Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Sentyabr 2011 - �34

 

Rektor səfirlə görüşüb

 

Avqustun 24-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni qəbul etdi. Görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova da iştirak edirdi.

S.Seyidov səfiri salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. ADU-nun tarixindən söz açan rektor universitetdə bəzi dünya, xüsusilə Qərbi Avropa ölkələri dillərinin öyrənildiyini bildirdi. "Tədris olunan dillərlə yanaşı, həmin ölkələrin dil və mədəniyyət mərkəzlərinin universitetdə mövcudluğu tələbələrə həmin dilləri mənimsəmək və ölkələri öyrənməkdə kömək edir". Bu baxımdan rektor ADU-da Alman dili Mərkəzinin fəaliyyətini qənaətbəxş hesab etdi.

ADU-nun gələcək perspektivləri haqqında danışan S.Seyidov bu ali təhsil ocağının maddi-texniki bazasının daha da genişlənməsi layihəsi üzərində iş getdiyini səfirin diqqətinə çatdırdı. Daha sonra universitetdə fəaliyyət göstərən fakültələr və kafedralar haqqında məlumat verən rektor Almaniya daxil olmaqla müxtəlif ölkələrdən yüksək ixtisaslı müəllimlərin ADU-da dərs dediklərini söylədi.

Səfir isə öz növbəsində ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. Almaniya universitetlərinin ADU ilə əlaqələrinin yaradılmasının ikitərəfli əlaqələrin dərinləşməsinə, elmi-mədəni əlaqələrə töhfəsini verəcəyinə əminlik ifadə etdi. 

Görüşdə həmçinin bir sıra gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olundu. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov