Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

Peşə təhsili müəssisələrində "Fərdi kompüter operatoru" peşəsi üzrə təlim aparan müəllimlər üçün seminar keçirilib

 

Azərbaycan Respublikası müstəqil dövlət kimi inkişaf etdikcə bütün sahələrdə qabaqcıl ölkələrin müsbət təcrübəsini öyrənir, yeni mütərəqqi cəhətləri tətbiq edir. Milli və bəşəri dəyərlər əsasında təhsilimiz yenidən qurulur. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil islahatı Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin qayğısı nəticəsində uğurla davam etdirilir. Hazırda təhsil sahəsində 16 dövlət proqramı tətbiq olunur. İslahatda əsas məqsəd Azərbaycan təhsilinin dünyaya inteqrasiyasını sürətləndirməkdir. Digər sahələrlə yanaşı, peşə təhsili sahəsində də bir neçə islahat proqramı həyata keçirilir.

19-21 sentyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə YUNESKO arasında "Azərbaycanda peşə təhsilinin inkişafı" üzrə birgə layihə əsasında peşə təhsili müəssisələrinin müəllimləri üçün 18 nömrəli Bakı Peşə Liseyində seminar keçirilib.

Seminarda işçi qrupları tərəfindən hazırlanmış "Fərdi kompüter operatoru" peşəsi üzrə 3 hissədən ibarət "Müəllim üçün vəsait", şagird üçün dərslik və nəzəriyyə kitablarının təlimdə tətbiqi ilə bağlı təqdimat olub.

Seminarda Bakı və respublikanın rayonlarındakı peşə təhsili müəssisələrində "Fərdi kompüter operatoru" peşəsi üzrə təlim aparan 20 nəfər müəllim iştirak edib.

Seminarı Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov açıb. Sonra Təhsil Problemləri İnstitutunun aparıcı məsləhətçisi Elxan Cəfərov proqram əsasında təlimlər təşkil edib.

Seminar keçirilən müddətdə onun iştirakçıları "Azərbaycan Respublikasının peşə təhsili sistemində həyata keçirilən kurikulum islahatı"nı zəruri edən səbəblərin iqtisadiyyatda baş verən qloballaşma; sürətli  dəyişkənlik; əmək bazarında rəqabətin  güclənməsi; yeni  tələblərə cavab verən işçi heyətin çevik hazırlanma sisteminin yaradılması; çevik təlim proqramlarının hazırlanmasına ehtiyac olduğunu qeyd ediblər.

Seminarın proqramının əsas məzmunu "Fərdi kompüter operatoru" peşəsinin kurikulumunun strukturu və məzmunu, yeni təlim strategiyaları, təlimin təşkilinə verilən tələblər, təlimdə forma və üsulların seçilməsi və əhəmiyyəti, təlimin planlaşdırılması zamanı illik  və gündəlik planlaşdırma, təhsil sistemində yeni qiymətləndirmə mexanizmləri, onun növləri (diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə, summativ qiymətləndirmə), onların aparılması qaydalarını və dərsliklərdən istifadə məsələlərini əhatə edib.

Təlimdə müasir kurikulumun təhsilalanın maraqlarına uyğun və nəticəyönümlülük xüsusiyyətlərinin real təlim-tərbiyə prosesində nələrdə əks olunması müzakirə olunmuş, müəllimin qarşısına qoyulan tələblər müəyyən edilib.

Təlim modullarının (təlim standartlarının) əsas tərkib hissələrinin peşə kurikulumunun strukturunda necə əks olunması araşdırılıb, müasir kurikulumun və ənənəvi tədris proqramlarının oxşarlığı və fərqləri qruplar şəklində müzakirə olunub.

Seminarda iştirakçılar təlim modulları anlayışının əsas mahiyyətini və onun əhəmiyyətini, onların tətbiqi zamanı hansı nəticələri əldə etmək imkanlarının yarandığını qruplarda praktik iş apararaq araşdırıb və konkretləşdiriblər. İştirakçılar "Funksional xəritə"nin quruluşunun tərkib hissələrini təhlil ediblər. Nəticədə ixtisas fənn müəllimləri modulların reallaşdırılması alqoritminin hər bir hissəsinin mahiyyətini müəyyən ediblər. 

Modulların reallaşdırılması alqoritmində müəyyən olunan təlim standartı məzmun və fəaliyyət komponentlərinə ayrılaraq onların praktik əhəmiyyəti qeyd olunub.

Sonra fəal təlimin xüsusiyyətlərinin təhlili aparılıb, ənənəvi dərslə müasir təlimin ümumi və fərqli cəhətləri araşdırılaraq fəal təlimin üstünlükləri müəyyən edilib.

Seminarda peşənin məzmununun təhsilalanlara çatdırılması məqsədi ilə müəllimlərin öz işlərinin planlaşdırılmasına yaradıcı yanaşmaları tövsiyə olunub.

Peşə üzrə nəzərdə tutulmuş vaxt baxımından illik və gündəlik planlaşdırmanın konkret misallarda dərsin məqsədlərini, standartların və  məzmunun, təlim metodlarının, resursların, öyrədici mühitin  və qiymətləndirmənin şagirdlərin idrak proseslərinin və şəxsi xüsusiyyətlərinin inkişafına necə təsir göstərəcəyinin nəzərə alınması yolları araşdırılıb.

Yeni dərsliklərə verilən tələblərin nəzərdən keçirilməsi və köhnə dərsliklərlə müqayisəsi üçün yeni dərslik komplektlərinin tərkib hissələri və strukturu ilə tanışlıq, müxtəlif peşələr üzrə dərsliklərin və metodiki vəsaitlərin nəzərdən keçirilməsi, onlara inteqrasiya olunması tövsiyə olunub. Müəllimin yaradıcılığının təmin olunması üçün bir çox tövsiyələr verilib.  

Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov