Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - �35

 

Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi

 

Sentyabrın 6-da Bakıdakı "Hyatt Regency" otelinin Quba zalında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi.

Konfrans başlanmazdan əvvəl nümayəndələr Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu.

Konfransda təhsil naziri Misir Mərdanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, millət vəkilləri, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, respublikanın tanınmış alim və pedaqoqları, paytaxtın ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin rəhbərləri, müəllimlər, KİV nümayəndələri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başladı.

"2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə-təqdimatla çıxış üçün söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya verildi.      

Konfrans iştirakçılarını qarşıdan gələn yeni dərs ili münasibətilə təbrik edən Nailə xanım hazırda dövlətin təhsil siyasətinin prioritet sahələrindən birinin hər bir vətəndaşın keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və bunun üçün şəraitin yaradılması olduğunu söylədi. Qeyd etdi ki, son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır. Artıq bu islahatların ən mühüm mərhələsinə qədəm qoyulub. Təhsilin məzmunu və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşmə prosesləri gedir.

Məruzəçi ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji planının hazırlanaraq təsdiq edilməsini gələcək fəaliyyətin istiqamətlərini müəyyən etməklə yanaşı, həm də yaxın gələcəkdə perspektivləri də müəyyən etmək  baxımından faydalı olduğunu bildirdi. Belə ki, Strateji planda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, təhsil müəssisələrində təlimin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması əsas hədəf olaraq saxlanılmışdır.

Bakı şəhərində pedaqoji kadrların işə qəbulunun vahid mexanizminin tətbiq edilməsi və onun daim təkmilləşdirilməsi, vakant yerlərə müsabiqə yolu ilə müəllim qəbulu məktəblərin keyfiyyətli kadr təminatında mühüm rol oynamışdır.

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə aparılan islahatların prioritet istiqamətlərindən biri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran Nailə Rzaquliyeva hazırda Bakının 139 ümumtəhsil məktəbinin genişzolaqlı İnternet şəbəkəsinə qoşulduğunu, bütün məktəblərdə lokal şəbəkələrin yaradıldığını söylədi. Qeyd olundu ki, son illərdə tətbiq edilən "Elektron məktəb" layihəsinin əhatə dairəsi genişlənib, məktəblərdə elektron dərs vəsaitlərindən səmərəli istifadə olunur.

Məruzəçi onu da bildirdi ki, bu gün idarəetmə və nəzarət mexanizminin səmərəsini artırmaq üçün informasiya texnologiyalarından istifadə qaçılmazdır. Başqa sözlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək  və nəticədə əsaslandırılmış optimal qərarlar qəbul etmək üçün təhsilin idarə olunmasının məlumat sistemi önəmli işlər görür. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TİMS bazasında "Məktəblər", "Hesabatlar", "Kadrlar", "Şagirdlər" bloku var. Bazada 42598 kadr və 315008 şagird haqqında məlumat yerləşdirilib. TİMS-in "Məktəbəqədər təhsil" modulunun hazırlanması və tətbiqi ilə bağlı proqram təminatı yaradılıb. Məktəbəqədər təhsil müəssisələri haqqında məlumatların həmin bazaya daxil edilməsi işi artıq başa çatmaq üzrədir.

Təhsilin keyfiyyətli idarə edilməsinə nail olmaq üçün əsas şərtlərdən birinin mükəmməl maddi-texniki baza və təhsil infrastrukturu olduğunu söyləyən N.Rzaquliyeva respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil infrastrukturunun inkişafına xüsusi diqqət yetirildiyini dedi.

Qeyd etdi ki, yay tətili dövründə dövlət vəsaiti hesabına 57 uşaq bağçasında, 54 məktəbdə və 2 məktəbdənkənar təhsil müəssisəsində təmir, tikinti işləri başlanmışdır. Artıq bu günlərdə əksər təhsil müəssisələrinin yenidən qurulması və təmiri başa çatdırılıb. İl ərzində 7 məktəbdə, 8 körpələr evi-uşaq bağçasında əsaslı, 15 məktəbdə, 23 uşaq bağçasında, 1 məktəbdənkənar təhsil müəssisəsində isə cari təmir işləri aparılıb. Bununla yanaşı, 13 məktəb və 10 uşaq bağçasının istilik sistemi təmir edilmiş, təhsil müəssisələri zəruri inventar və avadanlıqlarla təmin olunub. Nailə xanım Heydər Əliyev Fondunun təhsil müəssisələrinin təmiri və tikintisi sahəsində dəstəyini də xüsusi vurğuladı.

Məruzə-təqdimatında N.Rzaquliyeva təhsilin ilk pilləsi və bünövrəsi sayılan məktəbəqədər təhsillə bağlı həyata keçirilən tədbirlərdən geniş bəhs etdi. Verilən məlumatdan aydın oldu ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 məktəbəqədər təhsil müəssisəsi vardır. Fəaliyyətdə olan 302 məktəbəqədər təhsil müəssisəsində uşaqların sayı 34369 olmaqla 1539 qrup var. Həmin uşaqların təlim-tərbiyəsi ilə 3765 pedaqoji işçi məşğul olur. Bu il Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrindən 9176 uşaq məktəbə yola salınacaqdır. Son illər 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması vəziyyətinin də xeyli yaxşılaşdığını, məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının şəbəkəsinin xeyli genişləndiyini deyən Nailə xanım bununla bağlı  statistik rəqəmləri diqqətə çatdırdı.

Daha sonra qeyd olundu ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 308 tam orta, 3 ümumi orta, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Həmin məktəblərdə 31843 müəllim 316594 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur.

Təhsil sahəsində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, orta məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinin təhsilin keyfiyyətinə müsbət təsir etdiyini söyləyən məruzəçi ötən dərs ilinin bununla bağlı nəticələrini açıqladı. Onu da bildirdi ki, ümumtəhsil məktəblərimizin XI siniflərində dərs ilinin sonunda 23019 şagird olmuş, onlardan 20304-ü  (88,2 faiz) attestat alaraq tam orta təhsili başa  vurub. Dövlət müstəqilliyimizin elan olunmasından keçən dövr ərzində ilk dəfə olaraq bu il tam orta təhsili yüksək səviyyədə başa vuran 14 məzuna qızıl, 4 məzuna isə gümüş medal verilib. Qızıl və gümüş medal  alan məzunların qəbul imtahanlarında orta balı 628 olub. 2011-2012-ci dərs ili üzrə ali məktəblərə tələbə qəbulunda Bakı məktəbləri məzunlarının xüsusi  çəkisi  artıb. Belə ki, 2011-ci ildə məzunların 47,43 faizi tələbə adını qazanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandığı 5 ildə bu parametr üzrə artım təqribən 12,64 faizdir. Sevindirici haldır ki, son 5 ildə respublika üzrə ən yüksək göstəricilər Bakı şəhərinə məxsusdur. Bakı şəhəri məzunlarının orta balı da respublika üzrə orta göstəricidən 24 bal yuxarıdır. 2011-2012-ci dərs ili üzrə tələbə qəbulunun nəticələrinə görə hər 16 abituriyentdən biri 600-dən, hər 9 abituriyentdən ikisi 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb. Məzunların yüksək bal toplamalarının ürəkaçan bir hal olduğunu söyləyən Nailə Rzaquliyeva daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2006-2011-ci illəri əhatə edən fəaliyyəti dövründə paytaxt məktəbləri məzunlarının ali məktəblərə qəbulu zamanı topladıqları balların illər üzrə təhlilini apardı, onları ətraflı şərh etdi. Onu da bildirdi ki, respublika üzrə 700 bal toplayan 4 gəncin hamısı Bakı məktəblərinin məzunlarıdır.

Məktəbli formasının tətbiqinə 2007-ci ildən başlanıldığını deyən məruzəçi bu  ildən etibarən paytaxtın ümumtəhsil məktəblərinin bütün siniflərində vahid formaya  keçidin başa çatdırılmasının nəzərdə tutulduğunu qeyq etdi.

Təhsil sistemində yeni təlim texnologiyalarından səmərəli şəkildə istifadə edən müəllimlərin sayının getdikcə artmasının ürəkaçan olduğunu söyləyən N.Rzaquliyeva Bakı şəhərindəki məktəblərdə sözün yaxşı mənasında güclü bir rəqabətin formalaşdığını dedi. Bildirdi ki, hər bir müəllim indi fəal təlim metodları üzrə kurslarda iştirak etməyə böyük maraq göstərir, öyrənir, tətbiq edir və öyrədir.

Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində Bakı şəhəri məktəblərinin və müəllimlərinin uğurlu nəticələri də bu sahədə ciddi inkişafın olduğunu göstərir. Məlumat üçün bildirildi ki, bu il Bakı şəhərinin 22 məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi", 49 müəllim isə "Ən yaxşı müəllim" adına layiq görülüb.

Xüsusi istedada malik uşaq və yeniyetmələrin aşkara çıxarılması və inkişaf etdirilməsi ilə bağlı müxtəlif mövzularda təhsil müəssisələrində keçirilən silsilə tədbirlərə də toxunan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, həmçinin şagirdlərin fənn olimpiadalarının respublika turunda əldə etdikləri nailiyyətlərdən, beynəlxalq səviyyəli idman yarışlarında qazandıqları uğurlardan danışdı.

N.Rzaquliyeva 2010-2011-ci dərs ilində ən əlamətdar hadisələrdən birinin də paytaxtın möhtəşəm saraylarından biri sayılan "Buta"da "Məzun-2011" adlı tədbirin keçirilməsi olduğunu bildirdi. Qeyd etdi ki, Bakı şəhərinin orta məktəblərini əla təhsillə və nümunəvi davranışla bitirən, ictimai fəallığı ilə seçilən, yüksək təhsil göstəricilərinə görə qızıl və gümüş medallarla təltif olunan 2010-2011-ci dərs ilinin məzunları ilə keçirilən bu tədbir ictimai marağa səbəb olmaqla yanaşı, gənclərin milli vətənpərvərlik tərbiyəsində də mühüm əhəmiyyət kəsb etdi.

Məruzə-təqdimatında ötən dərs ilində görulən işlərdən, qazanılan uğurlardan geniş söz açan, müəyyən nöqsan və çatışmazlıqları ətraflı təhlil edən Nailə xanım onların aradan qaldırılması istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini dedi. Qeyd etdi ki, təhsilin keyfiyyət baxımından inkişafını vəzifə kimi qarşıya qoyan Bakı Şəhəri  üzrə Təhsil İdarəsi bundan sonra da həmin vəzifəni yerinə yetirmək üçün bütün imkanlarını və qüvvəsini səfərbər edərək gənc nəslin təlim-tərbiyəsi sahəsində daha yaxşı nəticələr qazanmağa çalışacaqdır. Çıxışının sonunda Nailə Rzaquliyeva təhsil işçilərinin Bakı təhsilinin inkişafında daha böyük uğurlara imza atacaqlarına əmin olduğunu söylədi.

Sonra konfransda məruzə ətrafında çıxışlar edildi. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi, Bakı şəhərindəki 279 nömrəli məktəbin direktoru Oqtay Səmədov, 83 nömrəli məktəb-liseyin direktor müavini Yaşar Həmidov, 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq -Gənclər İdman Məktəbinin direktoru Elçin Mehdizadə, 169 nömrəli körpələr evi- uşaq bağçasının tərbiyəçisi Təbiət Vəliyeva, Bağça-məktəb-lisey kompleksinin Valideyn Komitəsinin sədri, VMA-nın üzvü Səidə İsmayılova, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, 87 nömrəli məktəbin ingilis dili müəllimi Natəvan Daştiyeva çıxış edərək ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı istiqamətində gördüyü işləri müsbət qiymətləndirdilər, qazanılan uğurlardan söz açdılar. Qəbul imtahanlarında 700 bal toplamış Ləman Məmmədova belə bir yüksək nəticənin əldə olunmasında onun üzərində zəhməti olan müəllimlərinə, valideynlərinə təşəkkür etdi.

Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək bütün təhsil işçilərini qarşıdan gələn "Bilik günü" münasibətilə təbrik etdi, onlara işlərində yeni-yeni nailiyyətlər arzuladı. Bakı təhsilinin  uğurlarının ildən-ilə artdığını deyən nazir  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətindən razı qaldığını bildirdi və qurumun gördüyü işləri yüksək dəyərləndirdi.

Təhsil naziri ulu öndər Heydər Əliyevin müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşdığını, hər zaman təhsilə önəm verdiyini söylədi. Nazir hazırda ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan elminin, təhsilinin inkişafına, eyni zamanda təhsil işçilərinə göstərilən qayğı və diqqətdən, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən ətraflı danışdı.

Bu gün bizim nümunəvi məktəblərimizin, yüksək savada və bacarığa malik, öz işinə yaradıcı yanaşan müəllimlərimizin olduğunu deyən təhsil naziri onların təhsilimizə başucalığı gətirdiyini bildirdi.

Çıxışında bir sıra həlli vacib məsələlərə də ətraflı toxunan nazir Misir Mərdanov bununla bağlı fikir və mülahizələrini söylədi, konfrans  iştirakçılarına dəyərli tövsiyələr verdi.

Konfransın sonunda ölkəmizdə təhsil sahəsində görülən işlərdən, əldə edilən uğurlardan, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətindən bəhs edən filmin nümayişi hamı tərəfindən maraqla qarşılandı.     

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov