Tədqiqatçılar öz araşdırmalarını hazırlayarkən ötən il 26,5 min özəl və dövlət məktəblərinin şagirdlərinin test imtahanlarının nəticələrinə əsaslanıblar. Amerikada şagirdlərin məktəb fənləri üzrə biliklərinin qiymətləndirilməsi hər il aparılır. Hər dəfə tədqiqat obyekti kimi müxtəlif fənlər seçilir.  Bu il tədqiqat fənni kimi məktəblilərin coğrafi bilikləri öyrənilib.

 

Gürcüstanda 60 min birinci sinif şagirdi dövlətdən pulsuz netbuk alacaq 

Gürcüstanda 2011-2012-ci dərs ilində 60 min birinci sinif şagirdi dövlətdən pulsuz netbuk alacaq. Hədiyyələr şagirdlərə Prezident Mixail Saakaşvilinin təşəbbüsü ilə paylanılacaq.  Proqramın məqsədi təhsil sistemində dünya standartlarının tətbiqi, şagirdlərə müvafiq biliklərin öyrədilməsi və onların beynəlxalq təhsil məkanına inteqrasiyasıdır. Birincilər üçün kompüterlər "Intel" kompaniyasının yaxından iştirakı ilə xüsusi olaraq Gürcüstan məktəbləri üçün beynəlxalq ekspertlərin tövsiyələri əsasında hazırlanıb. Gürcüstanın Təhsil Nazirliyindən bildirilib ki, netbuklar Cənubi Qafqazda "Alqoritm" kompaniyası və "Intel"in birgə əməkdaşlığı ilə tikilmiş kompüter zavodunda istehsal olunacaq. Netbuklara ingilis və gürcü dilində müxtəlif tədris proqramları,  riyaziyyat və məntiq, məktəb və sinifdənkənar rəhbərlik, tədris-idraki oyunlar yüklənəcək. Uşaqlar özləri də müxtəlif proqramları və oyunları kompüterlərinə yükləyə biləcəklər. Simsiz İnternetə malik olan netbuklar şagirdlərə məktəbdə pulsuz olaraq şəbəkəyə qoşulmağa imkan verəcək. 

Almaniyada ali təhsillilər işsiz qalıblar 

 Almaniyada aparılmış araşdırmaların nəticələrinə görə, cari ilin 6 ayı ərzində orta xüsusi təhsilli alman mütəxəssislərinin 5,7 faizi və ali məktəb məzunlarının 3,6 faizi işsiz qalıb. Baxmayaraq ki, alman iqtisadiyyatının müxtəlif sahələri üçün mütəxəssis çatışmazlığı hiss olunur, ali məktəbləri bitirmiş peşəkar kadrların sayı gündən-günə artır. Almaniya Həmkarlar Birliyinin apardığı tədqiqatlara görə, 2011-ci ilin 6 ayı ərzində orta peşə məktəblərini bitirmiş 908 min nəfər iş yerini  itirib. Bu isə alman iqtisadiyyatında çalışan orta təhsilli mütəxəssislərin 5,7 faizidir.  Avqustun 1-nə olan məlumata əsasən, cari ilin analoji dövrü ərzində ali təhsilli 110 min mütəxəssis işsiz qalıb, bu isə universitetləri və digər ali məktəbləri bitirmiş əməkdaşların 3,6 faizidir.

Ekspertlər qeyd edirlər ki, mütəxəssis hazırlığı  heç də hər zaman əmək bazarının tələblərinə uyğun gəlmir. "İşsizliyin ümumi səviyyəsinin azalması və hətta rəqabət qabiliyyətinin yaxşılaşması şəraitində belə, iş yerini  itirmək riskini qiymətləndirməmək olmaz", - deyə əmək bazarı üzrə ekspert Vilhelm Adami bildirib.  

MDU-da yay məktəbi açılıb 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin xarici dillər və regionşünaslıq fakültəsində xarici dil müəllimləri üçün yay məktəbi açılıb. Fakültənin dünya miqyasında ekspert kimi qəbul olunan müəllimləri 3 gün ərzində öz həmkarlarına müasir təlim metodlarına həsr olunmuş mühazirələr oxuyub, ustad dərsləri keçiblər.

Yay məktəbi artıq ikinci ildir ki, Rusiyanın hər yerindən müəllimlər yığır. Məşğələlərdə iştirak etmək, ötən ildə olduğu kimi, bu il də pulsuzdur. Xarici dillər fakültəsinə bu il MDU-nun bazasında fəaliyyət göstərən böyük yay məktəbi şəbəkəsi açmaq  xoşbəxtliyi nəsib olub. Qısa fasilədən sonra hüquq müəllimləri və məktəb KİV-lərinin müəllim-rəhbərləri üçün mühazirələr başlayacaq.

Yay məktəbi "MDU-məktəb" layihəsi çərçivəsində həyata keçirilir. Onun əsas məqsədi orta və ali məktəblərin müəllimləri arasında fəal canlı ünsiyyət yaratmaqdır.

 Avtobusda Aya 

Sankt-Peterburqda uşaqlar arasında şəhər sərnişin avtonəqliyyatının müntəzəm hərəkətə başlamasının 85 illiyinə həsr olunmuş "Gələcəyin avtobusu" mövzusunda müsabiqə keçirilib. Müsabiqədə yüzlərlə gənc peterburqlu iştirak edib. Sentyabrda qeyd olunacaq yubileyin əsas mövzusu uşaqların parlaq rəsmlərində öz maraqlı əksini tapıb. Belə ki, onlar avtobus üçün maraqlı perspektiv təqdim ediblər. Məsələn, gənc rəssamlar onun salonunda akvapark yerləşdiriblər, maşını dənizin dərinliklərinə endiriblər, hətta yerətrafı orbitə də çıxarıblar.

Müsabiqəyə yekun vurulduqdan sonra ən yaxşı uşaq əsərləri avtobusların  salonlarını  bəzəyəcək, yetirməsi birinci yeri tutan təhsil müəssisəsi isə avtobus ekskursiyası ilə mükafatlandırılacaq.   

Rusiyada Ukrayna gimnaziyası açıla bilər 

Bu ideya Rusiya-Ukrayna Dövlətlərarası Komissiyasının humanitar əməkdaşlıq məsələləri üzrə alt-komitəsinin beşinci iclasında müzakirə olunub.  İclasın nəticəsi olaraq komissiya 2011-2012-ci illərdə humanitar əməkdaşlıq proqramını təsdiq edib.

Qərarı alt-komitənin Rusiya tərəfindən sədri, RF-nin təhsil və elm naziri Andrey Fursenko və Ukrayna tərəfindən rəhbəri, Ukraynanın təhsil və elm, gənclər və idman naziri Dmitri Tabaçnik imzalayıblar. İclasın gündəliyinin növbəti məsələsinin  - Kiyevdə Beynəlxalq Rusiya-Ukrayna gimnaziyasının yaradılması layihəsinin müzakirəsində D.Tabaçnik Moskvada və Sankt-Peterburqda Ukrayna gimnaziyasının yaradılması üzərində düşünülməsini təklif edib. Ukraynada diplomatların və alimlərin uşaqlarının oxuduğu Beynəlxalq Ukrayna məktəbinin mövcud olduğunu deyən ukraynalı nazir həmin məktəbi bitirənlərin ümumi təhsil haqqında həm Ukraynanın, həm də öz ölkəsinin attestatlarını aldıqlarını bildirib. O, belə ikili attestat təcrübəsini Rusiyadakı Ukrayna ümumtəhsil müəssisələri üçün də təklif edib və onun rusiyalı həmkarı ideyanı dəstəkləyib.

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV
 

"Uçitelskaya qazeta"dan
hazırladı:  Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov