Respublikamızın ən gözəl guşələrindən olan
Qubadlı bölgəsinə tez-tez gedirdim.
Bağ-bağatları, buz bulaqları, yarpızlı dərələri,
uca dağları, yaşıl təpələri, allı-güllü
yaylaqları, müqəddəs qəbirləri, ocaqları,
pirləri, yağı tapdağında qalan, perik düşmüş
sakinlərini intizarla gözləyən, başına
müsibətlər gələn, igidləri düşmən gülləsinə tuş
olan Qubadlı!
Qısa
arayış:
Qubadlı Ermənistanla 120 km məsafədə
həmsərhəddir. Qubadlı rayonu şimaldan Laçın
rayonu, cənubdan Zəngilan rayonu, şərqdən
Xocavənd və Cəbrayıl rayonları, qərbdən
Ermənistanla həmsərhəddir. Rayonun çox gözəl
təbiəti var. Qubadlının ərazisindən Azərbaycanın
ən bol sulu çaylarından olan Həkəri və Bərguşad
çayları axır. Ən əhəmiyyətli kəndləri Mahmudlu,
Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Molu
kəndləridir.
Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid
olub. Qarabağ müharibəsində isə Qubadlının
ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub.
Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205
mədəni-məişət obyektini, 12 tarixi abidəni
yandırıb və talan ediblər. İşğala qədər 33800
əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik,
15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə
və təhsil müəssisələrində 1280 nəfər müəllim
çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o
cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28
klub, 6 avtoklub olub.
Bilavasitə Ermənistan tərəfindən Qubadlının
sərhəddə yerləşən Əliquluuşağı, Məlik Əhmədli,
Seytas, Eyvazlı, Qədili, Dondarlı, Novlu, Yuxarı
Cibikli, Əyin, Çardaxlı, Tarovlu, Fərcan, Göyyal,
Saldaş, Çərəli kəndlərinə təcavüz edilir,
kəndlər atəşə tutulurdu.
1989-cu ilin axırları rayonda vəziyyət son
dərəcə ağırlaşdı. Düşmənin hücumlarının,
təxribat əməllərinin qarşısını alan özünümüdafiə
dəstələri yerli milis qüvvələri ilə birlikdə
hərəkət edirdi. Lakin qüvvələr qeyri-bərabər idi.
Təcavüskar erməni dəstələri avtomat silahlardan,
artilleriyadan, zirehli hərbi texnikadan gen-bol
istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri
çatmırdı.
Rayonun şərq tərəfdən geniş bir ərazisi
müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı,
Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat
zonasınadək yerli əhalı silaha sarılsa da,
qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın
qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq
mümkün deyildi.
Avqust ayının 30-da erməni hərbi birləşmələri
güclü hərbi texnikanın müşayiəti ilə yalnız
mülki əhalinin qoruduğu Gəyən zonası
istiqamətində hücuma keçdi. Əsas zərbə Xanlıq
istiqamətinə göndərilmişdi. Qeyri-bərabər
döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla
döyüşsələr də, erməni tankları kəndə soxuldu.
Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı,
Xocik istiqamətində rayona soxulan erməni
birləşmələri kəndləri yandırdı, dinc əhaliyə
divan tutdular.
Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki
əhali məcburiyyət üzündən rayonu tərk etməli
oldu. Avqustun 31-də Qubadlı bütünlüklə işğal
olunduE. Eh! Xatirələr çözələnir. 1991-ci il
mart ayının 16-da elimizin igid oğlu Əlyar
Əliyevlə ilk görüşüm Qubadlı Rayon İcra
Hakimiyyətində oldu.
Əlyarla Qubadlının dağ kəndlərində - Seytacda,
Novluda, Əliquluuşağı, Məlik Əhməddə çox olmuşam.
Onun batalyonu düşmənin 3 vertolyotunu vuranda
onu təbrik etməyə gəlmişdim. Xeyriyyəçi Zaman
İsgəndərovun onun batalyonuna bağışladığı hərbi
yük maşınını mənə göstərib deyirdi:
- Zaman dayıya salam söyləyin, deyin maşın
sağ-salamatdı.
Yadımdadır, bir gün Əlyar mənə igid əsgərləri
göstərib dedi:
- Əvəz müəllim, bu dəstə batalyonun ürəyidir.
Hansı ermənini deyirsən, göndərim Gorusdan,
Qafandan, Sisiyandan qulaqlayıb gətirsinlər.
Bunlar Koroğlu dəliləridir.
Mən zarafatla Əlyara dedim:
- Qardaş, dəlilər Koroğlunun başına yığışıblar,
sən də elə Koroğlusanki Koroğlu. Gülüşdük.
1992-ci il oktyabrın 3-də Əlyarın xəyanətlə
aradan götürüldüyünü eşidib sarsıldım, onun
dəfnində iştirak etmək üçün Qubadlıya gəldim.
Əlyarın bacısı məni görən kimi boynumu qucaqladı,
ağladı. Əlyarın boyalı portretini əsgərlər
tutmuşdular.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əlyar
Əliyev ölməzliyə qovuşduE
Əsgərlərlə sonrakı görüşlərim də xatirələrimdən
silinməyib. Bir dəfə zenit-raket diviziyasında
Qiyas və İmran Babayev qardaşları ilə tanış
oldum. Onlar burada çox işlər görmüşdülər. Hər 2
komandir əsgərlərə nümunəvi rəhbərlik edir,
qayğı göstərirdilər. Artıq Günəş qüruba tərəf
əyilirdi. Mən əsgərlərlə xudahafizləşib getmək
istəyəndə N.Bərxudarov mənə yaxınlaşdı: Bacım
Sumqayıtda yaşayır. 17 nömrəli məktəbdə kimya
müəllimi işləyir. Mənim salamımı bacıma
çatdırmağınızı xahiş edirəm. Daha inamlı olsun
deyə cib dəftərçəmə qol çəkib dedi: Bacım imzamı
görsə bəsdir, biləcək ki, sağ-salamatam. Hər
tərəf çən-dumana bürünmüşdü, göz-gözü görmürdü.
Birdən elə bil Allah arzularımı eşitdi, bir
balaca meh əsdi, çən-duman seyrəldi, dağlar
ap-aydın göründü. Bu huynidə bir dəstə sığırçın
gəlib qondu yerə. Onlar səksəkəli idilər,
devikirdilər, sanki canlarını götürüb
qaçmışdılar.
Əvəz Mahmud LƏLƏDAĞ |
|