Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - 36

 

Azərbaycan Texniki Universitetində Bilik günü

 

 Azərbaycan Texniki Universitetində Bilik günü münasibəti ilə professor-müəllim heyəti və tələbələrin iştirakı ilə tədbir keçirildi.

Tədbir iştirakçıları - universitetin rektoru və gələn qonaqlar əvvəlcə universitetin foyesindəki ümummilli lider Heydər Əliyevin büstü önünə təzə tər gül-çiçək dəstələri düzdülər və ulu öndərin əziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Havar Məmmədov açaraq professor-müəllim heyətini və tələbələrini Bilik günü münasibəti ilə təbrik etdi. O qeyd etdi ki, bu il universitetimizə 8 fakültədə 40 ixtisas üzrə 1701 nəfər tələbə qəbul olunub ki, onların da 498 nəfəri dövlət sifarişi ilə, 1203 nəfəri ödənişli əsaslarla təhsil alacaq. Ödənişli əsaslarta təhsil alacaq tələbələrdən 77 nəfəri (66 nəfəri məcburi köçkün, 11 nəfəri şəhid ailəsinin üzvü) ödənişdən azad olunub. Tələbələrin demək olar ki, əksəriyyəti yüksək bal toplayan tələbələrdir.

Universitetin rektoru, professor Havar Məmmədov ümummilli liderimiz Heydər Əliyevin elm və təhsil, o cümlədən digər sahələrdə apardığı islahatları, uğurlu dövlət siyasətini yüksək qiymətləndirdi. O qeyd etdi ki, bu gün də təhsil sahəsində aparılan islahatlar hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil sisteminə, xüsusilə də gənclərimizin təhsilinə dövlətimiz, eləcə də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı göstərilir.

Sonra tədbirdə iştirak edən qonaqlardan YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov və AMEA-nın I vitse-prezidenti, akademik Arif Həşimov çıxış edərək son illərdə elmə və təhsilə göstərilən qayğıdan, əldə olunan uğurlardan danışdılar, öz arzularını, ürək sözlərini professor-müəllim heyətinə və tələbə kollektivinə çatdırdılar, tələbə adı qazanmış gənclərin valideynlərinə gözaydınlığı verdilər. 

Respublika rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov həm öz adlarından, həm də təmsil etdikləri nazirliklərin rəhbərləri adından Bilik günü münasibətilə bütün professor-müəllim heyətini və tələbə kollektivini ürəkdən təbrik etdilər, onlara uğurlar arzuladılar.

Sonra AzTU-nun kafedra müdiri, millət vəkili, professor Astan Şahverdiyev tələbələri və valideynləri Bilik günü münasibəti ilə təbrik etdi. Tələbələrə qarşıdakı illərdə uğurlar və mənalı tələbə həyatı arzu etdi.

Daha sonra tələbələrdən 541 balla informasiya texnologiyaları fakültəsinə qəbul olan Fərid Məmmədov öz çıxışında universitetin rektoru, professor Havar Məmmədova tələbələr üçün yüksək şərait yaratdığına görə öz minnətdarlığını bildirdi, bütün tələbə yoldaşlarını təbrik etdi və tələbələr adından Texniki Universitetdə yaxşı oxuyacaqlarına söz verdi. O qeyd etdi ki, Azərbaycanda gənclərə dövlət səviyyəsində qayğı göstərilir. Bu qayğıya öz biliyimizlə cavab verəcəyik.

Tədbirdə valideynlər adından 513 balla universitetə qəbul olmuş Fəda Xəlillinin atası, hüquqşünas İsbəndiyar Xəlilli çıxış edərək başda universitetin rektoru, professor Havar Məmmədov olmaqla bütün kollektivi təbrik etdi.

Tədbirin sonunda universitetə yüksək balla qəbul olunmuş bir qrup tələbəyə tələbə biletləri və qiymət kitabçaları təqdim edildi. 

Müşfiq BORÇALI,
AzTU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov