Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - 37

 

Bakıda "Təcriddən inteqrasiyaya doğru" adlı beynəlxalq konfrans keçirilib

 

Sentyabrın 20-də "Buta" sarayında Heydər Əliyev Fondunun, Azərbaycan hökumətinin və YUNİSEF-in birgə layihəsi çərçivəsində "Təcriddən inteqrasiyaya doğru" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Almaniya, Rusiya, Gürcüstan, Qırğızıstan, Türkmənistan və ümumiyyətlə 20 ölkədən nümayəndələr, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi konfransda əlilliyi olan uşaqların inklyuziyasını həyata keçirmək, bu sahədə aparılan islahatlara dəstək vermək və s. məsələlər müzakirə olunmuşdur.

Baş nazirin müavini Elçin Əfəndiyev konfransda çıxış edərək bildirmişdir ki, dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edən Azərbaycan ayrı-ayrı ölkələrin onilliklər boyu qazandığı tarixi nailiyyətləri qısa müddətdə əldə etmiş, əhalinin sosial müdafiəsinin təminatı istiqamətində mühüm uğurlara nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabit sosial-iqtisadi inkişaf yoluna çıxmış və özünü beynəlxalq hüququn müstəqil subyekti kimi yüksək səviyyədə təsdiq etmişdir.

Qeyd olunmuşdur ki, hazırda Azərbaycanda əlilliyi olan 419 min 598, o cümlədən məhdud fiziki imkanlı 18 yaşınadək 59 min 207 uşaq vardır. Bu gün onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər görülür. Bərpa mərkəzlərində hər il əlilliyi olan 8 mindən çox insana xidmət göstərilir. Ölkəmizin 2008-ci ilin oktyabrında BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasını və Fakultativ Protokolunu ratifikasiya etməsi və onların 2009-cu ildən respublikamızda qüvvəyə minməsi, eləcə də Avropa Şurasının Sosial Birlik Komitəsi ilə fəal əməkdaşlıq əlaqələri qurması bu sahədə müasir beynəlxalq təcrübəni öyrənmək və ondan bəhrələnmək məramını ifadə edir.

Baş nazirin müavini əlilliyi olan istedadlı insanlara yüksək diqqət və qayğının göstərilməsi, onların yaradıcılığının hərtərəfli dəstəklənməsi və mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması sahəsində Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirmişdir.

Sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın tədbir iştirakçılarına müraciətini oxumuşdur.

Müraciətdə qeyd olunmuşdur ki, fiziki qüsurlu şəxslərin cəmiyyətdən təcrid olunmasının bir çox səbəbləri vardır. İnsanlarla təmasın məhdudluğu, yaradıcılıq və idmandan, öz bacarıqlarını reallaşdırmaq imkanından, keyfiyyətli təhsil və tibbi xidmətdən məhrum olmaq bu insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdir. Məhdud fiziki imkanlı insanların problemlərinə təkcə tibbi nöqteyi-nəzərdən yanaşmaq kifayət deyildir. Bu gün onların üzləşdiyi problemlər sosial amil kimi qiymətləndirilməlidir. Çünki bu insanların sağlamlığı və fiziki inkişafı onların şəxsiyyət kimi formalaşmasını və gələcək ictimai mövqeyini şərtləndirir.

Azərbaycanın birinci xanımı müraciətində vurğulamışdır ki, biz fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasına, onların özlərini ölkənin dəyərli və tamhüquqlu vətəndaşları kimi hiss etmələrinə, həyatın bütün sahələrində maneəsiz istifadə imkanlarına malik olmalarına yardımçı olmalıyıq.

Mehriban xanım Əliyeva bu baxımdan fiziki qüsurlu şəxslərin müdafiəsi sahəsində problemlərin müzakirəsinə, nailiyyətlərin, fikir və təcrübələrin mübadiləsinə imkan yaradan bugünkü konfransın keçirilməsini təqdirəlayiq hesab etmişdir.

Sonra Heydər Əliyev Fondunun məhdud fiziki imkanlı insanlar ilə bağlı fəaliyyətindən bəhs edən film göstərilmişdir.

Filmdən sonra BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış edərək bildirmişdir ki, fiziki cəhətdən qüsurlu şəxslərin hüquqlarının təmin edilməsində həm Azərbaycan hökuməti, həm də Heydər Əliyev Fondu mühüm işlər görmüşlər.

YUNİSEF-in rəsmisi bildirmişdir ki, BMT-nin digər qurumları Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə birgə Azərbaycanın bu sahədə gördüyü işləri təhlil etmişdir. Həmin təhlildən sonra formalaşan sənəd gələcək əməkdaşlığımızın əsasını təşkil edə bilər. Çünki bu sahədə görüləsi işlər hələ çoxdur. Biz Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə birgə iş aparırıq ki, heç bir uşaq diqqətdən kənarda qalmasın.

Sonra Berlin Filarmonik Orkestrinin dirijoru Ser Simon Ratlın konfrans iştirakçılarına videomüraciəti təqdim olunmuşdur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov konfransda "Əlilliyi olan şəxslərin hüquqları: Azərbaycan hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə səyləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

Nazir bildirmişdir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirdiyi siyasəti uğurla davam etdirir. Heydər Əliyev Fondunun dəstəyi ilə isə bir çox internat evlərində əsaslı təmir və yenidənqurma işləri aparılmış, əlil uşaqların bacarıqlarının inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

YUNİSEF-in əlilliyi olan uşaqlar üzrə baş müşaviri xanım Rosanqela Berman Bieller də çıxış edərək vurğulamışdır ki, fiziki qüsurlu şəxslərə yardım etmək hər bir vətəndaşın borcudur. YUNİSEF-in rəsmisi Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işləri yüksək qiymətləndirmişdir.

"Azərbaycanda inklyuziv təhsil və deinstitutlaşdırma siyasəti" mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov bildirmişdir ki, fiziki qüsurlu şəxslərin keyfiyyətli təhsil almaları üçün bərabər imkanların yaradılması Azərbaycanın təhsil siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda inklyuziv təhsilin təşkili istiqamətində nazirlik tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar Dövlət Proqramının həyata keçirildiyini diqqətə çatdıran nazir vurğulamışdır ki, Heydər Əliyev Fondu tərəfindən məhdud fiziki imkanlı, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili istiqamətində məqsədyönlü işlər görülür.

"Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti: aparılmış ən son tədqiqat çərçivəsində əldə edilmiş əsas məlumatlar və tövsiyələr" mövzusunda çıxış edən YUNİSEF-in əlillik məsələsi üzrə eksperti Şantel Makkabe hər bir cəmiyyətdə məhdud fiziki imkanlı insanlarla münasibətdə ayrı-seçkiliyə yol verilməməsinin vacibliyini vurğulamışdır. Ekspert Heydər Əliyev Fondunun əlil uşaqlara olan diqqət və qayğısını yüksək qiymətləndirmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda əlilliyi olan uşaqların hüquqlarından danışaraq demişdir ki, ölkəmizdə bu sahəyə böyük diqqət yetirilir. Məhz bu sahədə dövlət siyasəti ilə yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır.

Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş 2009-cu il "Uşaq ili" çərçivəsində məhdud fiziki imkanlı uşaqlarla bağlı bir sıra əhəmiyyətli aksiyaların keçirildiyini qeyd edən komitə sədri respublikamızda yeni uşaq inkişafı sistemi və bu sahədə standartların qəbul olunması məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənildiyini vurğulamışdır.

H.Hüseynova komitənin bu ilin noyabrında II Uşaq Forumunu keçirməyi planlaşdırdığını da qeyd etmişdir.

Sonra konfrans müxtəlif mövzular üzrə sessiyalarla öz işini davam etdirmişdir.

İlk sessiyaya sədrlik edən Milli Məclis Sədrinin müavini Bahar Muradova əlillik məsələləri ilə bağlı müzakirə mövzularından danışmışdır. B.Muradova parlamentin bu istiqamətdə beynəlxalq qurumlarla əməkdaşlığının davam etdiriləcəyini bildirmişdir.

"Heydər Əliyev Fondunun məhdud imkanlı insanlar üçün infrastrukturunun inkişafı sahəsində fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edən Heydər Əliyev Fondunun eksperti İlqar Mustafayev bildirmişdir ki, Fond yarandığı gündən humanitar layihələri həyata keçirir, mədəni irsimizin təbliği, əlil uşaqlara qayğı göstərilməsi sahəsində mühüm addımlar atır. Bundan əlavə, Fond ölkəmizin bir çox bölgələrində görmə qabiliyyətini itirmiş və zəif görən uşaqların İnternet resurslarından istifadəsi üçün informasiya mərkəzləri yaratmışdır.

İ.Mustafayev vurğulamışdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın cəmiyyətdə yüksək humanizm prinsiplərinin bərqərar olunmasında müstəsna xidmətləri vardır. Onun sosial cəhətdən həssas əhali qrupları ilə bağlı həyata keçirdiyi qayğıkeşlik missiyası məhdud fiziki imkanlı uşaqları da əhatə edir.

Konfransda həmçinin "Əlillik sahəsində çalışan təşkilatların cəmiyyətin əlilliyi olan şəxslər üçün münasib olmasının təmin edilməsi prosesində iştirakı", "Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik və damğalanma halları insan hüquqlarının pozulması deməkdir", "İnklyuziv təhsil vasitəsilə inklyuziv cəmiyyət", "Əlillik hallarının erkən aşkarlanması və profilaktikası: beynəlxalq standartlar və səmərəli təcrübələr", "Əlilliyi olan gənclərin sosial həyatda iştirakının dəstəklənməsi", "BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası və onun əqli əlilliyi olan şəxslərə təsiri" və digər mövzularda məruzələr dinlənilmişdir.

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov