Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Kaspi Təhsil Mərkəzi yeni layihələrini təqdim edib

 

Kaspi Təhsil Mərkəzi ənənəvi olaraq illik yekun hesabat tədbiri keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə mərkəzin ötən tədris ilində fəaliyyəti, qazandığı nailiyyətlər barədə məlumat verilmiş, 2011-2012-ci tədris ili üçün nəzərdə tutulmuş yeni layihələr təqdim edilmişdir.

"Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva tədbir iştirakçılarını mərkəzin fəaliyyəti barədə ətraflı məlumatlandırmışdır. Bildirmişdir ki, Kaspi Təhsil Mərkəzi paytaxt sakinlərinin mərkəzin xidmətindən rahatlıqla istifadə etmələri üçün cari ildə filiallarının sayını 5-ə çatdırmışdır. Bundan əlavə, mərkəz bir neçə uğurlu layihələr həyata keçirmişdir. "Azercell" şirkətinin dəstəyi ilə jurnalistlər üçün, Daxili İşlər Nazirliyinin dəstəyi ilə isə polis əməkdaşlarına peşəkar dil kursları təşkil edilmişdir. Layihələr bu gün də davam etdirilir.

S.Vəliyeva Kaspi Təhsil Mərkəzinin qarşıdan gələn tədris ilinə yeni nəşrləri ilə qədəm qoyduğunu da diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu il "Kimya" və "İngilis dili" fənləri üzrə dərs vəsaiti, Azərbaycan tarixi və ingilis dili üzrə test bankları nəşr olunmuşdur. Şirkətlər Qrupunun rəhbəri yaxın gələcəkdə də bir sıra kitabların işıq üzü görəcəyini bildirmişdir.

Mərkəzin yeni layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verən S.Vəliyeva yeni tədris ili üçün uşaq hazırlığı layihəsinin həyata keçirildiyini demişdir. Bildirmişdir ki, "Kaspi Kids" adlı bu layihə artıq yeni tədris ilindən xidmət göstərəcəkdir. Bu layihə 4, 5 və 6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. O, peşəkar xidmətlər göstərəcək bu layihəyə məktəbəqədər hazırlıq, uşaqlar üçün ingilis və rus dilləri, rəsm dərnəyi daxil olduğunu bildirmişdir.

Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. O, mərkəzlə əməkdaşlıq edən universitetlərin sayının 70-ə çatdığını, 50-yə yaxın tələbənin xaricdə bakalavr və magistr pillələri üzrə təhsilinin təmin edildiyini vurğulamışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, professor Yəhya Kərimov və digər çıxış edənlər mərkəzin fəaliyyəti, təhsil sahəsində gördüyü uğurlu işlər və əldə etdiyi nailiyyətlər barədə danışmışlar.

Sonda bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə Kaspi Təhsil Mərkəzinin hədiyyələri təqdim edilmişdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov