Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - �33

 

İxtisasartırma  kursları müəllimlərin peşəkarlıq səviyyəsini yüksəldir

 

Respublikamız üçün savadlı  və peşəkar müəllim kadrlarının hazırlanması və təkmilləşməsi prosesində aparıcı rol oynayan BPKİYİ bu gün öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir. İnstitut həm də xarici dil mütəxəssislərinin  ixtisasartırma sahəsində elm və tədris mərkəzi rolunu oynayır.

Biz, bir qrup orta məktəb müəllimi bu il iyunun 1-dən 24-dək Bakıdakı 47 nömrəli  orta məktəbdə BPKİYİ tərəfindən  təşkil olunan ixtisasartırma kurslarında iştirak etdik və çox razı qaldıq. Burada yüksək səviyyəli mütəxəssislər bizə dərs deyirdilər. Dərslər yeni texnologiyalar əsasında keçilirdi. Xüsusən də BPKİYİ-nin Xarici dillər kafedrasının müdiri Rəfiqə Əliyevanın  təşkil etdiyi dərslər və oraya respublikamızın bir sıra görkəmli  müəllimlərinin - "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin cəlb edilməsi təqdirəlayiq idi. Onlardan bəzilərini xüsusilə qeyd etmək istərdim: Rəfiqə Əliyeva ("Fəal dərsin quruluşu və yeni təlim metodlarının tətbiqi  ilə model dərslərin hazırlanması"),  Xalidə Rüstəmova ("Dərsin planlaşdırılması"), Solmaz Quliyeva ("Ətraf mühit"), Elmira İlizarova ("Mən və mənim  fəaliyyətim"), Təranə Böyükzadə ("Dərs prosesində oyunların tətbiqi"), Qəmər Rüstəmova ("Yazı və dinləmə", "Yuxarı siniflərdə inşaların tədrisi"), Dilarə Bünyatova  ("Kurikulum"), Natavan Daştıyeva ("İbtidai siniflərdə qavrama qabiliyyətinin inkişafı") və başqaları.

Tədris prosesinin əsas məqsədi mənəvi dəyərləri dərk etmək, müstəqil düşünmək, vacib qərarlar qəbul etmək, tək və qrup şəklində araşdırmalar aparmaq, şəraiti düzgün qiymətləndirməklə şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirməkdir.

Təlim zamanı biz yeni metodlara əsaslanaraq, tədris prosesinin əsas məqsədini mənimsədik və bu, əlbəttə, gələcəkdə işimizi düzgün istiqamətləndirməyə kömək edəcək.

Öz ixtisasımız sahəsində yeni biliklər, yeni təlim texnologiyalarına yiyələndik və əminəm ki, yeni dərs ilində əldə etdiyimiz bu biliklər bizə dərslərimizi daha səmərəli qurmağa, şagirdlərimizin ünsiyyət bacarıqlarının formalaşmasına yardımçı olacaqdır.

Kursun yüksək səviyyədə təşkilinə görə başda rektor, professor Asəf Zamanov olmaqla institutun bütün kollektivinə təşəkkürümüzü bildiririk.  

Kamilə KƏBİRLİ,
Bakıdakı E.Yəhyayev adına 56 nömrəli orta məktəbin müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov