Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - �33

 

"Uçitelskaya qazeta"dan

 

Şimali Qafqazın ali təhsil müəssisələrinin bir qismi bağlana bilər 

Bu il Rusiyanın təhsilə nəzarət qurumu Şimali Qafqazın ali təhsil müəssisələrində təhsilin keyfiyyəti ilə bağlı geniş yoxlamalara başlayacaq. Yoxlamaların nəticələrinə əsasən, ali təhsil müəssisələrinin bir qisminin bağlanması və ya birləşdirilməsi gözlənilir. Bu barədə federal dairənin sosial-iqtisadi inkişafı məsələləri üzrə hökumət Komissiyasının iclasında RF-in elm və təhsil naziri Andrey Fursenko bildirib. Nazirin dediyinə görə, bu gün Şimali Qafqazda 67 ali təhsil müəssisəsi və 61 filial fəaliyyət göstərir. "Lakin onların heç də hamısının fəaliyyəti effektli deyil", - deyə Fursenko qeyd edib. Bir sıra ali məktəblərdə "stul və kompüterdən başqa heç nə yoxdur" deyən hökumət başçısı Vladimir Putin də onunla razılaşıb. Baş nazirin sözlərinə görə, keyfiyyətlə işləyən iri təhsil mərkəzlərinin yaradılması zəruridir. Belə mərkəzlərdən biri prezidentin fərmanı ilə Stavropolda yaradılmış Şimali Qafqaz Federal Universiteti ola bilər. Hazırda bu ali məktəb dairənin bir neçə təhsil müəssisəsini özündə birləşdirir ki, onlarda da 45 minə yaxın tələbə təhsil alır. Yaxın iki-üç il ərzində universitetə yardım məqsədi ilə 5 milyard rubl  ayrılması nəzərdə tutulur. 

Tələbələr işəgötürənlərə yaxınlaşdırılır 

Rusiya Federasiyasının Dövlət Duması iyulun 7-də ilk oxunuşda "Ali və ali məktəbdən sonrakı professional təhsil haqqında" qanuna ali məktəblərin qəyyumlar (hamilər) şurasının səlahiyyətlərini genişləndirən  düzəlişləri bəyənib. Qəyyumlar (hamilər) şuralarının tərkibinə işəgötürənlərin, habelə RF subyektlərinin icraedici orqanlarının, yerli özünüidarə orqanlarının nümayəndələri, ali məktəblərin inkişafında maraqlı olan digər şəxslər daxil edilə bilər.

Qəyyumlar şuraları təhsil proqramlarının işəgötürənlərin tələblərinə uyğunlaşması üçün onların işlənib hazırlanmasında, habelə təhsil müəssisəsinin maddi-texniki bazasına aid məsələlərin həllində iştirak edə bilərlər. 

İmtahanlardan 100 bal yığanlar mükafat alıblar 

Rusiya Federasiyasının Tomsk şəhərindəki lisey və gimnaziyaların Vahid Dövlət İmtahanından 100 bal toplamış ən yaxşı məzunlarına şəhər merinin mükafatları verilib. 13 nəfər gənc tomsklı adama 20 min rubl alıblar. Təltif olunan məzunların əksəriyyəti təhsil müəssisələrini qızıl və gümüş medallarla bitirənlər, ümumrusiya olimpiada və müsabiqələrinin mükafatçılarıdır.

Mükafatların verilməsi mərasimində qeyd olunub ki, Tomsk məktəbliləri artıq 10-cu ildir VDİ verir və imtahanlarda yüksək bal toplayanların sayı ildən-ilə artır.

Məlum olub ki, 13 yüzballı abituriyentdən cəmi 3-ü  MDU-ya daxil olmağı planlaşdırıb, yerdə qalanlar ali təhsillərini Tomskın milli tədqiqat universitetlərində almaq fikrindədir. 

"Uçitelskaya qazeta"dan
hazırladı: Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov