Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

19 Avqust 2011 - �32

 

Xarici mətbuat səhifələrində

 

Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlanıb

 

Çinin  Szyao Tun Universiteti öz ənənəsinə sadiq qalaraq dünyanın ən nüfuzlu universitetlərinin illik reytinq cədvəlini tərtib edib. Şanxay reytinq cədvəli adlandırılan bu siyahıda Rusiyanın iki universiteti - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti də yer alıb. 

Qeyd edək ki, Şanxay reytinqi ali məktəblərin elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanır.  Elmi-tədqiqat universitetlərinin Şanxay reytinqi artıq 9-cu dəfədir ki, tərtib olunur.  500 universitetin təmsil olunduğu siyahıya Harvard Universiteti, Stenford Universiteti və Massaçusets Texnoloji Universiteti (Amerika) liderlik edirlər. Reytinqə əsasən, elm daha çox bu ölkədə (siyahıda 151 Amerika universiteti yer alıb) inkişaf edib. Almaniya 39 universitetlə ikinci, Böyük Britaniya 37 universitetlə 3-cü yerdədir.  Çin 34 universitetlə siyahıda 4-cü yerdə qərarlaşıb. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti əvvəlki 74-cü yerdən 77-ci yerə düşüb.

Bu siyahıdan əlavə, Çində elmi fənlərin 5 qrupu və ayrı-ayrı  fənlər üzrə də reytinq cədvəli tərtib olunub. Bu reytinq cədvəllərinə də Amerika universitetləri liderlik edirlər.    Qeyd edək ki, reytinq cədvəli ali məktəbin Nobel mükafatı laureatları olan məzunlarının,  ən tanınmış alimlərindən sitat gətirilmənin və eləcə də elmi jurnallarda hər hansı universitetin çap olunan elmi əsərlərinin sayını nəzərə alır.  

İngilisdilli müəllimlərin növbəti qrupu Gürcüstana gəlib 

Gürcüstanın Təhsil Nazirliyinin məlumatına görə, "Öyrət və Gürcüstanla öyrən" layihəsi çərçivəsində xarici pedaqoqların növbəti qrupu Gürcüstana gəlib. Bu dəfə könüllülər ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Yeni Zelandiyanı təmsil edirlər.  Onlar ölkənin Quriya, Kaxet, Sameqrelo və azərbaycanlıların yaşadığı Kvemo Kartli quberniyalarında ingilis dilini tədris edəcəklər. Nazirliyin məlumatına görə, cari ilin  sonlarına qədər ölkəyə 1500 müəllim gələcək. "Könüllü müəllimlər avqust ayı ərzində  müxtəlif tədris layihələrinə cəlb olunacaq, yay məktəblərinin fəaliyyətində iştirak edəcək və intensiv rejimdə şagirdlərə ingilis dilini öyrədəcəklər",- deyə Təhsil Nazirliyindən bildirilib.    

Qeyd edək ki, "Öyrət və Gürcüstanla öyrən" layihəsi 2010-cu dərs ilindən Prezident Mixail Saakaşvilinin təşəbbüsü ilə həyata keçirilir. İngilisdilli müəllimlər yerli pedaqoqlarla birlikdə bütün Gürcüstan ərazisində intensiv rejimdə ingilis dilini öyrədirlər. Təhsil Nazirliyindən o da bildirilib ki, layihə bütün dünyada böyük maraq oyadıb.

Qeyd edək ki,  könüllü müəllimlər əməkhaqqı almayacaq, gündəlik xərclər üçün dövlət   300 dollar verəcək və onlar gürcü ailələrində yaşayacaqlar.

 Belarus təhsil sistemi ciddi islahatlar ərəfəsində 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin təhsil sistemində ciddi islahatların aparılmasını tələb edir. Təhsil naziri Sergey Maskeviçlə görüşdə A.Lukaşenko Belarus məktəblərinin yeni dərs ilinə hazırlığı, ölkədə kadr hazırlığının vəziyyəti, ali məktəblərdə təhsil proqramlarının məzmun və strukturunun optimallaşdırılması  məsələlərini  müzakirə edib.   Prezident  Belarus ali məktəblərinin hazırladığı mütəxəssislərin tələbatı məsələsinə toxunub və bu sahədə ciddi iradlarını bildirib. Dövlət başçısı bəyan edib ki, o nəinki mütəxəssislərin hazırlığı planları, həm də təhsil müddətində ciddi dəyişikliklərin həyata keçirilməsində qətiyyətlə  israr edir. Təhsil işçilərinin avqust ayında keçiriləcək respublika müşavirəsində bu vəziyyətin geniş müzakirə və təhsil müəssisələrinin fəaliyyətinin koordinasiya olunacağı  bildirilib.  

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov