Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - 36

 

Fəal təlim nəticəsində biliklər şagirdlər tərəfindən daha tez mənimsənilir

 

Bir ibtidai sinif müəllimi kimi 18 illik pedaqoji təcrübəmə əsaslanaraq öncə onu qeyd edim ki, son illər yeni fənn kurikulumlarına əsasən keçilən dərslər daha yaddaqalan  olması və effektivliyi ilə fərqlənir. "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində şagirdin bir şəxsiyyət kimi formalaşması üçün lazım olan bütün təlim şəraitinin yaradılması əsas məsələ kimi qoyulur. Bir müəllim olaraq düşünürəm ki, onun tətbiqi ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edir. Milli Kurikulum şagirdin inkişafı, onun düşünmək, analiz və sintez etmək qabiliyyətləri ilə ölçülür. Kurikulumların didaktik əsasını nəticəyönümlülük, tələbyönümlülük və şəxsiyyətyönümlülük prinsipləri təşkil edir. Kurikulum bütöv bir təhsil prosesidir və bu prosesin səmərəli nəticə verməsi isə ilk növbədə biz müəllimlərin  işə daha yaradıcı münasibət göstərməsindən, yüksək bilik və bacarığa malik olmasından, valideynlərin də həmin məsələ ilə ətraflı tanışlığından, öz övladına yanaşma tərzində müəyyən dəyişikliklər etməsindən və digər vacib amillərdən asılıdır.

Müasir təhsilin qarşısında qoyulan tələblərdən biri də məhz tədris prosesində şagirdin fəal iştirakının təmin edilməsinin ön plana çəkilməsidir. Mən də bütün dərslərimdə bu amili əsas götürürəm. Dərslərimi  fəal  təlim  metodlarından,  interaktiv  təlim  texnologiyalarından  istifadə etməklə qururam.

Hər hansı bir fənnin tədrisi zamanı keçilən mövzunun daha maraqlı, yaddaqalan olması üçün müxtəlif tapşırıqlara dair hazırladığım slaydları dərs boyu proyektor vasitəsilə nümayiş etdirir, şagirdlərlə işi ona istinadən qururam. Dərsin gedişini fəal dərsin  mərhələləri sayılan  motivasiya, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi və təşkili, nəticələr  və ümumiləşdirmə, yaradıcı tətbiqetmə və qiymətləndirməyə bölürəm. Həmin mərhələlərin hamısı bir-biri ilə sıx əlaqəlidir və bütövlükdə dərsin modelini təşkil edir. Dərslərimi məhz bu model əsasında qurur və hər bir mərhələyə yaradıcı, xüsusi  hazırlaşıram. Dərsin ilk mərhələsində motivasiyanın yaradılması üzərində iş aparır, şagirdləri problemin qoyuluşuna cəlb edirəm. Tədqiqatın aparılması mərhələsində şagirdləri 4 qrupa bölərək onlara tapşırıq yazılmış iş vərəqləri paylayıram. Onu da qeyd edim ki, tapşırıqlardakı çalışmaları tərtib edərkən tədqiqat xarakterli olmasına, özündə yeni informasiya və yeni sualların  əksini tapmasına çalışıram. İnformasiya mübadiləsi mərhələsində qrup üzvləri işlərini mənə təqdim edir və onları yazı lövhəsindən asıram. Qrup üzvləri təqdim etdikləri işlərlə bağlı təqdimatlar edirlər.  Sonrakı mərhələdə informasiyanın müzakirəsi və təşkili həyata keçirilir. Mövzu ilə bağlı cavabları sistemləşdirir  və şagirdlərə suallar verirəm. Nəticələr və ümumiləşdirmə mərhələsində mən əldə olunan nəticəni bütün sinfin köməyi ilə birgə ümumiləşdirirəm.

Növbəti yaradıcı tətbiqetmə mərhələsində şagirdlərə yeni öyrəndikləri bilikləri, əldə etdikləri informasiyanı yaradıcı şəkildə  tətbiq etmək məqsədilə çalışmalar verirəm. Bu zaman əldə olunan biliklər  şagirdlərin hafizəsində həmişəlik həkk olunur.

Dərsdə qiymətləndirməni hər qrup üçün meyar cədvəli hazırlamaqla həyata keçirirəm. Onu da əlavə edim ki, dərsin bütün mərhələlərində qiymətləndirmə aparıram. Qiymətləndirmənin şagirdlər üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynadığını bilərək bu məsələni hər zaman diqqətdə saxlayıram.

Fəal təlim metodları ilə keçilən dərslər ənənəvi dərslərdən bir sıra üstünlükləri ilə fərqlənir. Belə ki, fəal təlim nəticəsində biliklər şagirdlər tərəfindən daha tez mənimsənilir. Fəal təlim metodları əsasında təşkil olunan dərslərdə mövzu ilə bağlı şagirdlər arasında  qoyulan tədqiqat sualları onları düşünməyə, müəyyən fikir yürütməyə, nəticə çıxarmağa yönəldir. Dərslərdə istifadə olunan qrup işi şagirdlərdə əməkdaşlıq, liderlik, məntiqi, tənqidi, yaradıcı təfəkkür, dözümlülük, digər qabiliyyət, bacarıq və vərdişləri formalaşdırır. Onlar bir sıra problemlərin həllində, qərar qəbul olunmasında öz fikirlərini müstəqil deyə bilir, həmçinin bir-biriləri ilə ünsiyyət qurmaqda çətinlik çəkmirlər. Beləliklə, artıq uşaqlar birinci sinifdən həyati bacarıqlara yiyələnir ki, bu da onların gələcək fəaliyyətlərində lazım olan ən zəruri şərtlərdən biridir. 

Elnarə XƏLİLOVA,
Bakıdakı 6 nömrəli məktəbin ibtidai sinif müəllim

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov