Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - 37

 

"Babək və hürrəmilik (yalanlar və gerçəklər)" kitabının təqdimatı keçirildi

 

Sentyabrın 17-də Gəncliyə Yardım Fondunda "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Ceyhun Bayramlının "Babək və hürrəmilik (yalanlar və gerçəklər)" kitabının təqdimat mərasimi keçirildi. "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri, tanınmış  ziyalılar, gənc tədqiqatçılar və KİV nümayəndələri iştirak edirdilər.  Mərasimi "Oğuz"MAQ-ın rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu açaraq rəhbərlik etdiyi qurum tərəfindən artıq sayca beşinci kitabın ictimaiyyətə təqdim olunduğunu söylədi.  

Onların dəvətini qəbul edərək bugünkü təqdimat mərasimində iştirak etdiklərinə görə bütün qonaqlara öz təşəkkürünü bildirən çıxışçı "Babək və hürrəmilik (yalanlar və gerçəklər)" kitabı haqqında danışdı. Qeyd etdi ki, Babək barəsində ayrı-ayrı dövrlərin tarixi mənbələrində yazılsa da, bu şəxsiyyət hələ yetərincə öyrənilməyib. Əslində həmin qəhrəmanımız 50 milyonluq Azərbaycan türkünün mübarizlik və azadlıq təcəssümüdür.

Ölkə başçısı cənab İlham Əliyevin "Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında" 6 sentyabr 2011-ci il tarixli sərəncamını  yüksək qiymətləndirən V.Zifəroğlu bunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini, xalqımızın qəhrəman, tarixi  şəxsiyyətlərinə dövlət səviyyəsində göstərilən diqqətin təzahürü olduğunu bildirdi.  Çıxışçı bu gün geniş oxucu kütləsinə təqdim edilən "Babək və hürrəmilik (yalanlar və gerçəklər)" kitabının igidlik və qəhrəmanlıq mücəssəməsi olan Babək şəxsiyyətinin hər zaman tədqiqatçılarımız üçün maraq obyektində olduğunu, ona bəslənilən sonsuz ehtiramdan soraq verdiyini dedi. Qeyd edildi ki, Babək bəlkə də Azərbaycanın yeganə tarixi şəxsiyyətidir ki, o taylı-bu taylı hər bir azərbaycanlının qəlbində ona böyük məhəbbət, rəğbət hissi var. Bu baxımdan belə bir kitabın yazılmasına, Babək şəxsiyyəti haqqında əsl həqiqətlərin üzə çıxarılmasına ciddi ehtiyac var idi. Oxuculara təqdim olunan kitabın müəllifin uzunillik gərgin bir zəhmətinin bəhrəsi olduğunu söyləyən V.Zifəroğlu onun ictimaiyyət tərəfindən maraqla qarşılanacağına ümid etdiyini bildirdi.

Sonra çıxış üçün söz "Babək və hürrəmilik (yalanlar və gerçəklər)" kitabının müəllifi, tədqiqatçı Ceyhun Bayramlıya verildi. Müəllif yazdığı kitabın Azərbaycan tarixində Babək adlı şəxsiyyətin yenidən tədqiq olunması istiqamətində atılan addımlardan biri kimi dəyərləndirərək əsas məqsədinin qəhrəman haqqında əsl həqiqətləri üzə çıxarmaq, onun barəsində daha geniş məlumat vermək olduğunu dedi. Babək haqqında bu günə qədər çox yazıldığını, ancaq tarixi şəxsiyyətin olduğu kimi tanıdılmadığını  deyən Ceyhun Bayramlı bunun bir sıra səbəblərini açıqladı. Qeyd etdi ki, sovet tarixşünaslığı bir çox həqiqi qəhrəmanlarımızla yanaşı, Babək adlı tarixi şəxsiyyətimizi də yanlış şəkildə təqdim etmişdir. Xilafət sarayının yalan-palan yazmaqla məşğul olmuş tarixçilərinin və milliyyətcə fars olan digər yazarların zaman-zaman yazdıqları təhrif dolu kitablar azmış kimi, Babəkin apardığı mücadilənin mahiyyəti sovet dönəmində ən pis formada saxtalaşdırılmışdır. Onun al qırmızı bayrağı "əski kommunizm elementi" kimi dəyərləndirilmiş, Abbasilər sülaləsinin yürütdüyü siyasətə qarşı qaldırdığı üsyan "ərəb işğalına və İslama qarşı azadlıq hərəkatı"- deyə qələmə verilmişdir. Qəhrəmanı xalqa belə tanıtmışdılar ki, guya onun həyat amalı sinfi mübarizə olub və sırf sosial tələblər üzərində qurulmuş üsyana rəhbərlik edib. Əslində bu yanlış bir fikirdir. Müəllif bildirdi ki, Babəkin sinfi mübarizə aparmadığını təkcə bir faktla sübut etmək  yetərlidir. Bu da ona dəstək verən insanların bir çoxunun mülkədar, qala sahiblərinin olmasıdır.

C.Bayramlı əsərin ilk növbədə xilafət dövrünün saray tarixçilərinin və sovet tarixşünaslığının "Babək İslama qarşı vuruşub və o, kafir olub" fikrinin tamamilə yanlış olduğunu, onun və ətrafında mübarizə aparmış hürrəmilərin imanlı müsəlmanlar olduqlarını elə həmin ərəb-fars tarixçilərinin mənbələri əsasında sübut etdiyini söylədi. Müəllif Babəkin kimliyinə və hürrəmilik hərəkatına ənənəvi sovet konsepsiyası bucağından baxmağın səhv olduğunu, yeni bilgilərin onun müsəlman kimliyini daha çox ortaya çıxardığını bildirdi. O, kitabda ilk dəfə bir sıra tarixi mənbələrdən istifadə edildiyini deyərək daha sonra qəhrəmanın hansı amallar uğrunda vuruşmasından geniş söz açdı, Babək hərəkatı ilə bağlı diqqətdən yayınmış faktları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Çıxışda "Babək və hürrəmilik (yalanlar və gerçəklər)" əsərinin əsas qayəsinin hürrəmilik hərəkatının başlıca məqsədinin Azərbaycanda Abbasi xilafətindən asılı olmayan müstəqil Türk-İslam dövlətinin qurulmasını ictimaiyyətə göstərmək olduğu xüsusi vurğulandı. Ceyhun Bayramlının fikrincə, Babək hərəkatının tədqiqi  ilə məşğul olan tədqiqatçı kimi artıq çəkinmədən demək olar ki, dünya tarixində ilk türk-müsəlman dövləti  Babəkin qurduğu və 22 il ərzində hökmdarı olduğu Azərbaycan dövlətidir. Mənbələrdə bunu isbatlayacaq yetərincə fakt var. Babək zirvəsi öz-özlüyündə bu gün dünya  tarix elmində adları çəkilən Hannibal, Uilyam Uollas kimi tarixi şəxsiyyətlərin hər birindən qat-qat yüksək bir zirvədir. Bu mənada bütün türk dünyası özünün belə tarixi şəxsiyyəti ilə fəxr etməlidir.

Daha sonra müəllif kitabda Babək şəxsiyyəti, onun aparmış olduğu möhtəşəm mücadilənin həqiqi mahiyyəti ilə bağlı qeyd edilənlər, eləcə də mövzu ilə əlaqədar tarixi mənbələrdən təqdim olunan elmi faktlar və dəlillər, Babək və hürrəmilik haqqında tədqiqatlar aparmış tarixçi alimlərin və araşdırmaçıların fikirləri ilə tanışlıqdan sonra  əldə edilən elmi-məntiqi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.   

Çıxışında  Babək və hürrəmiliklə bağlı digər məqamlara da aydınlıq gətirən Ceyhun Bayramlı kitabın ərsəyə gəlməsində bu və ya  digər dərəcədə öz məsləhət, tövsiyələri ilə ona yardımçı olan bütün şəxslərə təşəkkürünü bildirdi. Müəllif tarixi şəxsiyyətlərimiz haqqında yazılan kitabların, elmi-tədqiqat əsərlərinin sayının çox olmasını arzulayaraq sonda tədbirdə iştirak edən qonaqlara minnətdarlıq etdi.

Sonra kitabla bağlı geniş diskussiya və fikir mübadiləsi aparıldı.

Çıxış üçün söz alan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri Məhəbbət Qarabağlı, Müslüm Qəzənfərov, Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov, həmin universitetin professoru Minəxanım Təkləli  və başqaları Azərbaycanda kifayət qədər istedadlı, yüksək biliyə malik gənclərin olduğunu deyərək bu kitabın da  məhz belə gənclərdən biri  tərəfindən yazılmasını alqışladılar. Çıxış edənlər  kitabın əhəmiyyətindən söz açaraq onun böyüməkdə olan uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayacağını bildirdilər. Qeyd olundu ki, bu əsər Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrini yazmış Babək şəxsiyyəti haqqında yeni baxış ortaya qoymaqla yanaşı, onunla bağlı əsl həqiqətləri aşkara çıxarmışdır.  Ceyhun Bayramlının uzunillik əməyinin bəhrəsi olan kitabın gələcək tədqiqatçılar üçün qiymətli mənbə rolunu oynayacağını söyləyən natiqlər əsərin, eləcə də Azərbaycan tarixi, onun qəhrəmanları ilə yaxından maraqlanan hər bir kəs tərəfindən rəğbətlə qarşılanacağına əmin olduqlarını dedilər.

Sonda "Babək və hürrəmilik (yalanlar və gerçəklər)" kitabı tədbir iştirakçılarına hədiyyə edildi. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov