Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

19 Avqust 2011 - �32

 

Müəllimlər üçün faydalı təlim kursları

 

Bütün ölkədə olduğu kimi, işlədiyim Saatlı rayonundakı Əlisultanlı kənd tam orta məktəbində də artıq dörd ildir ki, yeni kurikulumlar tətbiq olunur. Lakin bu prosesə mən ötən ildən qoşulmuş və apardığım I siniflə ili uğurla başa vurmuşam. Sinfimizdəki 25 şagirdin hamısı yüksək mənimsəmə nümayiş etdirmişdir.

Yeni kurikulumla müvəffəqiyyətlə fəaliyyət göstərə bilməyimdə mənə iştirakçısı olduğum təlim kurslarının böyük köməyi dəyib. Həm ötən il, həm də bu il avqustun 1-dən 10-dək rayon mərkəzindəki S.Vurğun adına 1 nömrəli məktəbdə təşkil olunan kurslarda iştirak etmişəm. Bu kursları müəllimlər üçün çox faydalı hesab edirəm.

Məlum olduğu kimi, Təhsil Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, nazirliklə bağlanmış müqavilələr əsasında təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının bilavasitə iştirakı ilə təşkil olunan təlim kurslarında ibtidai sinif müəllimləri ixtisasartırma  təhsilinin 2-ci modulu üzrə 60 saatlıq hazırlıq keçirlər. Ötən il olduğu kimi, bu il də öyrədici kursda bizə fənn kurikulumlarının strukturu və məzmunu, yeni təlim strategiyaları və fəal dərsin təşkili yolları, ümumtəhsil sistemində yeni qiymətləndirmə mexanizmi, onun ənənəvi qiymətləndirmədən fərqi və üstünlüyü, yeni dərsliklərlə işin xüsusiyyətləri və əlavə resurslardan istifadənin əhəmiyyəti haqqında geniş bilgi və məlumatlar verildi, dərsin planlaşdırılması  və hazırlanmasına dair praktik bacarıqlar aşılandı, nümunəvi dərs məşğələləri nümayiş etdirildi. Kursun sonunda aparılan yekun qiymətləndirmə əsasında iştirakçılara müxtəlif dərəcəli sertifikatlar təqdim olundu.

Mən müəllimlər üçün çox faydalı olan təlim kurslarını yeni dərs ilinə hazırlığın mühüm tərkib hissəsi hesab edir və onların imkanlarından maksimum faydalanmağa çalışıram. İnanıram ki, builki 10 günlük təlim kursunda öyrəndiklərim işləyəcəyim II sinifdə fəaliyyətimi kurikulumun tələblərinə uyğun qurmaqda mənə çox kömək edəcək. 

Nazilə CƏFƏROVA,
Saatlı rayonu, Əlisultanlı kənd məktəbinin
ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov