Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - �33

 

Görkəmli maarif xadimi

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikir tarixində silinməz iz qoymuş onlarca parlaq simalar fəaliyyət göstərmişlər. Bütün həyat və fəaliyyətini həmvətənlərinin təhsilə, elmə, maarifə və mədəniyyətə yiyələnmələrinə həsr etmiş görkəmli ziyalılarımızdan biri də Teymur bəy Məmməd bəy oğlu Bayraməlibəyov (1862-1937) olmuşdur. O, 1862-ci il avqust ayının 22-də keçmiş Lənkəran qəzasının Yeddioymaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş və Sədi Şirazinin (1210-1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir. Daha sonra Lənkərandakı 2 sinifli rus məktəbində oxumuş, 1875-ci ildə oranı bitirib Tiflisdəki feldşerlik məktəbinə daxil olmuşdur. Oranı da müvəffəqiyyətlə bitirdikdən sonra 1879-cu ildə Qori Müəllimlər Seminariyasının 2-ci sinfinə qəbul olunmuşdur.

1881-ci ildə seminariyanı bitirən Teymur bəy Lənkərandakı 2 sinifli rus məktəbində rus dili və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Müəllim işlədiyi məktəbdə cəmi 4 azərbaycanlı şagirdin oxumasından narahat olan Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə görüşüb, təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq  və inandırmaq yolu ilə məqsədinə nail ola bilmişdi. Bu böyük zəhmətin nəticəsi idi ki, dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90 faizini təşkil etmişdir.

Teymur bəy Bayraməlibəyovu zaman bizə sələflərinin və müasirlərinin "təzə kitabxanalar, qiraətxanalar və məktəbxanalar" açmaq, Azərbaycanda kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis etmək səylərinin ardıcıl davamçılarından biri kimi tanıdır. Sələflərinin "Xeyriyyə cəmiyyəti" yaratmaq təşəbbüsləri də onu çox düşündürən məsələlərdən idi. O, 1884-cü ildə yaratdığı "Xeyriyyə cəmiyyəti"nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək işlərini həyata keçirmişdir. Teymur bəyin təkidi ilə 2 sinifli məktəbi bitirən və  orta təhsil məktəbinə daxil olmaq istəyənlərə "Xeyriyyə cəmiyyəti" yol xərci ödəyir və digər köməklik edirdi. T.Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin "Hacı Qara", N.Nərimanovun "Dilin bəlası", N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesləri, Ə.B.Haqverdiyevin "Kimdir müqəssir", S.M.Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya qoyulmuşdu. Xeyriyyəçilik məqsədi güdən teatr tamaşaları gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.

1881-ci ildən 1899-cu ilədək Lənkərandakı 2 sinifli şəhər məktəbində müəllimlik edən T.Bayraməlibəyov 1906-cı ildə öz vəsaiti hesabına orada qiraətxana açmışdı ki, həmvətənlərinin geniş dünyagörüşlü insan kimi formalaşmasına kömək etsin. Əks təbliğat işi ilə məşğul olması bəhanə edilərək Bakı qubernatoru Alışevskinin əmri ilə  T.Bayraməlibəyovun işdən azad edilməsi mahiyyət etibarı ilə qiraətxanaya və oxuculara vurulan böyük mənəvi zərbə idi.  Vəziyyətin gərginləşdiyini görən Teymur bəy Lənkəranda yaşayan bir qrup iranlı ziyalının adından İran səfirliyinə ərizə ilə müraciət edərək, onların uşaqlarının ana dilində təhsil almaları üçün bütün xərcləri öz üzərinə götürmək şərtilə "Behcət" adlı fars-türk ibtidai məktəbinin açılmasına icazə istəyir. Teymur bəyin səyi nəticəsində 5 sinifli "Behcət" adlı məktəb 15 sentyabr 1907-ci ildə İran səfiri İsmayıl xanın səlahiyyəti altında təsis edilir. Orada fars, Azərbaycan, ərəb və rus dilləri tədris olunmaqla şəriət, ərəb qrammatikası, riyaziyyat, coğrafiya, rəsmxət və xəttatlıq dərsləri keçilirdi. Teymur bəy bu məktəbin rus dili müəllimi idi.

Teymur bəyin təşəbbüsü ilə yaradılan "Behcət" məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr əsasında qubernator Alışevskinin qəzəbinə tuş gəlir. Onun əmri ilə məktəb çar hökümətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağlanır.

Lənkəranda tez-tez maneə və müqavimətlə qarşılaşan Teymur bəy mənəvi tərəqqi uğrunda əvvəlki ardıcıl mübarizəsini yenidən davam etdirir. O, 1909-cu ildə "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbini açır. Əzabkeş, xeyirxah və uzaqgörən ziyalının zəmanəti və köməyi ilə az sonra bu məktəbin qapıları uşaqların üzünə Dağıstanda açılır. Dağıstan qubernatorunun zəmanəti ilə T.Bayraməlibəyov bu məktəbə müdir təyin olunur.

Teymur bəy Bayraməlibəyovun savadı, bacarığı, təşkilatçılığı onu Lənkəran Dumasına gətirib çıxarır. Dumada fəaliyyəti nəticəsində 1910-cu ildə o, Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur. Daha sonra isə onun ardıcıl səyləri ilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir.

1911-ci ildə Lənkəran qəzasında Teymur bəy Bayraməlibəyovun işıqlı ömür yolunun ən parlaq səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli surətdə qeyd edilir.

1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə ayırmaq olar. Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra - 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir.

Teymur bəy Bayraməlibəyov "Kaspi" qəzetinin Lənkəran müxbiri kimi 1883-cü ildən 1917-ci ilədək fəaliyyət göstərmişdir. Adı H.Zərdabi, N.B.Vəzirov, E.Sultanov, Ə.Ağaoğlu (Ağayev), M.Mahmudbəyov və başqa ziyalıların cərgəsində çəkilməyə layiq olan Teymur bəy Bayraməlibəyov bizə layiqli bir irs qoymuşdur.

Teymur bəyin 1 sentyabr 1885-ci ildə tarixi mövzuda qələmə aldığı "Talış xanlığının tarixi", "Lənkəran keçmişdə", "Talışın meşə-çöl sahəsi", "Talışın quşlar aləmi", "Lənkəran qəzası talışlarının kosmoqonik rəvayət və inamları" 1881-ci ildən Tiflisdə nəşr olunmuş lSMOMPK� məcmuəsinin üç sayında,  "Novruz bayramı" silsilə məqalələri isə "Kaspi" qəzetinin 1913-cü il 55, 56, 57-ci saylarında çap olunmuşdur.

Tibb təhsili almış Teymur bəy Bayraməlibəyovun etnoqrafik irsində xalq təbabəti ilə bağlı bir neçə əlyazması da vardır.

Teymur bəy Bayraməlibəyovun irsi tədqiqatçı alimlər tərəfindən qəzet və jurnal səhifələrində, eləcə də iki monoqrafiyada işıqlandırılmışdır.

Teymur bəy Bayraməlibəyovun ailə şəcərəsini nəzərdən keçirdikdə bu böyük ailənin nümunəvi tərbiyə və təhsil ruhunda yetişməsinin şahidi oluruq. Bu nəsildə həkim də, müəllim də, alim də, ictimai xadim də vardır.

Avqustun 22-də Teymur bəy Bayraməlibəyovun doğum gününün 149-cu ili tamam oldu. 2012-ci ildə isə bu böyük ziyalı, maarifçi, pedaqoq, publisist, tarixçi-etnoqrafın, folklorşünasın anadan olmasının 150 illik yubileyi tamam olur. Keçdiyi mənalı ömür yolunda, xalqın elm, təhsil və maarifə yiyələnməsi uğrunda apardığı şərəfli mübarizələrlə dolu həyatında Teymur bəy Bayraməlibəyov çox böyük işlər görmüşdür. Ümid edirik  ki, Teymur bəy Bayraməlibəyovun bizə qoyub getdiyi irsi - əsərləri və dövri mətbuatda çıxan məqalələri toplanılaraq kitab halında nəşr olunacaqdır.  

Esmira CAVADOVA,
tarix üzrə fəlsəfə doktoru,

Bəhman KƏRİMOV,
tarix üzrə fəlsəfə doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov