Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - 35

 

Xarici mətbuat səhifələrində

 

Viktor Sadovniçi Vladimir Putinlə görüşdə dünya universitetlərinin reytinq cədvəli ilə bağlı iradlarını gündəmə gətirib 

M.V.Lomonosov adına  Moskva Dövlət Universitetinin rektoru, professor Viktor Sadovniçi Rusiya Federasiyasının baş naziri Vladimir Putinlə görüşdə dünya universitetlərinin reytinq cədvəli ilə bağlı iradlarını gündəmə gətirib. V.Sadovniçi Rusiya ali məktəblərinin beynəlxalq reytinq cədvəllərində ilk yerlərdən kənarda qalmasına münasibət bildirib. Onun sözlərinə görə, Avropada beynəlxalq reytinq cədvəllərini tərtib edənlər Rusiya ali məktəbləri ilə hesablaşmaq istəmirlər. Rektor  belə bir açıqlama verib ki, reytinq agentliklərinin menecerləri ona açıqca söyləyiblər ki, əgər ali məktəbinizin hesabında 2 milyard ABŞ dolları yoxdursa, onda onun beynəlxalq reytinq cədvəlində yaxşı yer tutmasını gözləməyə dəyməz.  Bununla belə, MDU-nun rektoru qeyd edib ki, təmsil etdiyi ali məktəbin dünya reytinq cədvəlində layiqli yer tutması üçün bundan sonra da mübarizəni davam etdirəcəklər. "Onlar (Qərb və Şərq universitetləri) öz qaydaları ilə yaşayırlar, əgər kapital varsa, onu banka qoyurlar və onların öz maliyyə bazası yaranır. Ondan sonra həm müəllimləri dəvət edirlər, həm elmi maliyyələşdirirlər. Əgər maliyyə yoxdursa, onda ali məktəb  zəifdir. Bizdə isə əsasən büdcədən maliyyələşmədir", - deyə V.Sadovniçi bildirib.

Rektor Avropadan fərqli olaraq Şanxay reytinq tərtibçilərinin Rusiya universitetləri ilə hesablaşdıqlarını da deyib.

 

Amerikada müəllimlər ildə 60 min dollar maaş alacaq 

ABŞ prezidenti Barak Obama dövlət təhsil müəssisələrində yenicə əmək fəaliyyətinə başlayan müəllimlərə ildə 60000, ayda isə 5000 ABŞ dolları ödəməyi təklif edir. Təhsil naziri Arne Dunkanın sözlərinə görə, yalnız bu yolla gənc və istedadlı universitet məzunlarını təhsil müəssisələrinə cəlb etmək olar. A.Dunkanın fikrincə, yeni müəllim əməkhaqqının artım perspektivini görməlidir. Təcrübə və staj ilə birlikdə  müəllimlərin əməkhaqqı 150000 ABŞ dollarına qədər arta bilər. Hazırda Amerika məktəblərinin bir çox direktorları bundan bir qədər artıq maaş alırlar. Amerika Əmək Statistikası Bürosunun məlumatına görə, hazırda orta məktəb müəllimlərinin məvacibi ildə 52000 dollardır.

"Müəllimlərin maaşlarının artırılması üçün çoxlu vəsait lazımdır. Bu, xüsusən də hazırda hökumətin borc və kəsirlə mübarizə apardığı bir dövrdə həssas bir məsələdir. Əminəm ki, insanların çoxu tez söyləməyə çalışacaq ki, bu pullar daha zəruri ehtiyaclara sərf olunmalıdır",-deyə təhsil naziri bildirib. Təhsil Nazirliyi müəllimlərin əməkhaqlarının həcmi və şagirdlərin uğurları arasında müsbət əlaqə kimi Nyu-Yorkun orta məktəblərində eksperiment aparır. Bu məktəblərdə müəllimlərin məvacibləri ildə 125000 dollara qədər artırılıb. Ekspertlərin fikrincə, yüksək əməkhaqqına malik olan pedaqoqlar hər zaman daha yüksək nəticələr göstərirlər.   

Fransada ali təhsil bahalaşır 

Fransada tələbə həyatı bahalaşır. Ölkədə fəaliyyət göstərən ilk tələbə həmkarlar təşkilatı "Unef"in mütəxəssisləri belə bir qənaətə gəliblər. Araşdırmalar nəticəsində dövlət təhsil müəssisələri və universitet tələbələri üçün məcburi xərclərin illik həcminin necə dəyişdiyi müəyyən olunub. "Unef"in məlumatında qeyd olunur ki, il ərzində tələbə xərcləri 4,1 faiz artıb. Bu isə inflyasiya üzrə ölkə göstəricisindən 2 dəfə çoxdur. Ekspertlər hesab edir ki, bahalaşma, ilk növbədə, kirayə haqlarının artması ilə əlaqədardır. "Unef"in ekspertləri qeyd edir ki, hazırda Fransa ali məktəblərində təhsilalanların cəmi 7 faizinin tələbə yataqxanalarında yaşamaq imkanı var. Qalanları isə kirayədə qalmağa məcburdur.

Bu problem xüsusən də paytaxt Parisdə daha kəskindir. 2010-cu illə müqayisədə mənzil kirayəsi cari ildə 8,9 faiz artaraq orta hesabla 772 avro təşkil edib. Fransa əyalətlərində tələbə əmlakı kirayəsi 1,9 faiz artıb və  611 avroya çatıb. Tələbələrin 52 faizi hesab edir ki, ölkədə mənzillə bağlı vəziyyət ildən-ilə pisləşir. Statistikaya görə, hər il hər 10 tələbədən 4-ü mənzil kirayəsi problemi ilə üzləşir. Lakin tələbə həyatının bahalaşması yalnız kirayə haqları ilə bağlı deyil, ötən dərs ili ərzində tələbələr ali məktəbə daxil olmağa, sosial sığortaya və ərzağa daha çox pul ödəməli olublar. Cari il ərzində tələbələr üçün ərzaq 8,4 faiz bahalaşaq 450 avroya qarşı 488 avro təşkil edib.    Bakalavriat dərəcəsi üzrə təhsil alanlar cari ildə 174 avro əvəzinə 177 avro, magistrantlar 237 avro əvəzinə 245 avro, doktorantura dərəcəsi üzrə 352 avro əvəzinə 372 avro  ödəyiblər. Sosial sığorta haqları da 200 avrodan 203 avroya qədər bahalaşıb.  

Fransa ali məktəb tələbələrinin əksəriyyətinin təqaüd almaq haqqı yoxdur, dövlət müavinətlərini isə ali məktəblərin yalnız hər 5 tələbəsindən birinin almaq haqqı var. Parisdə aylıq təhsil haqqı 1000 avro, əyalətlərdə isə 760 avrodur. Fransanın təhsil naziri Loran Vokıye isə hesab edir ki, Fransa ali məktəblərində təhsil haqları cüzi dərəcədə qalxıb. "Tələbələrin yaxşı yaşadığını deyə bilmərəm. Lakin Avropanın digər ölkələrinə baxdıqda qeyd olunmalıdır ki, Fransada tələbə olmaq daha ucuzdur",-deyə təhsil naziri bildirib.

Çində xəttatlıq dərsləri tədris olunacaq 

Çinin Təhsil Nazirliyi icbari qaydada ölkənin ibtidai məktəblərində kalliqrafiya (xəttatlıq) dərslərinin  tədris olunması barədə sərəncam verib. Sərəncam İnternet şəbəkədə geniş diskussiyalara yol açıb.  Sərəncama əsasən ibtidai məktəb  şagirdlərinin dərs proqramında hər həftə bir saat kalliqrafiya (xəttatlıq) saatı olacaq. Bundan əlavə, ali təhsil müəssisələri də fakültativ qaydada xəttatlıq kursunu tədris etməlidirlər. İnternet istifadəçiləri yeni kursun tətbiqini dəstəkləyirlər. Yeniliyin əleyhdarlarına görə, xəttatlıq dərsləri şagirdlərin onsuz da ağır olan yükünü artıracaq.  Buna baxmayaraq, artıq Çin məktəblərində  xəttatlıq dərslərinin tədrisinə başlanılıb.

 

 

 Turkmənistanda birinci sinif şagirdlərinə hədiyyə 

Türkmənistanda yeni dərs ili ərəfəsində birinci sinfə gedən şagirdlərə hədiyyə olunub. Ölkə üzrə birinci sinfə gedən bütün uşaqlara noutbuklar verilib. Türkmənistan mətbuatının məlumatına görə, bu il 100 min uşaq birinci sinfə gedib. Birincilərin noutbukla təmin olunması barədə sərəncamı prezident Qurbanqulu Berdımuxammedov imzalayıb. Bu məqsədlə dövlət 26 milyon ABŞ dolları sərf edib. Qeyd edək ki, Gürcüstanda da analoji aksiya keçirilib. Bu il birinci sinfə gedən 60 min şagird dövlətdən pulsuz noutbuk alıb. 

Yunanıstanda tələbələr keyfiyyətli təhsil tələb edir 

Yunanıstanda tələbələrin etiraz aksiyası səngimək bilmir. Gənclər keyfiyyətli və hamı üçün əlçatan olan təhsil tələb edir. Paytaxt Afinada "Bizim hesabımıza  qənaət etməyin!", "Təhsil xərclərini deyil, dövlət xərclərini azaldın" şüarları ilə küçələrə çıxan gənclər hökumətin yeritdiyi təhsil islahatlarına etirazlarını bildiriblər.

Qeyd edək ki, Yunanıstan hökuməti ölkənin təhsil sistemində bir neçə radikal dəyişiklikləri həyata keçirməyə hazırlaşır. Dəyişikliklərə görə,  özəl sektora təhsil proqramlarına sponsorluq etmək icazəsi verilir. Bundan başqa, bir neçə universitetin bağlanması nəzərdə tutulur. Müəllimlərin sayı azaldılır və elmi dərəcə almaq üçün 4 illik müddət tətbiq edilir.  Məmurlar hesab edirlər ki, bununla dövlət xərclərini azaltmaq mümkün olacaq. Ölkədə dövlətdən maaş alan  hər hansı bir professorun həqiqətdə heç bir mühazirə oxumadığı günün reallıqlarından birinə çevrilib. Alimlik elmi dərəcəsi alınan zaman isə saat məhdudiyyətinin qoyulmaması "əbədi" adlandırılan tələbə ordusunun yaranmasına yol açır.  Gənclər hökumətin təhsil siyasətinə etiraz edir. Onlar hesab edirlər ki, bütün dəyişikliklər ona gətirib çıxaracaq ki, keyfiyyətli ali təhsil pullu olacaq. Nəticədə hamı təhsil ala bilməyəcək.  

Böyük Britaniyada yeni məktəb yaradılır 

Böyük Britaniyada keyfiyyətcə yeni məktəb yaradılır. Ölkənin Mançester qraflığında yaradılan yeni pulsuz məktəbin müəllimləri əsasən keçmiş hərbi təqaüdçülər olacaq.  Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş komandanı, hazırda isə hökumətin təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutan lord Çarlz Qatri hesab edir ki, məktəbliləri hörmət və mədəniyyət ruhunda tərbiyə etmək, intizamsızlığı ləğv etmək  üçün bu cür məktəblərin yaradılması zəruridir.  O qeyd edib ki, hökumətin belə bir məktəbin Feniks şəhərində açılması barədə planı tərtib olunub. Bu məktəbdə ingilis ordusunun, donanmasının, hərbi hava qüvvələrinin keçmiş əsgərləri dərs deyəcək. İki il ərzində istifadəyə veriləcək bu cür məktəblər ölkənin digər vilayətlərində də yaradılacaq.

"Müasir ideal əsgərin xarakteristikası populyar olan stereotiplərdən uzaqdır. Mərdlik, güc, əlbəttə ki, vacibdir, lakin başlıca tələb özünütənqid, digər insanlara hörmət etmək və qulaq asmaq, oxumaq və uyğunlaşmaq qabiliyyətidir. Aydındır ki, məktəblərimizin çoxu bu keyfiyyətləri tərbiyə etmək vəziyyətində deyil. Buna görə də bu cür alternativ təklif olunur. Yeni şəhər məktəbləri tam surətdə keçmiş hərbi qulluqçulardan təşkil olunmalı, onlar şagirdlərdə ən yaxşı keyfiyyətləri üzə çıxarmalıdırlar", -deyə keçmiş hərbçi bildirib. 

Qeyd edək ki, ölkənin təhsil naziri Makl Qouv da hərbçilərin məktəblilərin tərbiyə işinə cəlb olunmasını dəstəkləyib.   

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV  

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov