Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Sentyabr 2011 - �34

 

Problem-dialoq biliklərin yaradıcı mənimsənilməsini təmin edir

 

Kiçikyaşlı məktəblilərin şəxsiyyətinin aparıcı fəaliyyətlər əsasında inkişafı məqsədi bu gün prioritetə çevrilib. Bu, uşaqların inkişafında aşağıdakı mühüm dəyişikliklərin yaranmasına  səbəb olan inkişafetdirici sosial-mədəni mühitin layihələndirilməsi deməkdir:

- uşağın məktəbə gəldiyi idrak marağı əsasında tədris-idrak fəallığı və tədqiqata maraq formalaşdırılır;

- məktəbəqədər yaşlı uşaqların sərbəstliyi təlim təşəbbüskarlığı və mühakimədə, üsullar və fəaliyyət vasitələrində sərbəstliyə çevrilir.

Məhz ibtidai təhsil şagirddə təhsilin sonrakı pillələrində zəruri olan əqli qüvvənin inkişaf səviyyəsini təmin etməlidir. Aydındır ki, bu məqsədə çatmaq üçün müəyyən pedaqoji şərait yaradılmalıdır. Şübhəsiz, ümumi zəruri şərait inkişafetdirici təlimin təşkilidir. Belə ki, o, biliklərin tam mənimsənilməsini təmin edərək məktəblinin təlim fəaliyyətini formalaşdırır.

İdrak fəaliyyətinin aparıcı motivləri intellektual motivlərə çevrilir: şagird intellektual əmək prosesindən zövq alaraq bilikləri müstəqil axtarır. Bu, hər bir dərsdə müəllim və şagirdin qarşılıqlı yaradıcı fəaliyyəti prosesində, müəyyən metod və üsulların köməyi ilə idrak fəaliyyətinin fəallaşdırılması hesabına mümkün olur. Şagirdlərin idrak fəaliyyətinin motivasiyası üçün güclü mənbə təlimdə problem situasiyanın yaradılması və  işdə koqnitiv xarakterə malik, biliklərin yaradıcı mənimsənilməsini təmin edən problem-dialoji texnologiyadan istifadədir. Problem situasiya şagird üçün əhəmiyyətli olan real əksliklər nəzərə alınmaqla yaradılır.

Təlimdə metapredmet yanaşmanın reallaşdırılması mühüm məsələdir. Metapredmet yanaşma özündə əyaniliyi və eyni zamanda əyaniliküstü ideyanı, əyaniliyə nisbətdə refleksivlik ideyasını birləşdirir.  Tədris materialının inteqrasiyası əsasında təlim elə qurulur ki, şagird dərketmə prosesinin tamhüquqlu üzvünə çevrilir. Bu zaman uşaq təkcə konkret fənn biliklərini mənimsəməyib, həm də bu və ya digər məsələnin həlli yollarını axtarır, özünün hər addımını fikirləşir, sanki müəyyən bilikləri və anlayışları yenidən kəşf edir. Nəticədə fikri fəaliyyətin yeni üsulu: dialoq təşkil etmək və aparmaq,  problemləşdirmə, məsələnin qoyuluşu, axtarışı, onların həlli vasitələrinin refleksiyası qabiliyyətləri formalaşır. İdrak prosesi həqiqətən yaradıcı olur, edilmiş "kəşfdən" sevinc, məmnunluq, öz gücünə inam hissləri doğur.

Şagirdlərin idrak fəaliyyəti dərsin müxtəlif mərhələlərində, müxtəlif dərs tiplərində və hər hansı mövzuda müəyyən metod və üsullarla fəallaşdırılır.

Mənim təcrübəmdə yeni biliklərin verilməsi - "kəşfi" dərslərində şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması xüsusi yer tutur. Bu prosesi metodların, üsulların, tapşırıq və sualların əlaqələndirilməsi vasitəsi ilə təşkil edirəm. Biliklərin verilməsi mərhələsi dərsə hazırlığın daha çətin və yaradıcı hissəsidir. Biliklərin "kəşfi" mərhələsinin düzgün, səmərəli, məqsədyönlü, həm də qeyri-standart təşkili şagirdlərdə yuxarıda qeyd olunan qabiliyyətlərin, idrak fəaliyyətinin inkişafı və formalaşmasına gətirib çıxarır.

Həmin problem üzrə öz fəaliyyətimdə mən iki ideyadan çıxış edirəm:

1.Yeni biliklərin verilməsində problem-dialoji texnologiyadan istifadənin zəruriliyi;

2.Təlimdə metopredmet yanaşmanın reallaşdırılmasının zəruriliyi.

Tədris probleminin qoyuluşunun üç əsas metodu mövcuddur:

1.Problem situasiyadan yaranan dialoq;

2.Mövzuya aparan dialoq;

3.Mövzunun motivləşdirici üsullarla elan olunması.

Buna uyğun olaraq tədris probleminin həllinin axtarılmasının da üç əsas metodu vardır:

1.Hipotezin yoxlanılması üçün dialoq;

2.Problemlərdən dialoqa keçid;

3.Problemsiz dialoqun yaradılması.

Metodların oxşarlığı ondan ibarətdir ki, bütün bunlar şagirdlərin yeni materialı öyrənməyə motivasiyasını təmin edir.

Metodların fərqi məktəblilərin tədris fəaliyyətinin xarakterindədir. Meyloyadıcı dialoq şagirdlərin əsl yaradıcı fəaliyyətini təmin edir, onların nitqini və yaradıcılıq qabiliyyətini inkişaf etdirir, yekunlaşdırıcı dialoq və mövzunun motivləşdirici üsullarla bildirilməsi isə yalnız yaradıcı prosesi təqlid edir, yamsılayır, lakin şagirdlərin məntiqi təfəkkürünü və nitqini də müvəffəqiyyətlə formalaşdırır.

Mən öz işimdə tədris probleminin qoyuluşu və onun həllinin axtarılması üçün  bütün bu metodlardan geniş istifadə edirəm. 

Lalə HƏSƏNOVA,
Bakıdakı 299 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov