Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

12 Avqust 2011 - �31

 

Mənalı ömür yolu

 

Həyatda mənalı ömür sürən və  yaşayarkən nə etmək istədiyini bilən, məqsədə doğru can atanlar ən xoşbəxt insanlardır. Firuzə müəllim də  belələrindəndir.

Bu mənalı ömür yolu Şəki şəhər 25 nömrəli uşaq bağçasının müdiri İsmayılova Firuzə Ələsgər  qızının həyat fəaliyyətindən soraq verir. YAP-ın üzvüdür, rayonun bütün ictimai işlərində daim fəal iştirak etmişdir.

Altı qıza ana, nəvələrə nənə olan nurlu, üzügülər bu xanım-xatın qadına həyatda ailə xoşbəxtliyi nəsib olmuş, bitib- tükənməyən enerji və nəvazişi ilə  bu ocağı qızdırmağa nail olmuşdur. O, sadə, lakin çox mənalı bir həyat yaşayır.

Ömrünü uşaqların tərbiyəsinə, cəmiyyətə vətəndaş hazırlanmasına həsr edən Firuzə xanım uşaqların sevincindən zövq alaraq bu müqəddəs peşəyə 48 ildir ki, xidmət edir.

Onun təbirincə desək:  "Bu gün bağçaya yeni gələn kiçikyaşlı oğlan və qızlar bizim  işıqlı gələcəyimiz, nurlu sabahımızdır. Onları qorumaq, bəsləmək və qayğı göstərmək hamımızın vətəndaşlıq borcumuzdur".

Firuzə müəllim onların məktəbə  hazırlığı ilə  məşğul olaraq yeni fikirlər irəli sürərək daha yüksək nəticələr əldə olunmasına nail olub. O, bütün əməyini sərf edərək körpələrin məntiqi təfəkkürlərinin inkişaf etdirilməsi üçün daim yeni yollar axtarmış, bir-birindən maraqlı stend və metodiki vəsaitlərdən istifadə etmişdir. Bu bacarıq Şəki Şəhər Təhsil Şöbəsinin nəzərindən yayınmamışdır.

1978-ci ildə   yeni açılmış bağça-körpələr evi tipli 9 nömrəli uşaq bağçasına müdir təyin edilmişdir. Belə desək daha səmimi olar: dörd divarı təhvil alan Firuzə müəllim daxili imkanları hesabına tezliklə bağçanın yaxınlığında artezian quyu qazdıraraq su tələbatını təmin etmişdir.Xüsusilə o, körpələrin yataq şəraitini yaxşılaşdırmaq məqsədi ilə  Təhsil Nazirliyinə müraciət edərək bağçanın lazımi avadanlıqlarla təmin edilməsinə nail olmuşdur. Bunun nəticəsi olaraq  Təhsil Nazirliyinin məsul şəxsləri böyük minnətdarlıqla bağçanın açılışında iştirak etmiş və bu Azərbaycan Televiziyasında geniş işıqlandırılmışdır.

O, 1985-ci ildən əmək    nailiyyətlərini Şəki şəhər 25 nömrəli uşaq bağçasında davam etdirməyə başlamışdır. Bağçanın stendləri və  eksponatları, səliqə-sahmanlı, körpələrə xüsusi qayğısı Firuzə müəllimin zəngin iş təcrübəsindən xəbər verir. Bağçanın kollektivi  məktəbə yola salınan uşaqlar üçün buraxılış gecəsi hazırlayır. Bu tədbirdə uşaqların bilik və bacarıqları, qazandıqları vərdişlər bir-birindən maraqlı səhnəciklərdə nümayiş olunur, uşaqlar şeirlər, mahnılar söyləyirlər, əyləncəli oyunlar təşkil olunur. Şəkinin görməli yerlərinə, muzeylərinə, Şəki Xan sarayına məktəbə hazırlıq qrupunun tez-tez ekskursiyası təşkil edilir. Hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən gül  bayramında uşaqlar gülə oxşar geyimlərlə asfalt üzərində gül  rəsmləri çəkərək bağçanı gül-çiçəklə bəzəyirlər.

Kollektivin sevimlisi, zəngin iş təcrübəsi olan Firuzə İsmayılova bu günlərdə doğma ocaqdan ayrılır. Kollektiv Firuzə müəllimi böyük məhəbbətlə 48 illik fəaliyyətin yorğunluğunı çıxarmaq  üçün istirahətə yola salır...

Gözəl demişlər ki, təqaüdə çıxmaq qocalıq deyil, çəkdiyin zəhmətin bəhrəsidir.

Firuzə müəllim də bu illər ərzində fidan balaları əzizləyə-əzizləyə özü də  bilmədən əzizlənib, ülviləşib və unudulmaz bir insana çevrilib.

Sizə xoş istirahət arzulayırıq, Firuzə müəllim! 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov