Avqustun 9-da
Amerika-Azərbaycan Təhsil Mərkəzində "Səsin
gəlsin" layihəsi çərçivəsində podkast
təlimlərinə başlanılmışdır.
AzərTAc xəbər
verir ki, tədbirdə jurnalistika fakültəsinin
tələbələri, müxtəlif media qurumlarının
əməkdaşları, bloqçular, audiobloqçuluqla məşğul
olmaq istəyən gənclər iştirak etmişlər.
Təlimdə nəzəri
məlumatlarla yanaşı, təcrübi məşğələlər də
keçirilmişdir. İştirakçılar "Podkast nədir?",
"Podkastın hazırlanma texnikası (səsin
yazılması, montajı və s.)", "Podkastın formaları
(aktual, xəbər, monoloq, dialoq, seriya)"
mövzuları ilə bağlı ətraflı məlumat əldə
etmişlər.
Avqustun
11-dək davam etmiş tədbirdə "Vox-pop-yazılması,
uyğunlaşdırılma və yayımlama qaydaları",
"Podkastın promo qaydaları", "Audiobloqçuluq
üçün gərəkli biliklər" mövzuları barədə də
məlumat verilmişdir.
Sumqayıt
İnformasiya Texnologiyaları Akademiyası
tərəfindən həyata keçirilən "Səsin gəlsin"
podkastinq layihəsinin bir hissəsi ABŞ-ın
ölkəmizdəki səfirliyinin kiçik qrantlar proqramı
tərəfindən maliyyələşdirilir. |