Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - 35

 

İsaq Mustafa oğlu Məmmədov

 

Azərbaycan tarix  elminə  ağır itki üz vermişdir. Görkəmli təhsil işçisi, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi  təqaüdünə layiq görülmüş, Azərbaycan Dövlət Neft Akademiyasının professoru İsaq Mustafa oğlu  Məmmədov ömrünün  87-ci ilində   vəfat etmişdir.

Professor İsaq Mustafa oğlu Məmmədov  1925-ci il martın 24-də Qubadlı rayonunun  Qaracalı kəndində   tanınmış təsərrüfatçı  Mustafa  kişinin ailəsində   anadan  olmuşdur. Onun atası,  bölgədə  adlı-sanlı şəxsiyyət kimi tanınan Mustafa kişi  repressiyanın qurbanı olmuş, balaca İsaq atasız yaşamış, anasının və yaxın qohumlarının himayəsində  böyümüşdür. O, 1942-ci ildə kənd orta  məktəbini  və Şuşa  pedaqoji kurslarını bitirərək doğma kəndindəki  natamam orta məktəbdə  müəllimlik  etmiş, dərs hissə müdiri vəzifəsində çalışmış, kənd  sovetinin katibi  işləmişdi.

Təhsilə  və  elmə  maraq  göstərən  İsaq Məmmədov 1944-cü ildə bütün  təqiblərə baxmayaraq çox çətinliklə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, fərqlənmə diplomu ilə  təhsilini  başa vurmuşdur. Xeyirxah insanların  köməyi ilə  xalq düşməninin oğlu  1949-cu ildə aspiranturaya  qəbul  edilmişdi. O, 1952-ci  ildə təhsilini başa  vurduqdan sonra  bu təhsil müəssisəsində   müəllim vəzifəsinə  təyin edilmiş və  beləliklə, istedadlı gəncin  həyatında  yeni dövr  başlamışdı. İsaq Məmmədov BDU-da  1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyasını  müdafiə etmiş, 1976-cı ildə professor adını  almışdı.

Ömrünün 30 ilini BDU-ya həsr etmiş İsaq Məmmədov burada  görkəmli  alimlərin  əhatəsində  böyük həyat yolu keçmiş, qayğıkeş  müəllim və  istedadlı tədqiqatçı  kimi formalaşmış,  assistentdən professora  qədər ucalmışdır.

Respublika miqyasında  görkəmli  pedaqoq və  məhsuldar  tədqiqatçı  kimi tanınan İsaq Məmmədov 1977-1978-ci illərdə  Azərbaycan Dövlət  Tibb Universitetində kafedra  müdiri, 1978-1984-cü illərdə  Naxçıvan Dövlət  Pedaqoji  Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində  işləmişdi.

Professor İsaq Məmmədov  peşəsinə  sadiq, qayğıkeş pedaqoq, məhsuldar  tədqiqatçı, prinsipial, pak insan  kimi respublikanın  elmi  ictimaiyyətinin  dərin  hörmətini və məhəbbətini qazanmışdı. Bu  məhəbbətin, hörmətin  əsasında  yüksək  məsuliyyət, tələbkarlıq, peşəkarlıq, prinsipiallıq, obyektivlik, yenilik hissi, müasirlik  duyumu, yüksək  mədənilik  kimi insani keyfiyyətlər dayanırdı.

Professor İsaq Məmmədov  görkəmli  pedaqoq və tədqiqatçı alim kimi ad-san qazanmışdı. O, 200-ə qədər  elmi  məqalənin, "Qəhrəmanlıq tarixindən səhifələr", "Unudulmaz rəşadət", "İnqilabi ənənələr və gənclik", "Ənənələr tərbiyə edir" kitablarının, "XX əsrdə ümumdünya tarixi proseslər", "Azərbaycan  tarixi", "Yeni tarix", "Ümumdünya ictimai prosesləri", "Təlatümlü illər" və "Siyasi tarix" dərslikləri  və dərs  vəsaitlərinin müəllifi idi. O, 15 elmlər  namizədi  yetişdirmiş,  onlarla  doktorluq dissertasiyasının opponenti olmuşdur. Elm sahəsində  böyük  xidmətlərinə görə professor İsaq Məmmədov 1981-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə  "Əməkdar elm xadimi" fəxri adına  layiq görülmüşdü. O, çoxsaylı  İttifaq və  respublika  miqyaslı  elmi konfransların  iştirakçısı olmuş və  məruzələrlə çıxış etmişdi.

Professor İsaq Məmmədov respublikamızın ictimai həyatında fəal iştirak etmiş, 1980-1985-ci illərdə Naxçıvan Muxtar Respublikası  Ali Sovetinin deputatı seçilmiş, Naxçıvan şəhər rəhbər orqanlarının, müxtəlif müdafiə şuralarının üzvü kimi fəaliyyət göstərmişdir.

Həyatın çətin və ağır sınaqlarına sinə gərən, möhkəm iradəli, mətinliyi, söz bütövlüyü, tələbkarlığı, həssaslığı, qayğıkeşliyi, elmi istedadı ilə fərqlənən, həyatının mənasını  insanlara yaxşılıq  etməkdə görən, sadə, səmimi, mehriban, yüksək mənəviyyatlı insan kimi tanınan professor İsaq Mustafa oğlu Məmmədov  əbədi olaraq  Azərbaycanın elmi ictimaiyyətinin xatirində yaşayacaqdır.

Allah rəhmət eləsin! 

Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azərbaycan Dövlət Neft Akademiyası

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov