Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

Böyük Britaniyanın təhsil ekspertləri ADU-nun rektoru ilə görüşüb

 

Sentyabrın 20-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Böyük Britaniyada təhsil üzrə fəaliyyət göstərən ekspert Ömür Yeginsunu və Londonun Uimbildon İngilis dili Məktəbinin marketinq meneceri İzabel Klarkla görüşdü.

Qonaqları salamlayan  Səməd Seyidov onları ADU-da  görməkdən məmnun olduğunu bildirdi.  Rektor universitet rəhbərliyini qonaqlara təqdim etdikdən sonra Böyük Britaniya ilə mövcud olan əlaqələrdən söz açdı. ADU-da beynəlxalq münasibətlərin prioritet təşkil etdiyini bildirən S.Seyidov Böyük Britaniya universitetlərilə ADU arasında olan əməkdaşlığın genişləndiyini vurğuladı. ADU-nun Böyük Britaniyanın  Esseks Universiteti  ilə əməkdaşlıq etdiyini bildirən rektor iki universitet arasında imzalanan müqavilənin şərtlərindən danışdı. Rektor  ADU-da təhsil alan tələbələrin I-II kursları bitirdikdən sonra təhsillərini Esseks Universitetində davam etdirərək ikili diplom alacaqlarını vurğuladı. Rəhbərlik etdiyi ali təhsil ocağının xarici əlaqələr sahəsində seçilən universitet olduğunu diqqətə çatdıran rektor bir çox ölkələrlə əlaqələrin günü-gündən artdığını diqqətə çatdırdı. TEMPUS proqramından danışan  Səməd Seyidov ADU-nun TEMPUS layihələrinə ev sahibliyi etdiyini qeyd etdi və  Avropa Birliyi proqramlarında əməkdaşlıq etməyin çox vacib olduğunu vurğuladı.

Qonaqlar da, öz növbəsində, ADU-da olduqlarından məmnun qaldıqlarını bildirdilər. Londonda təhsilin inkişaf istiqamətlərinin təkmilləşdirilməsi üzrə ekspert kimi fəaliyyət göstərən Ömür Yeginsu ADU-nun  Esseks Universiteti ilə əməkdaşlığının vacib olduğunu söylədi. O, Esseksin Britaniyanın nüfuzlu universitetlərindən biri olduğunu diqqətə çatdırdı. Xanım Ömür Yeginsu ikitərəfli münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın təkan verdiyini önə çəkdi. 

Görüşdə həmçinin gələcək əməkdaşlığın perspektivləri barəsində də geniş fikir mübadiləsi aparıldı.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov