Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Unudulmaz gün

 

Sentyabrın 15-də Bakıdakı 151 nömrəli məktəbdə Bilik günü ilə əlaqədar tədbir keçirildi.  Dövlət himninin səslənməsindən sonra Azərbaycanın Dövlət bayrağı səhnəyə gətirildi. Tədbir başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Gülarə Verdiyeva  pedaqoji kollektiv  üzvlərini, şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm qoyan birinciləri və onların valideynlərini ürəkdən təbrik etdi.

Onlara dərslərində uğurlar arzulayaraq bu gün təhsilə göstərilən dövlət qayğısından söz açdı.

***

Bayram tədbiri Bakının Nəsimi rayonunda yerləşən 35 nömrəli orta məktəbdə də geniş qeyd edildi. Yeni dərs ili məktəb kollektivi üçün ikiqat bayrama çevrilmişdi. Belə ki, bu il təhsil ocağı ölkə başçısı cənab İlham Əliyevin təsdiq etdiyi Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən təmir olunaraq Bilik günündə istifadəyə verilib.   Tədbiri  giriş sözü ilə açan məktəbin direktoru Rəna Naibova təhsilə göstərilən diqqət və qayğıya görə, məktəb kollektivi və valideynlər adından ölkə Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

 Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ağaəli Əhmədov də birinciləri təbrik etdi. Onlara dərslərində yaxşı oxumağı, həmişə valideynlərinin və müəllimlərin nəsihətlərini eşitməyi tövsiyə etdi.

Məktəbin açılış mərasimini bildirən rəmzi lent kəsildi. Tədbir iştirakçıları məktəbin müasir standartlara cavab verən yenicə təmirdən çıxmış binası ilə yaxından tanış oldular.

***

Həmin gün bütün təhsil ocaqlarında olduğu kimi, Bakının Nərimanov rayonunda yerləşən 258 nömrəli orta məktəbdə də bayram sevinci yaşanırdı. Məktəbdə Bilik günü və binanın açılışı mərasimi unudulmaz xatirələrlə yadda qaldı. Bu təhsil ocağı da bu il  əsaslı təmir olunub.

Tədbirdə iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Bayramov, millət vəkili A.Əliyev və digərləri çıxışlarında məktəbin pedaqoji kollektivini və birinciləri təbrik etdilər. Birincilər  maraqlı şeirlərlə, mahnılarla, rəqs nömrələri ilə həmin günü unudulmaz xatirəyə çevirdilər.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov