Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

12 Avqust 2011 - �31

 

Təhsilimiz onlarla fəxr edə bilər

 

Azərbaycan kimya elminin uğurlu gələcəyinə etibarlı zəmin yaradan gənclər

 

Son illərdə bütün istiqamətlərdə sürətli inkişaf olduğu kimi təhsildə də sevindirici uğurlar var. İndi ölkəmizin ümumi təhsil müəssisələrinin məzunlarının sorağı dünyanın ən aparıcı universitetlərindən gəlir. Bu tələbələr yüksək qiymətlərlə oxumaqla yanaşı, özlərinin həyat tərzləri, davranışları ilə universitetlərin kollektivlərinin böyük rəğbətini qazanırlar.

Ölkəmiz müstəqillik əldə etdiyi vaxtdan keçən 20 il müddətində şagirdlərimiz beynəlxalq olimpiadalarda böyük müvəffəqiyyətlə çıxış edərək ölkəmizin təhsil sisteminin uğurla inkişaf etdiyini nümayiş etdirmişlər.

Təsadüfi deyil ki, şagirdlərimiz 1998-2011-ci illərdə kimya üzrə keçirilən beynəlxalq və dünya olimpiadalarında 80-dən çox qızıl, gümüş və bürünc medal qazanmışlar. Bu uğurlar Təhsil Nazirliyinin, AMEA-nın, "Çağ" Öyrətim Şirkətinin və BDU-nun birgə əməkdaşlığı sayəsində mümkün olmuşdur.

BMT 2011-ci ili kimya ili elan etmişdir. Bu, müasir cəmiyyətin kimyasız yaşamının mümkün olmaması və son illərdə bütün dünyada şagirdlər arasında təbiət elmlərinə, o cümlədən də kimyaya marağın azalması ilə bağlıdır.

Qeyd edək ki, zəngin neft və qaz ehtiyatlarına, qiymətli filiz yataqlarına, inkişaf etmiş neft emalı və neft-kimya sənayesinə malik olan ölkəmizin yüksək ixtisaslı kimyaçı, kimyaçı-texnoloq, kimya mühəndisi, kimyaçı-ekoloq kimi kadrlara çox böyük ehtiyacı var və bu tələbat sürətlə artmaqdadır.

"Azərbaycan müəllimi" qəzetinin may nömrələrinin birində beynəlxalq və dünya kimya olimpiadalarının qalibləri olmuş 6 şagirdimiz haqqında məlumat verilmişdir.

Bu nömrədə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının bürünc medalına layiq görülmüş və Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunmuş Məmmədov qardaşları haqqında söhbət açmaq istərdim.

 

 Asif Məhəmməd oğlu Məmmədov 

1992-1998-ci illərdə Bakı şəhəri 66 nömrəli məktəbdə təhsil alıb.

1998-2003-cü illərdə Bakı Özəlt Türk Liseyinin şagirdi olub. 2001-2003-cü illərdə məktəblilərin kimya olimpiadalarının respublika turlarında 1 bürünc, 2 gümüş medal qazanıb. 2003-cü ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi olub və Moskva Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. Universitetdə oxuduğu illərdə yay tətilləri zamanı BP şirkətinin Azərbaycan filialında, sonuncu ildə isə Danimarkanın Haldor Topsoe şirkətində mühəndis olaraq təcrübə keçmişdir. Diplom işi Azərbaycan neftinin ayrılma və nəqli proseslərinin öyrənilməsi və təhlükəsizlik kriteriyaları üzrə optimallaşdırılmasına həsr olunmuşdur. O, diplom işini "əla" qiymətlə müdafiə etmişdir.

2008-ci ildə Berlin Texniki Universitetinin magistraturasına qəbul olunub. 2009-cu ildən Azərbaycan Respublikasının Xaricdə Təhsillə bağlı Dövlət Proqramına daxil olmuşdur.

Berlində oxuduğu müddətdə Almaniyanın AAP tibbi protezlər hazırlayan şirkətində proseslərin ətraf mühitə təsir mexanizmlərinin öyrənilməsi və auditi sahəsində təcrübə görmüş, daha sonra Thyssen Group Holdinqin qolu olan UDE firmasının Berlin Texniki Universitetində apardığı araşdırmalarda, o cümlədən sulfat turşusu istehsal edən mini zavodların qurulması və idarə olunmasında çalışmışdır.

Almaniyada Azərbaycan diasporunun tanınmasında bir sıra layihələr həyata keçirmişdir. Hazırda Almaniyadakı Türk və Azərbaycanlılar Birliyi təşkilatının idarə heyətində ictimai əlaqələrdə çalışır.

2011-ci il martın 26-da Berlində kansler iqamətgahı və Bundestaq qarşısında aksiya həyata keçirmiş, xanım kansler Angela Merkelin katibi xanım Vittaue ilə görüşərək Azərbaycan həqiqətlərinin çatdırılması və Qarabağ probleminin sülh yolu ilə həlli üçün beynəlxalq tələbə və gənclər adından xanım Angela Merkeldən Azərbaycana dəstək olmasını xahiş etmişdir.

Azərbaycan, rus, türk, ingilis, alman dillərində mükəmməl danışır.

2011-ci il yanvarın 25-də Berlin Filarmoniyasında (Orient trift Oksident) Şərqin Qərb ilə birləşməsi adlı konsert proqramında ilk hissəsi Füzulinin "Sübh" qəzəlinə yazılmış, ikinci hissəsi Şopenin əsərləri olan konsert proqramının açılışını etmiş, "Sübh" qəzəlini dünyanın ən tanınmış konsert zallarının birində orkestrin müşayiəti ilə söyləmişdir.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti, çox hörmətli İlham Əliyev cənabları Moskvada Moskva Dövlət Universitetinin 250 illik yubileyi tədbirlərində iştirak edərkən azərbaycanlı tələbələrlə görüşdə Asif Məmmədov da iştirak etmiş, İlham Əliyev cənabları, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə xatirə şəkli çəkdirmişdir. 

 

Aqil Məhəmməd oğlu Məmmədov 

1995-2000-ci illərdə Bakı şəhərindəki 47 nömrəli məktəbdə, 2000-2005-ci illərdə Bakı Özəl Türk Liseyində oxuyub.

2003-2005-ci illərdə Aqil Məmmədov məktəblilərin kimya olimpiadasının respublika turlarında bir qızıl və bir bürünc medal qazanmışdır. Aqil 2005-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medala layiq görülmüş və Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunmuşdur.

2009-cu ildə onun "Neft qızdırıcılarının texnoloji proseslərinin optimallaşması" adlı elmi məqaləsi "Rusiya elmi texniki konfransı" elmi jurnalında çap edilib.

Aqil Məmmədovun "Qaz və neft obyektlərinin texniki risklərinin hesablanması" adlı diplom işi Lukoyl şirkətinə məxsus Varandey neft terminalının SMLOP platformasında aparılan tədqiqatlar əsasında işlənmişdir.

Aqil Məmmədov Moskva Dövlət Universitetində oxuduğu illərdə diasporun işində fəal iştirak etmişdir və indi də müxtəlif tədbirlərin təşkilində öz köməyini əsirgəmir.

Aqil Məmmədov 2010-cu ildə Moskva Dövlət Universitetini bitirmiş və aspiranturada saxlanılmışdır. Onun aparacağı tədqiqat işi dəniz neft və qaz yataqlarında texniki risklərin hesablanmasına aid olduğundan ölkəmiz üçün də maraqlıdır. Belə ki, hazırda ölkəmizdə neft və qaz əsasən dəniz yataqlarından çıxarılır və perspektivdə dənizin daha dərin yerlərində yataqların istismarı nəzərdə tutulur.

Azərbaycan Respublikasında istedadlı gənclərə göstərilən diqqət və qayğı, təhsildə aparılan uğurlu islahatlar istedadlı gənclərimizin böyük uğurlar qazanmasına şərait yaratmışdır.

Kimya sahəsində çalışan bir alim olaraq Aqil və Asifin uğurlarına çox sevinirəm. Gələcəkdə ölkəmizin neft və qazçıxarma, neft və qaz emalı, kimya sənayelərinin uğurlu inkişafında belə gənclərimizin xüsusi rolu olacaqdır.

Aqil və Asif kimi gənclərimiz yaxşı mütəxəssis olmaqla yanaşı, ölkəmizi beynəlxalq səviyyədə təbliğ etmək sahəsində də böyük işlər görürlər. İndi dünyanın ən inkişaf etmiş ölkələrində istedadlı Azərbaycan gənclərinin də fəal iştirak etdiyi güclü diaspor yaranır. Bu iş ölkənin uğurlu xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Vətənin sabahı üçün çalışacaq istedadlı və yüksək ixtisaslı gənclərlə fəxr etməyə dəyər. 

Vaqif ABBASOV,
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü,
kimya elmləri doktoru, professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov