Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda daha bir məktəb binası istifadəyə verilib

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə hər dərs ili ərəfəsində yeni məktəb binalarının istifadəyə verilməsi, yaxud köhnələrinin əsaslı bərpa olunması artıq ənənəyə çevrilmişdir. Bu nəcib ənənə bu il də davam etdirilmişdir.

Bir neçə gün əvvəl Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Daşlıqullar və Cəfərli kəndlərində yeni məktəb binaları öz qapılarını şagirdlərin üzünə açmışdır.

Sentyabrın 19-da isə bölgənin Qardabani rayonundakı Qaracalar kəndində Fondun təşəbbüsü ilə daha bir müasir tələblərə uyğun inşa olunmuş məktəb binasının açılış mərasimi keçirilmişdir.

Mərasimdə Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Qoqa Seperteladze çıxış edərək kollektivi yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir. Nazir müavini belə bir gözəl binanın ərsəyə gəlməsində əvəzsiz xidməti olan Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi azərbaycanlı həmkarları ilə təhsilin inkişafı və dərsliklər məsələləri üzrə sıx əlaqə saxlayır və əməkdaşlığımız bundan sonra da davam etdiriləcəkdir.

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze məktəb binalarının inşası, təmiri, təhsil ocaqlarının müvafiq avadanlıq və ləvazimatlarla təmin olunması və həyata keçirdiyi digər layihələrə görə bölgənin əhalisi adından Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlıq etmişdir. O, bölgənin azərbaycandilli məktəblərinin dərsliklərlə təminatı sahəsindəki çatışmazlıqların Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən yaxın vaxtlarda həll ediləcəyini demişdir.

Mərasimin sonunda Qaracalar məktəbinin 80 nəfərədək birinci sinif şagirdinə kompüter hədiyyə edilmişdir.

Çıxış edən kənd sakinləri gürcüstanlı soydaşlara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, habelə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə iştirak etmişdir.

Yeni istifadəyə verilmiş Qaracalar ümumi məktəbində 700 şagirdin təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. Məktəbdə 31 sinif otağı, idman zalı, xeyli fənn kabineti vardır.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov