Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Sentyabr 2011 - �34

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar yay sağlamlıq düşərgəsində istirahət edib

 

"Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi iyulun 26-dan avqustun 21-dək 45 nəfər 6-18 yaşlı xüsusi qayğıya ehtiyacı olan uşaq, valideyn himayəsindən məhrum olmuş usaqlar və İmisli rayonu Bəhram-Təpə qəsəbəsi Fin 1 və 2 şəhərciklərində məskunlaşmış Ağdam, Füzuli və Cəbrayıl rayonlarından olan məcburi köçkün ailələrin övladları üçün Qusar rayonu Yasab kəndində yay sağlamlıq düşərgəsi təşkil etmişdir.

İctimai birlikdən aldığımız məlumata görə, istirahət düşərgəsinin təşkili ilə əlaqədar "Oriqami"  İB-nin işçiləri Qusar rayonuna ezam olunmuş, Qusar Rayon İcra Hakimiyyəti, Yasab qəsəbə nümayəndəliyi və bələdiyyəsində görüşlər keçirmis, fərdi qaydada, icarə əsasında düşərgənin yerləşməsi məsələsini, həmin ərazidə  asayişin qorunması, tibbi yardımın təşkili, su, elektrik enerjisi təminatı problemlərini həll etmişlər.

45 uşağın düşərgədə yay istirahətinin təşkili ictimai birlikdə tərtib edilmiş pedaqoji yönümlü proqram əsasında həyata keçirilmişdir. İstirahət müddətində usaqların bir neçə dəfə meşə massivinə, "Qara Baba" pirinə, yaxında yerləşən  zəmilərə, çay kənarına, bulaqlara və s. yerlərə ekskursiyaları təşkil olunmuşdur.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda özünə inam hissini möhkəmlətmək məqsədi ilə təşkilatın  psixoloq və tərbiyəçiləri tərəfindən onlarla ətraf mühit, təbiət haqqında söhbətlər keçirilmiş, hər şeyi bilmək istəyən  uşaqlara təlimçilər tərəfindən Uşaq Hüquqları Konvensiyası, xüsusən də uşaqların hüquqları, onları maraqlandıran digər məsələlər haqqında məlumat verilmişdir. Bu işlərdə düsərgənin  pedaqoji kollektivinin üzvləri psixoloq Z.Bayramova, təşkilatçı A.Ağayeva, bədən tərbiyəsi mütəxəssisi T.Məmmədov və digərləri xüsusilə fərqlənmişlər.

Uşaqlar düşərgədə keçirilən  "Bacarıqlı əllər" yarışlarında iştirak edərək gil, saman, talaşa materiallarından müxtəlif əl işləri yaratmış, birlikdə multiplikasıya filmlərinə və digər TV verilişlərinə baxmış, hər gün təşkil olunan diskotekada rəqs etmişlər.

Nəsimi rayonundakı Uşaq Yaradıcılıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Dəcəl qızlar" rəqs qrupu (bədii rəhbər Azərbaycan Respublikasının xalq artisti Cəmilə Bayramovadır) 3 gün düşərgədə olmuş, uşaqlar qarşısında maraqlı proqramla çıxış etmişdir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların yay istirahətinin təşkilinə Azərbaycan Beynəlxalq Bankı maliyyə yardımı göstərmiş və TUSİAB-ın təşkilatçılığı ilə "Toyes AZE" MMC isə uşaqların isti qida, meyvə-tərəvəzlə təminatına kömək göstərmişdir. Düşərgədə keçirdikləri günlər uşaqların psixoloji durumuna müsbət təsir göstərmiş, onların  sağlamlıqlarının möhkəmləndirilməsində, həyata nikbin baxışlarının formalaşmasında mühüm rol oynamışdır.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov