Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Bilik gününü bağça uşaqları da bayram etdilər

 

Bakının Sabunçu rayonunda yerləşən 3 nömrəli "Səadət" uşaq bağçasında hər il olduğu kimi, bu il də yeni tədris ilinin ilk günü bayram tədbiri ilə qeyd olundu. Uşaqlar Bilik gününə həsr olunmuş maraqlı ədəbi-bədii proqram nümayiş etdirərək oxumağa, öyrənməyə böyük həvəsli olduqlarını göstərdilər.

Bütün qruplarda tərbiyə alan uşaql

ar bağçanın al-əlvan güllərlə, şarlarla bəzədilmiş zalına daxil olduqdan sonra Dövlət himnimiz ifa olundu. Bağçanın müdiri Şahnaz Abdullayeva çıxış edərək fidan balaları, onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Bu ilin kollektivləri üçün əlamətdar olduğunu deyən Ş.Abdullayeva ölkə Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ayrılan vəsait hesabına bağçalarında aparılan təmir işlərinin artıq başa çatdığını və yeni dərs ilinə körpələrə hədiyyə edildiyini, burada uşaqların  təlim-tərbiyəsi üçün hər cür şəraitin yaradıldığını bildirdi və bu münasibətlə də kollektiv üzvlərinə, valideynlərə təbriklərini çatdırdı. Bağça müdiri bu il bağçalarının məktəbəhazırlıq qruplarından 54 uşağın məktəblərə yola salındığını, onların Sabunçudakı 63 və 215, Ramana qəsəbəsindəki 90 nömrəli məktəblərdə I sinfə qədəm qoyacaqlarını söylədi. Bildirdi ki, məktəbə yola salınan uşaqların əvəzinə artıq yeniləri bağçaya qəbul olunub. Hazırda burada 6 qrupda 130 uşaq tərbiyə alır. Bağça ötən dərs ilində bir çox nailiyyətlər əldə edib, tərbiyəçi və uşaqlar müxtəlif müsabiqələrdə fərqləniblər. Bağçanın istedadlı uşaqları rayon, şəhər tədbirlərində dəfələrlə maraqlı bədii proqramlarla çıxış ediblər.

Məktəbəhazırlıq qrupundan 5 fəal uşaq rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.

Ş.Abdullayeva təhsilə, təhsil işçilərinə, balaca fidanlara göstərdikləri böyük qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirdi və kollektivə yeni tədris ilində uğurlar arzuladı.

Sonra bağçanın istedadlı uşaqları İlqar, Mədinə, Aydan, Emin, Dərya Azərbaycana, müəllimə, məktəbə həsr olunmuş şeirlər söylədilər.

Bağçanın valideyn komitəsinin sədri Fatimə İmaməliyeva pedaqoji kollektiv üzvlərini, valideynləri təbrik etdi, bağçada görülmüş təmir işlərini yüksək qiymətləndirdi, bağçanın həyətinin xeyli gözəlləşdiyini, yaşıllığın, gül-çiçəyin göz oxşadığını bildirdi.

Sonra bağçanın xoru  T.Quliyevin "Yurdumda" mahnısını ifa etdi. Uşaqlardan Emin, Nərgiz, Ramazan Azərbaycanın dövlət bayrağı haqqında şeir söylədilər, Cavid "Bayrağıma baxanda" mahnısını oxudu, məktəbəhazırlıq qrupunda tərbiyə alanlar "Torpaqdan pay olmaz" mövzusunda səhnəcik nümayiş etdirdilər.

Tədbirdə iştirak edən 215 nömrəli məktəbin ibtidai sinif müəllimləri uşaqlara xoş arzularını bildirdilər. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov