Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

12 Avqust 2011 - �31

 

Qazaxda təlim kursu keçirilib

 

İyunun 6-dan 16-na kimi Qazax şəhər 3 nömrəli tam orta məktəbdə təlim kursu təşkil olunmuşdur. Kursa 5 qrup üzrə 115 nəfər ibtidai sinif müəllimi cəlb olunmuşdur. Hər bir qrupa "Öyrədənlərin öyrədilməsi" kursunu bitirib sertifikat almış təlimçilər Rəfiqə Hüseynova, Gülsüm Axundova, Zemfira Babayeva, Nailə Abdullayeva və Rəhilə Məmmədova rəhbərlik etmişlər.

Təlimçilər məşğələ zamanı ibtidai siniflərdə tədris olunan fənlərin məzmun xətti, standartları, şagird nailiyyətlərinin qiymətləndirilməsi, təlim prosesinin qurulması üçün zəruri sayılan didaktik və metodik prinsiplər, təlimin təşkili formaları, üsulları, təlimin planlaşdırılması haqqında geniş və ətraflı məlumatlar vermiş, əyanilikdən - İKT-dən geniş istifadə etmişlər.

Kurs müddətində bir neçə müəllimin nümunəvi dərsləri dinlənilmiş, hazırladıqları didaktik və test materialları müzakirə edilmiş, onlara faydalı metodiki tövsiyələr verilmişdir. Müəllimlərdən Humay Eyvazova (Xanlıqlar kənd tam orta məktəb), Nazangül Hacıyeva (Çaylı 2 nömrəli tam orta məktəb), Rəsul Nəsibov (Quşçu Ayrım kənd tam orta məktəb), Gülbəniz Yusifova (Orta Salahlı kənd tam orta məktəb), Zeynab Göşşiyeva (Qazax şəhər ümumi orta məktəb), Aidə Sadıqova (Ağköynək kənd tam orta məktəb), Rəna Əmirova (məktəb-lisey), Qənaət İbrahimova (Qazax şəhər 5 nömrəli tam orta məktəb) təlim kursunda fəallıqları ilə seçilmişlər.

Kursda müdavimlərin aldıqları nəzəri və praktik biliklər test-sorğu materialları əsasında yoxlanılmışdır. Müəllimlərdən 46 nəfəri I, 69 nəfəri isə II dərəcəli sertifikat almışdır.

Kursun son günü Qazax RTŞ-ın müdiri Ə.Dərgahquliyev, metodiki mərkəzin direktoru M.Cəfərov, təlimçi müəllimlər və metodistlərlə müdavimlərin görüşü keçirilmiş, fikir mübadiləsi aparılmışdır.

Görüşdə müəllimlər kurs məşğələlərinin maraqlı və məzmunlu təşkilindən razı qaldıqlarını bildirmişlər. 

Əli SÜLEYMANOV,
Qazax RTŞ-ın metodisti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov