Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

19 Avqust 2011 - �32

 

"Atam Qabilin qəribə əhvalatları"

 

Xalq şairi Qabil dövrümüzün ən çox sevilən, oxunan və sayılan şairlərdən biridir. Onun yaradıcılıq yolu şəxsiyyəti ilə həmahəngdir. Xatırladaq ki, o, 1948-ci ildə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi Yardımlı rayonunda dərs deyib. Elə həmin ilin sonlarında isə "Azərbaycan müəllimi" qəzetində müxbir kimi fəaliyyət göstərib. Bütün bunlarla bərabər o, yaradıcılığı, poeziyası ilə  Azərbaycan şeirini zənginləşdirən şairlərimizdəndir. O, müasirimiz olsa da hələ sağlığında klassikləşmiş sənətkardır.

Qabil bütün yaradıcılığı, dillər əzbəri olan "Səhv düşəndə yerimiz", "Bakılı", "Çörək", "Azərbaycan torpagı", "Göygöl", "Türkün qəbri", "Qoru özünü", "Sənə qurban" kimi qeyri-adi şeirləri və "Nəsimi" kimi fundamental poeması ilə əbədiyaşarlıq tapmışdı. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də oxuculara çoxdan bəllidir.

Bu günlərdə oxucular üçün yeni olan Mahir Qabiloğlu tərəfindən yazılmış "Atam Qabilin qəribə əhvalatları" ("Nurlan" nəşriyyatı, Bakı, 2011, 86 səh.) kitabı Həsən Həsənovun redaktorluğu ilə işıq üzü görüb. Xalq şairi Qabilin 85 illiyi münasibəti ilə yazılmış bu kitabda Mahir "Müəllifdən" yazısında qeyd edir ki, zaman keçdikcə çox şey unudulur, elə buna görə də onlardan (əhvalatlardan) bəzilərini mən də geniş ictimaiyyətə çatdırmaq üçün qələmə almaq niyyətinə düşdüm. Kitabın adını isə görkəmli yazıçımız İsmayıl Şıxlıya istinadən- o, "Dostum Qabilin qəribə əhvalatları" qoymuşdu, mən isə "Atam Qabilin qəribə əhvalatları" qoydum...

Həmin kitabda Mahir Qabiloğlunun bilavasitə iştirakçısı və şahidi olduğu əlliyə yaxın bir-birindən maraqlı əhvalat toplanıb. Bu əhvalatlar içərisində gülməlisi də, düşündürəni də var, bir çox mətləblərə aydınlıq gətirəni də...

İnanırıq ki, şirin, sadə bir dillə yazılmış nəfis tərtibatlı kitab bütün Qabilsevərlərin sonsuz marağına səbəb olacaq. 

ƏDALƏT

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov