Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - 33

 

Musiqi dərslikləri kurikulumun tələblərinə tam cavab verir

 

20 ildir ki, orta məktəbdə "Musiqi" fənnini tədris edirəm. Çoxillik pedaqoji təcrübəmə arxalanaraq orta məktəblərdə "Musiqi" dərsləri və dərslikləri barədə fikirlərimi paylaşmaq istərdim. Dərsliklə əlaqəli fikirlərimi yazmadan əvvəl mən, ölkəmizdə keçirilən musiqi festivalları və muğam müsabiqələrinin musiqi marağına olan müsbət təsirindən bəhs etmək istərdim. Belə ki, ölkəmizdə, digər sahələrdə olduğu kimi, musiqi mədəniyyətinə göstərilən diqqət və qayğı nəticəsində musiqi festivalları, muğam müsabiqələrinin keçirilməsi artıq ənənə şəklini almışdır. Bu müsabiqələrdə və festivallarda dünya musiqi nümunələri ilə yanaşı Azərbaycan bəstəkarlarının əsərlərinin səsləndirilməsi, ifa olunması ölkəmizin milli-mədəni sərvətinə verilən yüksək qiymət və göstərilən diqqətin nümunəsidir. Musiqi festivalları, muğam müsabiqələri ilə səsləşərək dərslərdə mühüm yer ayrılan klassik musiqi, "Muğam" mövzusu şagirdlərdə bu incəsənətə daha dərin maraq oyadır.

Müəllim işlədiyim müddətdə istifadə olunan "Musiqi" dərsliklərinə nəzər saldıqda qeyd etməliyəm ki, bu günün "Musiqi" dərslikləri mövzu baxımından daha geniş, rahat, maraqlı, rəngarəng və estetikdir. "Musiqi" dərslikləri hər bir musiqi və ya ibtidai sinif müəlliminin dərsi rahat keçməsi, şagirdlərin proqramı daha rahat yolla mənimsəmələri üçün  nəzərdə tutularaq düzgün tərtib olunmuşdur. Dərsliklər Azərbaycan məktəblilərinin musiqini daha da dərindən və sevərək öyrənməsi üçün, məktəbli səviyyəsində musiqi savadına mükəmməl yiyələnməsi üçün əvvəlki dərsliklərdən çox fərqlənir.

"Musiqi" dərsliklərinin kurikulumun tələbləri əsasında komplekt şəklində hazırlanması (dərslik, şagird üçün iş dəftəri, müəllim üçün metodik vəsait) çox uğurludur. 

Bir ekspert kimi deyə bilərəm ki, yeni dərsliklərin qiymətləndirilməsinə çox ciddi yanaşılır. IV sinif "Musiqi" dərsliklərinə gəldikdə isə qeyd etməliyəm ki, bu dərslikdə dərsin müəllim tərəfindən şagirdə asan, sadə (rahat) tərzdə mənimsədilməsinə, mövzu baxımından maraqlılığına xüsusi diqqət verilmişdir.

"Müəllim üçün metodiki vəsait"də dərsin mərhələləri dəqiq və düzgün müəyyənləşdirilmişdir ki, bu da mövzunun müəllim tərəfindən şagirdlərə mənimsədilməsinə böyük yardımçıdır.

"İş dəftəri"ndə keçilən mövzularla əlaqəli verilən krossvordlar, musiqi testləri şagirdlərdə fənnə daha dərin maraq oyadır.

Dərslikdəki "mahnılar", "musiqi dinləmələri", "musiqi savadı" bölmələri şagirdlərin estetik zövqünün artırılmasına böyük təsir göstərir.

Amma mən çox istərdim ki, gələcək dərsliklərdə musiqi nömrələri daha müasir mövzulu və yeni mahnılarla əhatə olunsun.

Dövlətimiz tərəfindən təhsilə yüksək qayğı və diqqət göstərilir. Lakin bəzi rayon və kəndlərimizdə olan məktəblərdə musiqi kabinetlərinin olmaması, musiqi alətlərinin azlığı və ya olmaması, bəzən ucqar kəndlərə ixtisaslı mütəxəssislərin getmək istəməməsi səbəbindən "Musiqi" fənni qeyri-ixtisas müəllimi tərəfindən tədris olunur, bu sahədə bir sıra digər qüsur və çatışmazlıqlar yaradır.

"Musiqi" dərsləri, "Musiqi" dərslikləri hər bir şagirdin gələcəkdə vətənin layiqli, mədəni vətəndaşı kimi yetişməsində böyük rola malikdir. Mən "Musiqi" dərslərinin  və dərsliklərinin təkmilləşməsi istiqamətində fəaliyyətimi artırmağımı vətəndaş borcu hesab edirəm. 

Reyhan HACIZADƏ,
190 nömrəli məktəbin musiqi müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov