Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - 36

 

Şuşa rayonunun təhsil işçiləri ötən tədris ilini uğurla yola salıblar

 

Sentyabrın 9-da Şuşa rayon təhsil işçilərinin ənənəvi konfransı keçirildi. Bakının 276 nömrəli tam orta məktəbinin binasında keçirilmiş konfransda təhsil işçiləri ilə yanaşı millət vəkilləri, rayonun ayrı-ayrı idarələrinin rəhbərləri, valideynlər iştirak edirdilər.

Məktəbin foye və dəhlizlərində Şuşanın ümumtəhsil və məktəbdənkənar uşaq müəssisələrinin şagirdlərinin əl işləri, qazandıqları uğurlara görə əldə etdikləri diplomlar, medallar, fəxri fərmanlar nümayiş etdirilirdi.

Konfransı giriş sözü ilə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təfəkkül Əliyev açaraq "2010-2011-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi əsas diqqəti ötən tədris ilindəki uğurlara və problemlərə yönəldərək geniş təhlil apardı.

Şöbə müdiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir" fikrinə əsaslanaraq təhsilin inkişaf istiqamətlərindən, dövlətimizin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə göstərdiyi qayğıdan danışmışdır.

T.Əliyev 2010-2011-ci tədris ilini uğurla başa vurmuş orta məktəb məzunlarının rayon üzrə 22 nəfərinin ali məktəblərə, o cümlədən əsas təhsil bazasından 30 nəfərin orta ixtisas məktəblərinə qəbulunu vurğuladı.

Məruzə ətrafında müzakirələrdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Vüsalə Fərzəliyeva Şuşanın zəngin təhsil ənənələrindən, müasir dünyada yüksək savad və təhsilin rolundan, rayon icra hakimiyyətinin təhsilə qayğısından danışdı.

Əməkdar müəllim Firuzə Kazımova, şəhər 1 nömrəli tam orta məktəbin fizika müəllimi Aidə Süleymanova, Quşçular kənd orta məktəbinin ibtidai sinif müəllimi Naciyyə Kərimova, Milli Məclisin üzvü Elman Məmmədov və başqaları öz çıxışlarını məktəb və təhsil üzərində qurdular, uğur və nöqsanlardan danışdılar. Tədbirdə yüksək balla ali məktəblərə qəbul olmuş gənclər və valideynlər də ürək sözlərini dedilər.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov konfrans iştirakçılarını təbrik etdi, tezliklə doğma yurdlarımıza qayıdacaqlarını vurğuladı. O, Şuşa təhsilinə bundan sonra da daha çox diqqət ayıracağını bildirdi. İcra başçısı ali məktəblərə yüksək balla qəbul olan 30 nəfərə öz şəxsi hesabından maddi köməklik göstərdi, Quşçular kənd məktəbinə 2 ədəd kompüter, Malıbəyli kənd 1 nömrəli məktəbə elektron lövhə bağışladı, fərqlənən bir qrup müəllimi fəxri fərmanlarla təltif etdi. 

Əyyub ƏBDÜLƏZİMOV,
Şuşa RTŞ-ın aparıcı məsləhətçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov