Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

12 Avqust 2011 - 31

 

Prezident İlham Əliyev Bakının Yasamal və Nəsimi rayonlarında 225 və 35 nömrəli orta məktəblərdə
aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bakının Yasamal rayonundakı 225 nömrəli və Nəsimi rayonunun ərazisində yerləşən 35 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Xəbər verildiyi kimi, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil obyektinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçası binasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə Bakının Yasamal rayonundakı 225 nömrəli məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu. Dövlət başçısına görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, 38 sinif otağı, 729 şagird yeri olan məktəb binası 1964-cü ildə istifadəyə verilib. Paytaxtın nümunəvi təhsil ocaqlarından sayılan 225 nömrəli məktəb 2009-2010-cu tədris ilinin ən yaxşı məktəbi adına layiq görülüb. Dörd mərtəbədən ibarət olan bu məktəb binası da Dövlət Proqramı çərçivəsində əsaslı şəkildə yenidən qurulur.

Görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 35 nömrəli orta məktəb binasında aparılan təmir və yenidənqurma  işlərinin  gedişi ilə də  tanış oldu. Təmir işləri ilə bağlı  Prezident  İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 450 şagird yeri olan bu məktəb binası 1930-cu ildə istifadəyə verilib. Məktəbdə dərslər iki növbədə tədris olunur və burada 700 nəfər şagird təhsil alır. Məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı həyata keçirilən proqram çərçivəsində 35 nömrəli məktəbin köhnə binası əsaslı şəkildə yenidən qurulacaq, burada 20 sinif otağından ibarət üçmərtəbəli yeni korpus və idman zalı da inşa ediləcəkdir.

Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov