Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Gəncliyə dövlət qayğısı böyükdür

 

Azərbaycan Müəllimlər İnstitutunda 15 sentyabr - Bilik günü münasibətilə tədbir böyük ruh yüksəkliyi ilə keçirildi.

Tədbir Dövlət himninin səslənməsi ilə başladı.

Giriş sözü ilə institutun rekroru, millət vəkili, professor A.Naxçıvanlı  çıxış edərək yeni dərs ilinin başlanmasının mühüm ictimai-siyasi hadisə və hər bir ailənin həyatında əlamətdar mərhələ olduğunu bildirdi. O, toplantı iştirakçılarını və onların şəxsində respublikanın bütün professor-müəllim heyətini, tələbə və məktəblilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, işlərində müvəffəqiyyətlər, dolğun tələbəlik həyatı arzuladı.

Professor Aqiyə Naxçıvanlı bildirdi ki, tələbə olmaq təkcə yüksək şərəf deyil, həm də yüksək ictimai məsuliyyətdir, Vətən qarşısında, dövlət qarşısında böyük vətəndaşlıq borcudur.  Azərbaycan gənclərinin ictimai-siyasi hadisələrdə iştirakının stimullaşdırılması üçün son illərdə ölkəmizdə xeyli işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev cəmiyyətimizin bütün sahələri və təbəqələri kimi gəncləri də heç vaxt diqqət və qayğıdan kənarda qoymamışdır. Təməli ulu öndərimiz tərəfindən qoyulan gənclərlə bağlı siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir və bu siyasət Azərbaycana istər demokratiya institutlarına inteqrasiyada, istərsə də vətəndaş cəmiyyətinin inkişafında böyük üstünlüklər qazandırır.

Qeyd edildi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2011-2012-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi də gənclərə dövlət qayğısının bariz nümunəsidir.

İldən-ilə bizim də institutumuzu bitirən məzunlar arasında qırmızı diplom alanların və magistraturaya qəbul olan tələbələrin sayının artması onu deməyə əsas verir ki, bu il qəbul olan tələbələrimiz də əsl tələbə adını doğruldacaq və vətənə layiqli vətəndaş kimi yetişəcəklər.

Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır".

Sonra tədbirdə çıxış edən məzun Könül Piriverdiyeva, birinci kurs tələbələri və valideynlər öz sevinclərini bölüşdülər və yüksək təhsil almaq üçün yaradılan şəraitə görə institutun rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov