Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

12 Avqust 2011 - �31

 

"Turizm ili" çərçivəsində magistrantların  ilk tur layihəsi həyata keçirildi

 

Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanlığının nəzdində bu il yaradılmış Tələbə Turizm Assosiasiyası 23-28 iyul tarixlərində Naxçıvan - Qəbələ - Naxçıvan istiqamətində ilk tur layihəsini həyata keçirib. Məqsəd magistrantların  elmi tədqiqat fəaliyyətlərini genişləndirmək, doğma diyarımızın turistik və tarixi yerləri ilə tanışlıq olmuşdur.

Naxçıvandan başlanan səfərdə ilk dayanacaq yeri kimi iyulun 24-də Bakı şəhərində Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, İçərişəhər, Miniatür Kitab muzeyi ilə tanışlıqdan sonra səfər Qobustan istiqamətində davam edib. Daş yaddaşımızın yaşadıcısı olan qayaüstü təsvirlərlə tanışlıqdan sonra marşrut Qəbələ istiqamətində hərəkətini davam etdirib.

Tur müddətində magistrant və müəllimlərdən ibarət 24 nəfərlik heyət magistratura üzrə dekan, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin rəhbərliyi ilə  Qəbələ və İsmayıllı rayonları,  Şamaxı və Şəki şəhərləri, qədim Albaniyanın paytaxtı Çuxur Qəbələ, öz qədimliyini bu gün də qoruyub saxlamış Lahıc qəsəbəsi, Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olub. Eyni zamanda tur heyəti III Qəbələ Beynəlxalq Musiqi Festivalında da iştirak edib.

Tur heyəti Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Nyu-York Konservatoriyasının professoru Validə Rəsulova və başqaları ilə görüşüb.

Tur iyulun 27-də başa çatıb. Magistrantlar və müəllimlərdən ibarət heyət iyulun 28-də Naxçıvana qayıdıb. Belə turların qarşıdakı illər ərzində də təşkil olunması nəzərdə tutulub.  

Məmməd BABAYEV,
Naxçıvan Dövlət Universitetinin
Mətbuat tarixi ixtisaslaşması üzrə I kurs magistrantı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov