Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - 35

 

Coğrafiya fənninin tədrisində ekskursiyaların təşkili

 

Ümumtəhsil məktəblərində tədris olunan coğrafiya fənni özünün daha mürəkkəb strukturu, məzmunu və əhatə etdiyi sahələrin miqyası ilə seçilir. Bu fənn vasitəsilə Yer planetinin Günəş sistemində mövqeyi və onun fiziki- coğrafi nəticələri, coğrafi təbəqədə ərazi dəyişmələrinin əsas qanunauyğunluqları, təbiətdə qlobal, ekoloji sistemlərin yaranması, cəmiyyətin sosial, iqtisadi inkişafını təmin etmək üçün təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsinə dair və s.  bilik və bacarıqlar formalaşdırılır.  Bir  sözlə, coğrafiya fənni fiziki və iqtisadi coğrafiyanı  kompleks şəkildə öyrənməyə imkan verir.

Coğrafiya fənninin tədrisində müasir təlim metodları, müxtəlif dərs tipləri, İKT -dən istifadə etməklə yanaşı, fiziki coğrafi obyektlər və sənaye müəssisələrində bu və ya digər hadisəni, istehsal sahələrini əyani şəkildə təqdim etmək üçün təlimin təşkilat forması olan ekskursiyaları da keçirmək lazımdır. Ekskursiya sadəcə gəzinti deyil, məqsədli, mütəşəkkil gəzinti olduğundan onun keçirilməsinə ciddi hazırlıq işi aparmaq lazımdır. Müəllim gediləcək obyektlə, oranın görünüşü ilə,  istehsalatdırsa, işin xarakteri ilə, ən başlıcası təhlükəsizlik texnikası ilə tanış olmalı, gedilən obyektə izahata, müsahibəyə nədən və necə başlayacağını dəqiqləşdirməlidir. Ekskursiyanın xarakterindən və məsafədən asılı olaraq  nəqliyyat vasitəsi, şagirdlərin geyimi, yeməyi, hətta onların əyləncələri haqqında da düşünməlidir.

  Ümumi fiziki coğrafiya kursunun tədris proqramının materiallarını öyrətməklə  yanaşı, nəzəri bilikləri təcrübədə öyrənmək üçün VI sinif şagirdlərini hər il yaz fəslində təbiətin qoynuna ekskursiyaya aparıram. Şagirdləri daha çox maraqlandıran müxtəlif coğrafi obyektləri: dağ, yarğan, qobu,  uçurum, sürüşmə, çay dərələri, fiziki, kimyəvi və üzvi aşınmaların relyefə təsirini və s. göstərir, gördüklərini dəftərlərinə qeyd etmələrini təşkil edirəm.

VI sinifdə "Atmosfer" bölməsini keçib qurtardıqdan sonra şagirdləri Mingəçevir şəhərində yerləşən Hidrometeorologiya mərkəzinə aparıram. Əvvəlcə şagirdlər kompas vasitəsilə bu stansiyanın şəhərimizin hansı istiqamətində yerləşdiyini təyin edirlər. Sonra Hidrometeorologiya mərkəzinin direktoru havanın qabaqcadan xəbər verilməsini göstərən cihazlar haqqında məlumat verir. Daha sonra hava haqqında məlumatları öyrənmək üçün psixrometrik köşkdə havanın temperaturunu ölçən termometri, torpağın 20 sm,  40 sm, 80 sm, 1,60 m, 3,20 m  dərinlik termometrlərini, civəli və civəsiz barometrləri, küləyin istiqamətini və sürətini ölçən flüger və anemometri, Günəş saatı, hiqrometri, Tretyakov yağıntı ölçən və s. cihazlarını şagirdlər əyani şəkildə görür və dəftərlərində qeydlər aparırlar.

Ekskursiyanı yuxarı sinif şagirdləri üçün də təşkil edirəm. Azərbaycan Respublikasının fiziki və iqtisadi- sosial coğrafiyası fənnini tədris etdiyim VIII sinif şagirdlərini əvvəlcə Mingəçevir şəhərində yerləşən SES, Az DRES, Azərkabel, Azərelektroizolit, Azyolneftmaş, "Kür" elektron avadanlıqları istehsalı zavodlarına, Mərmər sexinə və s. aparmaqla ən mühüm sənaye müəssisələri, şəhərimizdə  istehsal olunan sənaye məhsulları ilə tanış edirəm. Eyni zamanda Azərbaycan Respublikasının təbiətinin füsunkar olduğu Gəncə və Şəki şəhərləri, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Göygöl, Şəmkir, Qazax rayonlarına da ekskursiyalar təşkil etmişəm. Bu bölgələrdə ekskursiyaya gedərkən coğrafi  obyektlərlə yanaşı, burada yaşamış  şair və yazıçıların ev-muzeyləri, tarixi abidələri ilə də tanış oluruq. Məsələn, Gəncə şəhərində avtomobilqayırma, gil-torpaq, farfor sənaye müəssisələrində, xalça və toxuculuq kombinatında olmaqla yanaşı, dahi şairimiz Nizaminin məqbərəsini, Qala qapısını, Cavad xanın qəbrini və s. ziyarət edirik.

Ekskursiya mövzusu üzrə növbəti dərsi sinifdə keçirirəm. Şagirdlərin ekskursiya obyektlərində gördüklərini, öyrəndiklərini ümumiləşdirərək əldə etdikləri bilikləri yekunlaşdırıram. Bir sözlə, öyrənmə fəallığının artması, təfəkkürün inkişafına xidmət edən müstəqil,  produktiv metodların istifadəsi nəticəsində təlimin səmərəliliyi yüksəlir,  şagirdlərin öyrənməyə marağı artır, məntiqi, yaradıcı təfəkkürü inkişaf edir.  

Səbuhi  MƏMMƏDOV,
Mingəçevir şəhər R.Mirabov adına 7
 nömrəli  tam orta məktəbin coğrafiya müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov