Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

19 Avqust 2011 - �32

 

Avqustun 18-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələrinin bakalavr,
magistr və doktorantura pillələrinə daxil olmuş tələbələrlə görüş keçirildi

 

Təhsil nazirinin müavini Elmar Qasımov tədbir iştirakçılarını təhsil naziri Misir Mərdanovun adından salamlayaraq Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərinə daxil olan gəncləri və onların valideynlərini təbrik etdi. E.Qasımov Dövlət Proqramına düşməyin tələbələr üçün böyük şərəf olduğunu və onların bu etimadı doğruldacaqlarına ümid etdiyini iştirakçıların nəzərinə çatdırdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan və dünya təhsil sisteminə sürətlə inteqrasiya edən Azərbaycan təhsili yüksək inkişaf mərhələsindədir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra təhsillə bağlı bir çox islahatlar və dövlət proqramları həyata keçirilmişdir ki, bunlardan biri də xaricdə təhsil üzrə Dövlət Proqramıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı bu Proqram nəticəsində 2007-2015-ci illərdə dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələrində 5000 nəfər gəncin təhsil alması nəzərdə tutulur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə, elmə göstərdiyi diqqət və qayğının nəticəsidir. Azərbaycanda elmin, təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsrdə formalaşıb. Ümummilli lider Heydər Əliyev hələ 1970-1980-ci illərdə Azərbaycanda hakimiyyətdə olarkən gəncləri kütləvi şəkildə SSRİ-nin müxtəlif ali məktəblərinə göndərməklə yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqeyə çıxmasına yeni imkanlar yaratmışdır.

Ulu öndər Heydər Əliyevin həmin siyasəti bu gün də uğurla həyata keçirilir. Dövlətin göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirməyi və respublikamızın gələcək rifahı naminə var gücləri ilə çalışmalarını tələbələrə məsləhət görən nazir müavini, təhsil aldıqları ölkələrdə dövlətimizi ləyaqətlə təmsil etməyi, Azərbaycanın səfirlikləri və diasporaları ilə sıx əməkdaşlıq etməyi, təhsilimiz, mədəniyyətimiz, tariximiz haqqında əcnəbi vətəndaşlara məlumat vermələrini, yüksək ixtisaslı bir mütəxəssis kimi vətənə dönmələrini tövsiyə etdi.

Sonra nazir müavini Elmar Qasımov Dövlət Proqramı ilə təhsil almağa gedən tələbələri iştirakçılara təqdim edərək daxil olduqları universitetlərin adlarını açıqladı. Onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.

Tədbirdə çıxış edən valideynlər və tələbələr yaradılan belə şəraitə görə dövlət başçısı cənab İlham Əliyevə və təhsil naziri Misir Mərdanova dərin minnətdarlıqlarını bildirdilər. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov