Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - �33

 

Təhsilə, elmə diqqət və qayğının daha bir bariz nümunəsi

 

Avqustun 24-də Təhsil Nazirliyində təhsil nazirinin müavini Elmar Qasımov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq Türkiyə və Rusiyanın bir çox nüfuzlu ali təhsil müəssisələrinə daxil olan tələbələrlə görüşdü.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov iştirakçıları salamlayaraq Dövlət Proqramına daxil olan gəncləri və onların valideynlərini təbrik etdi. E.Qasımov ölkəmizin Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası ilə hər sahədə olduğu kimi təhsil sahəsində də sıx əməkdaşlıq etdiyini iştirakçılara bildirərək dövlətimizin yaratdığı şəraitdən maksimum istifadə etməyi tələbə adı qazanan iştirakçıların nəzərinə çatdırdı. Dövlət Proqramının əhəmiyyətindən danışan nazir müavini bildirdi ki,  müasir mərhələdə mövcud intellektual potensialın zənginləşdirilməsi ehtiyacı respublikamızdakı elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırıb. Xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına yiyələnmiş və beynəlxalq diplomatik təcrübəni mənimsəmiş yüksək hazırlıqlı mütəxəssislərə olan tələbat günü-gündən artmaqdadır. Bu məqsədlə möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı Dövlət Proqramı nəticəsində 2007-2015-ci illərdə dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələrində 5000 nəfər gəncin təhsil alması nəzərdə tutulur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə, elmə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. E.Qasımov dövlətimizin bu tələbələrdən çox yüksək nəticələr gözlədiyini, ölkəmizin gələcək inkişaf strategiyası baxımından müasir tələblərə cavab verən kadr bazasının gücləndirilməsi, modern idarəetmə və istehsal texnologiyaları əsasında fəaliyyət göstərən sahələrin kadr ehtiyacının ödənilməsi, tibb və qeyri-neft sektorunun inkişafının gələcəkdə sürətləndirilməsinin təmin olunmasında bu tələbələrin xüsusi rolu olacağını iştirakçıların nəzərinə çatdırdı. Nazir müavini tələbələrə təhsil aldıqları ölkələrdə ölkəmizi şərəflə təmsil etməyi, Azərbaycan səfirlikləri və diasporlar ilə sıx əməkdaşlıq etməyi, milli mənəvi dəyərlər və tariximiz haqqında əcnəbi vətəndaşları məlumatlandırmağı, yüksək ixtisaslı bir mütəxəssis kimi vətənə dönməyi tövsiyə etdi.

Sonra nazir müavini Elmar Qasımov Dövlət Proqramına daxil olan tələbələri iştirakçılara təqdim edərək daxil olduqları universitetlərin və ixtisasların adlarını açıqladı. Onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.

Digər çıxış edənlər yaradılan şəraitə görə dövlət başçısı cənab İlham Əliyevə və təhsil naziri Misir Mərdanova dərin minnətdarlıqlarını bildirdilər. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov