Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - �33

 

Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı

 

Bu günlərdə respublikamızın hüdudlarından çox-çox uzaqlarda daha bir gəncimizin xoş sorağını  aldıq.  Daha bir gəncimiz nüfuzlu bilik yarışında növbəti uğura imza atdı. 2011-ci il iyulun 22-dən 28-dək Tailandın kurort məkanı sayılan Pattayada keçirilən məktəblilərin  XXIII Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasının üzvü Azad Qəzənfər oğlu Salahlı bürünc medala layiq görüldü.

Məlumat üçün bildirək ki, dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayan beynəlxalq informatika  olimpiadası nüfuzlu  bilik yarışlarından biri hesab olunur. Bu olimpiada  dünyanın müxtəlif ölkələrində informatika sahəsində istedadlı şagirdlərin aşkara çıxarılmasına, onların birliyinin təşkilinə, bu yeniyetmələr üçün yarışların keçirilməsinə və gələcək inkişafı üçün imkanın yaradılmasına, məktəblilər arasında informatika üzrə yarışlara marağın artırılması və  populyarlaşdırılmasına şərait yaradır. Bundan əlavə, olimpiadanın keçirilməsinin başlıca məqsədi  dünyanın müxtəlif ölkələrində informatika sahəsində istedadlı şagirdlərlə işləyən pedaqoq və alimlərin, ictimai xadimlərin birləşdirilməsi,onlar arasında dostluq münasibətlərinin qurulmasıdır. Belə bir mötəbər olimpiadada iştirak etmək və yüksək nəticə əldə edərək doğma Vətəninə medalla dönmək təbii ki, hər bir istedadlı gəncimizin arzusudur.

Keçirilmiş məktəblilərin XXIII Beynəlxalq İnformatika Olimpiadası barədə, həmçinin əldə etdiyi uğurla bağlı xoş təəssüratlarını bizimlə paylaşan Azad  dəqiq elmlərə, xüsusilə informatika fənninə böyük maraq göstərdiyini bildirdi. İnformatikaya  marağını və məhz bu fənn üzrə keçirilən beynəlxalq  olimpiadada iştirakını belə izah etdi: "Mən informatikanı ona görə seçdim ki, burada tələb olunan biliklər digər texniki fənlərə nisbətən daha çoxdur. İnformatika olimpiadasındakı məsələləri həll etmək üçün təkcə proqramlaşdırma deyil, həm də riyaziyyatın qraflar nəzəriyyəsi, optimallaşdırma, oyunlar nəzəriyyəsi, kombinatorika kimi sahələrini bilmək  tələb olunur.Bununla yanaşı, riyaziyyatın adıçəkilən sahələri universitet tələbələrinə öyrədilir və orta məktəb proqramında yoxdur. Ümumiyyətlə, texniki fənlər içərisində informatika mənim üçün daha maraqlıdır".

Azad artıq məzunu olduğu Bakı Özəl Türk Liseyində təhsil aldığı müddətdə vaxtaşırı  beynəlxalq miqyaslı olimpiadalarda iştirak etdiyini, bilik yarışlarında yüksək nəticələr qazanaraq ölkəmizə  2 gümüş  və 1 bürünc medalla döndüyünü qürur hissi ilə qeyd etdi. Sonuncu iştirak etdiyi XXIII Beynəlxalq İnformatika Olimpiadasının onun üçün xoş və yaddaqalan hadisələrlə zəngin olduğunu söyləyən Azad 2009 və 2010-cu illərdə həmin olimpiadada  iştirak etdiyini və bu il onun daha yüksək səviyyədə təşkil edildiyini bildirdi. O, ilk növbədə, qazandığı uğura görə məzunu olduğu Bakı Özəl Türk Liseyinin rəhbərliyinə, pedaqoji kollektivə, informatika müəllimləri -  Namiq Əliyevə və Əli Həsənova borclu olduğunu bildirdi. Azad  Bakı Dövlət Universitetinin dosenti, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasının rəhbəri  Ramin Mahmudzadənin ona göstərdiyi köməyi xüsusilə qeyd etdi. Ümumiyyətlə,  Azərbaycan komandasının beynəlxalq informatika olimpiadasına yüksək səviyyədə hazırlaşdığını deyən yeniyetmə gəncimiz qeyd etdi ki, o və digər şagirdlərimiz  AMEA  İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində hazırlıq dərsləri keçiblər. Ramin Mahmudzadənin rəhbərliyi altında iyunun 1-dən iyulun 17-dək davam etmiş treninqlər  İnformasiya Texnologiyaları İnstitutunun, Bakı  Dövlət Universitetinin və digər ali təhsil müəssisələrinin tanınmış  alim və mütəxəssisləri tərəfindən aparılıb. Azad belə bir mükəmməl hazırlığın son nəticədə ona uğur gətirdiyini deyərək bu işdə əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.

Respublikamızda yüksək intellektə malik, istedadlı  yeniyetmə və gənclərə hər zaman diqqət və qaygı ilə yanaşıldığını deyən Azad Salahlı, eyni zamanda onların dünyanın inkişaf etmiş ölkələrində müxtəlif fənlər üzrə keçirilən yarışlarda iştiraklarını təmin etdiklərinə görə müvafiq dövlət qurumlarına, xüsusilə Təhsil Nazirliyinə təşəkkür etdi.

Yaşadığımız əsrin kompüter əsri olduğunu söyləyən gənc informasiya texnologiyaları sahəsinin ən sürətlə inkişaf edən bir sahə olduğunu diqqətə çatdırdı. Bildirdi ki, istər elmdə, sənayedə, istərsə də digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilir.     

Azadın  bizimlə söhbət zamanı təvazökarlıq edərək özündən çox danışmaması aydın hiss olunurdu.  Hər zaman onun yanında olan, nailiyyətlərinə doğmaları qədər sevinən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin kompüter fənn metodisti Əli Həsənovdan vaxtilə şagirdi olmuş Azad Salahlı haqqında fikirlərini soruşmağı qərara aldıq. Əli müəllim bunları dedi:  "Azada 5 il dərs demişəm. O, riyaziyyatı, fizikanı, o cümlədən kompüteri  gözəl bilir. Mənə görə Azadın gözəl xüsusiyyətlərindən biri də ev tapşırıqlarını yerinə yetirdikdən sonra İnternetdən araşdırmalar apararaq, mövzu ilə əlaqəli sualları tapıb onları da həll etməsidir. O, İnternetdə ACM kimi portal veb səhifələrində qeydiyyatdan keçib, oradakı məsələləri araşdırmaqla məşğul olur. Azadın XXIII Beynəlxalq İnformatika Olimpiadasında uğurlu iştirakı bir müəllim olaraq məni çox sevindirdi. Biz müəllimlər ona böyük ümidlər bəsləyirdik və sevinirəm ki, Azad etimadımızı doğrultdu".

İstedadlı gəncin həyatında ən yaddaqalan və sevincli hadisələrdən biri də onun Kanadanın Vaterloo  Universitetinin kompüter elmləri fakültəsinə daxil olmasıdır. "Niyə məhz Kanadanın bu universitetini və fakültə olaraq kompüter elmlərini seçmisən", - sualına Azad belə cavab verdi: "Hazırda Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür və ölkəmizə bu sahə üzrə bacarıqlı kadrlar lazımdır. İnformatikaya olan marağım gələcəkdə bu sahə üzrə lazımlı mütəxəssis kimi ölkəmizə fayda vermək arzumu reallaşdırmağa təkan verdi. Elə bunun üçün də Kanadada kompüter elmləri üzrə ən yaxşı ali təhsil ocağı sayılan Vaterloo Universitetinə daxil olmaq üçün çalışdım və istəyimə nail oldum. Ən böyük arzularımdan biri isə budur ki, Amerika, Sinqapur, Hindistan və digər ölkələrdə olduğu kimi,  Azərbaycanda da proqramlaşdırma neft sahəsi ilə yanaşı, ölkənin əsas sənaye sahələrindən birinə çevrilsin. Universitetdə yüksək bilik almaqla yanaşı, diaspor təşkilatlarının təşkil etdiyi tədbirlərdə iştirak edəcək, digər ölkələrin tələbələrinə  Azərbaycan həqiqətlərini çatdırmağa, ölkəmiz, onun mədəniyyəti və tarixi haqqında, eləcə də  bugünkü vəziyyəti, inkişaf səviyyəsi barədə  geniş məlumat verməyə çalışacağam. Mənim fikrimcə, bu da təhsil qədər önəmlidir".

Bizimlə söhbətinin sonunda Azad qarşıda onu böyük sınaqların gözlədiyini deyərək bu sınaqlardan üzüağ və alnıaçıq çıxmaq üçün var-qüvvəsini əsirgəməyəcəyini, doğma Vətəninə layiqli bir mütəxəssis kimi dönəcəyinə ümidvar olduğunu bildirdi.  

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov