Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

12 Avqust 2011 - �31

 

Xarici mətbuat səhifələrində

 

Britaniyalılar təhsilə daha çox pul xərcləyirlər 

Böyük Britaniyada valideynlər dünyanın hər hansı ölkəsindən fərqli olaraq uşaqlarının daha çox özəl sektorda oxumasına üstünlük verirlər. Ölkədə aparılmış araşdırmalara əsasən, valideynlər dövlət məktəblərində təhsilin səviyyəsindən daha çox narazıdırlar. Bu isə onları özəl məktəblərdə təhsilə böyük pullar xərcləməyə vadar edir. Britaniya məktəblərinin təxminən 11,3 faizi  öz maliyyəsini valideynlərin ciblərindən alır. Müqayisə üçün, Fransada bu rəqəm 6,2 faiz, Niderlandda 4,8 faiz, İtaliyada 3,2 faiz, Portuqaliyada isə cəmi 0,1 faizdir.  Hətta Amerika ailələrinin təhsilin maliyyələşdirilməsinə xərclədiyi vəsait 8,6 faiz təşkil edir.

Hazırda 510 min britaniyalı uşaq özəl məktəblərdə oxuyur ki, burada da orta təhsil haqqı 4200 funt-sterlinqdir. Daha nüfuzlu məktəblər isə təhsil haqqı olaraq ildə 30 min funt-sterlinq tələb edir. 

Araşdırmalar onu da müəyyən edib ki, Britaniyada tələbələr Avropanın hər hansı bir ölkəsi ilə müqayisədə universitet təhsilinə daha çox pul sərf edirlər.

Bir faktı da qeyd edək ki,  2012-ci ildən başlayaraq pullu universitet təhsili 3 min funt-sterlinqdən 9 min funt-sterlinqə qədər  bahalaşacaq. 

İsveçrədə təhsil haqları artır

İsveçrədə xarici tələbələr üçün təhsil  baha başa gələcək. Ölkənin ali məktəbləri əcnəbilər üçün təhsil haqqını qaldırmaq niyyətindədir. Bu barədə ölkənin təhsil qanununda düzəlişlər ediləcək. İsveçrədə təhsil, əslində, heç vaxt ucuz olmayıb, ona görə də bir sıra xarici ölkələrdən olan tələbələr üçün bahalaşma heç də gözlənilməz deyil. İsveçrə Universitetləri Konfederasiyasının baş katibi Metyu Ştaufaxerin sözlərinə görə, ali təhsil ocaqları çoxdandır ki, xaricdən olan tələbələr üçün təhsil haqlarını qaldırmaq barədə fikirləşir və hətta bu barədə təhsil haqqında qanuna müvafiq düzəlişlər də işləyib hazırlayıblar. 

Qeyd edilməlidir ki, başqa Avropa universitetləri ilə müqayisədə İsveçrədə əsasən mehmanxana və turizm biznesi cəlbedicidir. İsveçrə bu sahələr üzrə dünyada birincidir. Məhz bu sahələr İsveçrədə ən yaxşı təhsil sahələri hesab olunur. Akademik tədris ili ərzində qiymətlər 15 min  avroya qədər dəyişə bilər.

Qeyd edək ki, əcnəbi tələbələr üçün ən populyar ölkə Böyük Britaniya hesab olunur. Avropaya oxumağa gedənlərin 70 faizi məhz bu ölkəyə üz tutur. Qalan tələbələr isə əsasən Amerika və Kanadaya üstünlük verirlər.

Dünyada ilk suya davamlı kitab nəşrə hazırlanır  

2012-ci ildə naşirlərin hamam və ya hovuzda kitab oxumaqla vaxt keçirməyə çalışanlara hədiyyəsi olacaq.  Dünyada sudan "qorxmayan" ilk kitab çap olunacaq. Xəbər verilir ki, xüsusi polimer örtüklü səhifələr mürəkkəbi (boyanı) dağılmaqdan, kağızı islanmadan və cırılmadan  qoruyacaq.

Bu texnologiya analoji üsulla əskinasları dağılmaq   və saxtalıqdan qoruyan avstriyalı bankirlərdən əxz olunub. Bu vaxta qədər yalnız bəzi uşaq kitablarının və dalğıclar üçün olan kitabların suya davamlılığı təmin olunub.

İndi isə ilk bədii ədəbiyyat sudan mühafizə olunacaq. Alan Korkanın "The Greater Bad" trilleri oxuculara hədiyyə olunacaq. Kitab artıq Amazon mağazası vasitəsi ilə elektron formatda 9,3 dollara oxuculara təklif olunur.

Suya davamlı örtüklü  kitabın çap versiyası neçəyə başa gələcək, bu,  hələlik dəqiqləşdirilir. Yalnız o qeyd olunur ki, kitab 2012-ci ildən satışa buraxılacaq. Rütubət qoruyucu örtük  kitabın "ömrünü" ikiqat uzadacaq.

Amerikadan Qazaxıstana "beyin axını" başladı 

ABŞ və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və elmi əlaqələrin gücləndirilməsi üzrə bir sıra layihələrin reallaşdırılmasına başlanılıb. 

Qazaxıstanın təhsil naziri Bakıtjan Jumaqulov və Amerikanın Qazaxıstandakı müvəqqəti işlər müvəkkili Con Ordvey arasında keçirilən görüşdə  təhsil sahəsinin bir sıra aspektləri müzakirə mövzusu olub.

C.Ordvey amerikalı alimlərin və müəllimlərin Qazaxıstanda 3 aylıq tədris kurslarına cəlb olunması təklifi ilə çıxış edib. Amerika ali məktəblərinin Qazaxıstan tələbələrinin akademik mobilliyinin genişləndirilməsində fəal iştirakı da diqqət mərkəzində olub. 

Rəsmi Astana bu proqramın həyata keçirilməsinə ciddi maliyyə yardımları  göstərir.

 

İngilis dilini bilməyən tələbə bakalavr diplomu ala bilməyəcək 

Gürcüstanda ingilis dilini bilməyən tələbələr bakalavr diplomu ala bilməyəcəklər. Gürcüstanın Tribuna.ge saytının məlumatına görə, bu barədə ölkənin  təhsil və elm naziri Dmitri Şaşkin müvafiq əmr imzalayıb. 2011 - 2012-ci dərs ilindən başlayaraq ali məktəblərdə ingilis dilinin tədrisi və öyrənilməsi  məcburi olacaq.  "Tələbələr ingilis dilini bilməlidirlər. Bu, dövlət siyasətidir, məqsəd Gürcüstan vətəndaşlarının Avropaya inteqrasiyasını asanlaşdırmaq və onların şəxsi keyfiyyətlərini  reallaşdırmaqdır",-deyə Şaşkin bildirib.  İslahat ölkədə akkreditasiyadan və qeydiyyatdan keçmiş bütün ali məktəblərə şamil olunacaq. 

Qeyd edək ki, nazirin əmri bu il ali məktəblərə daxil olmuş tələbələrə aiddir. 

Çilidə tələbələr referendum tələb edirlər 

Çili tələbələri ölkə rəhbərliyindən keyfiyyətli və ucuz təhsil tələb edir.  Paytaxt Santyaqo və digər şəhərlərdə nümayişlər keçirən tələbələr 1990-cı ildə keçmiş diktator, general Auqisto Pinoçetin hakimiyyətinin son günlərində  qəbul olunmuş təhsil qanununun dəyişdirilməsini tələb ediblər. Sözügedən qanuna əsasən, pulsuz təhsil ocaqlarının maliyyələşdirilməsi yerli hakimiyyət orqanlarına həvalə olunub, bu isə özəl və dövlət təhsil müəssisələrində təhsilin keyfiyyətində böyük fərqlər yaradıb. Tələbələr pulsuz ali təhsilin təmin olunmasını, bu məsələ üzrə ümumxalq referendumunun keçirilməsini tələb edirlər.  Qeyd edək ki, Çili Dövlət Universitetinin məzunu diplom alaraq əmək fəaliyyətinə universitet illərində toplanmış təhsil borcları ilə başlayır. Bu borclar isə bəzən 50 min ABŞ  dollarını aşır.  Çilili məzun isə bu qədər borcu uzun illər ödəmək məcburiyyətində qalır.       

Tələbələrin etirazına cavab olaraq ölkə prezidenti Sebastyan Pinyera təhsil sistemində islahatların aparılacağını vəd edib.   Lakin prezidentin islahat proqramının bəzi maddələri tələbələri təmin etmədiyindən onlar etiraz aksiyalarını davam etdiriblər.

Tələbələr hökumətdən təhsil sisteminə nəzarəti öz əlinə almağı tələb edir. 

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov