Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

BDU və ADNA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və ADNA-nın  rektoru, professor Siyavuş Qarayev imzalayıblar. İki təhsil ocağı arasında uzun illər əməkdaşlıq edildiyini, lakin bu zamana kimi rəsmiləşdirilmədiyini deyən akademik Abel Məhərrəmov dövlətin təhsil və elmə qayğısından danışıb. Müqavilənin əsas strategiyasının tələbələrin mobilliyinin artmasına imkan yaratmaq olduğunu bildirən rektor deyib ki, qlobal cəmiyyətə inteqrasiya etmədən öncə daxilə inteqrasiya etmək daha vacibdir. Rektorun sözlərindən məlum olub ki, müqaviləyə əsasən Boloniya prosesinə uyğun olaraq tələbələrin mübadiləsi və kreditlərin alınması, pedaqoji və elmi işçilərin, doktorantların müvafiq fakültələrdə, kafedralarda və tədqiqat laboratoriyalarında staj keçməsinin təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulub.

ADNA-nın  rektoru, professor Siyavuş Qarayev də müqavilənin əhəmiyyətindən və perspektivlərindən danışıb. Bildirib ki, müqaviləyə əsasən BDU-nun və ADNA-nın tələbələri hər iki ali təhsil ocağında müvafiq ixtisaslar üzrə oxuyub kredit ala  biləcəklər.

Rektorlar sonda qeyd ediblər ki, BDU və ADNA arasında imzalanan bu müqavilə Azərbaycan elminə, təhsilinə böyük dəstək və töhfələr verəcək.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov