Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - 36

 

Bakı Dövlət Universitetində Bilik günü keçirilib

 

Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov bildirib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır. Rektor Abel Məhərrəmov xüsusi olaraq qeyd edib ki, dünyada mövcud olan yüz minədək universitetdən yalnız 19 min 200-ü YUNESKO tərəfindən qəbul edilmiş, onlardan 12 min universitet ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının siyahısına düşmüşdür. Bu günlərdə həmin 12 min universitet arasından dünyanın ən nüfuzlu 700 universitetinin adı açıqlanmış və həmin siyahıda Bakı Dövlət Universiteti də yer tutmuşdur. "Əgər nəzərə alsaq ki, təkcə respublikamızdan deyil, bütün regiondan yalnız bir neçə universitet bu nüfuzlu siyahıya düşə bilmişdir, onda sizin məsuliyyətiniz bir qədər də artmış olur. Çünki təkcə universitetimizin deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün respublikamızın iqtisadi və siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək sizin əlinizdədir. Çalışın, sizə yaradılan şəraitdən səmərəli istifadə edərək öncə özünüzü, sonra isə sizin intellektinizə arxalanacaq alimlərimizin gücünü, sizə inanan valideynlərinizin, ən əsası da universitetimizin etimadını doğruldasınız", - deyə akademik Abel Məhərrəmov bildirib.

Bu il respublika ali məktəblərinə qəbul olan tələbələrin hər 8 nəfərindən biri, yəni 12%-i Bakı Dövlət Universitetinə daxil olmuşdur. Belə gənclərin sayı 3556 nəfərdir. Bu tələbələrdən 318 nəfəri 600-dən yuxarı bal toplamışdır və 12 nəfəri Prezident təqaüdçüsüdür.

Rektor Abel Məhərrəmov bildirib ki, beynəlxalq aləmdə özünə böyük hörmət və nüfuz qazanan Prezidentimiz cənab İlham Əliyevin "Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik" devizi ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdə, gerçək həllini tapmaqdadır. Vətənimizdə kamil şəxsiyyətin, hərtərəfli biliklərə malik vətəndaşların formalaşması üçün kifayət qədər yüksək imkanlar yaradılır. Yüzlərlə gəncin Avropanın qabaqcıl təhsil ocaqlarına göndərilməsi, təhsil islahatlarının uğurla həyata keçirilməsi, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın Azərbaycan Prezidenti tərəfindən imzalanması özünəməxsus təhsil və tədris ənənələri olan ölkəmizin işıqlı gələcəyindən xəbər verir. 

Daha sonra Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Prezident təqaüdünə layiq görülən tələbə Elgün Muradbəyli təbrik nitqi ilə çıxış ediblər. Sonda akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın üçrəngli bayraqları Dövlət himninin sədaları altında yuxarı qaldırılıb.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov