Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli və
181 nömrəli orta məktəblərin binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, qəsəbədəki 181 nömrəli orta məktəbdə aparılan əsaslı təmir işlərinin gedişi ilə maraqlanmışdır.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olmaq üçün bu təhsil ocağına gəldi. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verildi. Qeyd edək ki, Prezident İlham Əliyev mayın 12-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində görülən işlərlə yaxından tanış olarkən sakinlər 123 nömrəli orta məktəbin binasının əsaslı təmir olunmasını dövlət başçısından xahiş etmişdilər. Prezident İlham Əliyev məktəbin binasının əsaslı şəkildə təmir və bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlar vermişdi. Dövlət başçısının tapşırıqlarına əsasən 123 nömrəli orta məktəbin binası qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı şəkildə təmir edildi. Məktəbin ayrı-ayrı sinif otaqları, fənn kabinetləri və laboratoriyalar tamamilə yenidən qurulub, döşəmə və tavan dəyişdirilib, fasadı bərpa edilib. Məktəb ən müasir kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin idman meydançası da əsaslı şəkildə yenidən qurulub. Burada fiziki tərbiyə dərslərinin keçilməsi üçün hər cür şərait yaradılıb.

Sonra Prezident İlham Əliyev Mərdəkan qəsəbəsində 181 nömrəli orta ümumtəhsil məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu. Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, məktəbin binası 1965-ci ildə inşa edilib, 4 hektar ərazisi vardır. 964 şagird yerlik 181 nömrəli məktəbdə 1514 şagirdin təhsil aldığı, dərslərin iki növbə üzrə keçildiyi qeyd edildi. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.

 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov