Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - 36

 

Məktəbin uğurları bayram əhval-ruhiyyəsini daha da yüksəltdi

 

Sentyabrın 15-də Bakıdakı 164 nömrəli məktəbdə Bilik günü və yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, valideynlər və qonaqlar iştirak edirdilər. Öncə Azərbaycanın  Dövlət bayrağı səhnəyə gətirildi və himnin sədaları altında  qaldırıldı. Tədbir başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda  şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla  yad edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Qədirova iştirakçıları Bilik günü münasibətilə təbrik edərək məktəbə yeni qədəm qoyan   birincilərə uğurlar arzuladı. Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda misilsiz xidmətlərindən danışan direktor son illər respublikada gedən təhsil islahatlarının əhəmiyyətini qeyd etdi.

Məktəbin fəaliyyəti və ötən dərs ilində  qazanılmış nailiyyətlər haqqında söz açan K.Qədirova bildirdi ki, 54 məzun respublikamızın nüfuzlu ali məktəblərinə qəbul olunub. Onlardan Sevil Əliyeva, Tural Abbaslı və Orxan Mehdiyev 600-dən çox bal toplamışlar. Məktəbin müəllimlərindən Təranə Bağırova, Qafilə Əliyeva, Səbinə Şahmalıyeva və Şəfa Sadıqova dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşlar.

K.Qədirova qeyd etdi ki, təhsil ocağı "Səmərəli məktəb" layihəsinə qoşulub. Layihənin məqsədi əlverişli məktəb mühiti, peşəkar müəllimlər, müvəffəqiyyətli şagirdlər, fəal valideynlər, səmərəli kitabxana yaratmaqdan ibarətdir. Məktəbin strateji  və müəllimlərin özünüqiymətləndirmə planlarının hazırlandığını bildirən direktor onu da qeyd etdi ki, pedaqoji kollektivin 95%-i müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi prosesindən keçib.

Tədbirdə çıxış edən  birinci sinif müəllimləri Tamella Məmmədova və Səxavət Yusifova  Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik etdilər. Birinci sinfə qədəm qoyan fidan balalara həmişə dərslərindən "əla" qiymətlər almağı, Azərbaycana layiq vətəndaş olmağı arzuladılar.

Sonda şagirdlərin ifasında şeirlər söyləndi, mahnılar oxundu. İlk dəfə məktəb həyatına qədəm qoyan birincilər musiqi sədaları altında  dərs otaqlarına yerləşdirildilər.  

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov