Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - �33

 

Goranboyda daha dörd məktəb binası yeni dərs ilində istifadəyə veriləcək

 

Respublikamızın bütün bölgələrində olduğu kimi, Goranboy rayonunda da "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq yeni məktəb binalarının tikintisi davam edir. Goranboy Rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynovdan  aldığımız məlumata görə, hazırda rayonda 4 məktəb binasının tikintisi başa çatmaq üzrədir. Hazırda burada son tamamlama işləri aparılır. Məktəblər yeni dərs ilində istifadəyə veriləcək.

Tikintisinə 2010-cu ilin sentyabr ayında başlanan 420 yerlik şəhər 3 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilib. Məktəbdə 21 sinif otağı, 6 fənn kabineti, fizika və kimya laboratoriyaları, kitabxana, kompüter və tibb otaqları, bufet, akt və idman zalları vardır. Təhsil ocağında  müasir istilik sistemi quraşdırılmış, su xətti və transformator yenilənmişdir. Məktəbin həyətində yeni idman meydançası tikilmişdir.

Təhsil Nazirliyinin vəsaiti hesabına inşa olunan Tatarlı kənd tam orta məktəbi 360 nəfər şagird üçün nəzərdə tutulub. Geniş sinif otaqları və laboratoriyaları olan məktəb müasir inventar və avadanlıqlarla təmin olunub.

Səmədabad kənd tam orta məktəbi 220 yerlikdir. Təhsil Nazirliyinin vəsaiti ilə inşa olunan məktəbin tikintisi 2011-ci ilin aprel ayından başlayıb. Məktəbdə 11 sinif otağı, fizika, kimya laboratoriyaları, kitabxana, akt və idman zalları mövcuddur. Məktəb üçün köməkçi binalar tikilmiş, su anbarları inşa edilmişdir.

Rayonda inşa olunan digər məktəb isə 180 yerlik Şadılı kənd tam orta məktəbidir. Məktəbdə 9 sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kitabxana, akt və idman zalları mövcuddur. Məktəbdə müasir tipli istilik sistemi quraşdırılıb.  

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov