Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - �35

 

Əsl tərbiyə mənəvi yüksəlişə aparır

 

Məktəbə gələn uşaq özü ilə məhz doğulduğu, ilk tərbiyə aldığı mühitin ab-havasını, sirlərini gətirir. Bu sirli dünyanı açmaq üçün müəllimdən, tərbiyəçidən böyük ustalıq, professionallıq, səbr, dözüm, psixoloji hazırlıq tələb olunur. İlk növbədə, tərbiyə etdiyin hər bir uşağa fərdi - yaradıcı yanaşma metodun olmalıdır. Çünki uşaqların potensial imkanları bir-birindən fərqlənir. Bir uşaq ilk oxunuşdan şeiri əzbərləyib yadında saxlayırsa, digəri çətinlik çəkir. Başqa birisinin, ümumiyyətlə, şeirə həvəsi yoxdur. Aparılan müşahidələrdən, valideynlərlə söhbətlərdən məlum olur ki, şeiri asanlıqla qavrayan, onu dərindən duyub, hiss edən və əzbər deyərkən təsirli  bir  səhnə yaradan uşağı körpəlikdən anası laylalarla böyütmüş, nənəsi uzun qış gecələri  sevimli nəvəsinə  nağıllar, yanıltmaclar, tapmacalar, nazlamalar söyləmiş, uşaqda ana dilimizə, ədəbiyyatımıza böyük sevgi duyğuları   aşılamışdır.

Ailənin zəngin kitabxanası var. Uşaq bu ziyalı mühitində gələcəyi üçün stimul olan dayaq nöqtəsi tapmışdır. Şeiri zəif qavrayan uşaqların böyüdüyü mühit isə tamam fərqlidir. Söhbət zamanı məlum olur ki, bəzi valideynlərin özləri belə, adi mütaliə vərdişlərindən uzaqdırlar.

Uşaqların beyni ağappaq kağıza bənzəyir. Bura yazılan ilkin yazıdan çox şey asılıdır. Buna görə də hər bir ailənin üzərinə böyük məsuliyyət hissi düşür. Valideyn böyütdüyü övladına görə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyət yükünün böyük ağırlığının məktəbin, konkret olaraq müəllimin, tərbiyəçi pedaqoqun çiyninə düşdüyü də danılmaz faktdır.

Tərbiyə prosesində biz daim keyfiyyətcə dəyişən uşaqlarla məşğul oluruq. Məhz tərbiyə olunan  uşaqlar psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə  bir-birindən  fərqlənirlər.  Pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyə edirdi.

Əsl pedaqoq, tərbiyəçi müəllim mahir dirijordur. Dirijor xaric səsləri orkestrdə necə məharətlə duyub, hiss edirsə, müəllim də sinifdə hər bir uşağın nə ilə nəfəs aldığını, yaşadığını hiss edib, duymalıdır.

Hər bir uşaq sabah cəmiyyətin tamhüquqlu vətəndaşıdır. Uşaqların sağlam, hərtərəfli böyüməsi, inkişaf etməsi ümumən cəmiyyətin inkişafıdır.  Milli zəmində sağlam gəncliyin yetişməsi Azərbaycana bu gün dünənkindən daha çox gərəkdir. Çünki müstəqilliyini qazanmış, inamla sabaha addımlayan ölkəmizin dünyanın qabaqcıl ölkələri cərgəsində yerini daha da möhkəmlətməsi üçün güclü kadr potensialı olmalıdır. Bu baxımdan ailənin, məktəbin, müəllimlərin qarşısında ciddi vəzifələr durur.

Hər bir məktəblinin şəxsiyyət kimi yetişməsi, inkişafı, formalaşması uzunmüddətli bir prosesdir. Bu prosesi ardıcıl izləyən heç şübhəsiz müəllimdir. Bu gün məktəblərimizdə Mübariz İbrahimov kimi cəsur, əfsanəvi qəhrəmanlarımız yetişirsə, deməli, sabaha böyük ümidlərimiz var.  

Cəmilə ÇİÇƏK,
Kəlbəcər şəhər 22 nömrəli orta məktəbin psixoloqu

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov