Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - 35

 

NDU-da "Dövlət müstəqilliyinin bünövrəsi" mövzusunda elmi konfrans keçirilib

 

Naxçıvan Dövlət Univesitetində görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsinin 20 illiyinə həsr olunmuş "Dövlət müstəqilliyinin bünövrəsi" mövzusunda elmi konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq bu tarixi hadisənin Azərbaycan xalqının taleyindəki böyük siyasi əhəmiyyətindən bəhs etmişdir. Millət vəkili bildirmişdir ki, o zaman Azərbaycanın çoxcəhətli böhran, vətəndaş qarşıdurması və parçalanma qarşısında qaldığı, ərazilərinin işğal olduğu bir vaxtda Heydər Əliyev kimi zəngin siyasi təcrübəyə və uzaqgörənliyə malik görkəmli dövlət xadiminin yenidən hakimiyyətə, böyük siyasətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin, gələcək inkişafının  təməlini qoymuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçilik məktəbinə çevrilmişdir. Müasir dövrdə isə bu qədim diyar Heydər Əliyev ideyalarına dönməz sədaqət nümayiş etdirən muxtar respublika rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində milli tarixi ənənələri, klassik Şərq üslubunu və Qərbyönlü inkişafın əsas meyillərini özündə cəmləşdirən, Azərbaycanın ən inkişaf etmiş regionuna çevrilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxışında Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Muxtar Respublika Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən  regionda gedən ictimai-siyasi proseslərdə, cəmiyyət həyatının demokratikləşdirilməsində əsl vətəndaş, böyük siyasətçi  kimi yaxından iştirak etdiyini, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən tarixi qərarlara imza atdığını, Naxçıvanın ərazi toxunulmazlığının, diplomatik əlaqələrinin bünövrəsini qoyduğunu qeyd etmişdir. Natiq ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurları Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirmişdir.

Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə milli dövlətçilik konsepsiyası təcrübəsi" adlı məruzəsində görkəmli siyasətçinin yüksək vətənpərvərliyi, müdrikliyi nəticəsində 1991-ci ildə qeyri-demokratik prezident seçkilərinin Naxçıvan MR ərazisində keçirilməməsi, sovet ordusu hissələrinin dinc yolla muxtar respublikanın ərazisindən çıxarılması, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət səviyyəsində qeyd edilməsi,  Yeni Azərbaycan Partiyasının yaradılması kimi Azərbaycanın gələcək müqəddəratında mühüm rol oynayan tarixi qərarlar qəbul edildiyini xatırlatmışdır.

Sonra universitet YAP ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov "Böyük qayıdışdan milli qurtuluşa gedən yol", AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli "Heydər Əliyev və Naxçıvanın işğaldan xilas edilməsi tədbirləri", universitetin Tələbə Gənclər Təşkilatının sədri, "Beynəlxalq münasibətlər" ixtisası üzrə IV kurs tələbəsi Nargilə Əsədova "Heydər Əliyev fəaliyyətinin Naxçıvan dövründə gənclər siyasəti və müasirlik" mövzularında məruzələr etmişlər. Məruzələrdə vurğulanmışdır ki, Heydər Əliyevin iyirmi il bundan qabaq, 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi ilə milli müstəqillik uğrunda mübarizənin təməli qoyulmuş, möhtərəm Prezidentimiz İlham Əliyevin böyük siyasi uğurları isə Heydər Əliyev siyasətinin yeni tarixi şəraitdə uğurlu davamının parlaq sübutudur.

Konfransda ümummilli liderin həyat və  fəaliyyətindən bəhs edən kitab sərgisi və slaydlar da nümayiş etdirilmişdir. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov