Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - 37

 

Xarici mətbuat səhifələrində

 

Dmitri Medvedev: "Tələbələr təqaüdlərə ümid etməməli, həm də əmək fəaliyyəti ilə məşğul olmalıdırlar" 

Rusiya Prezidenti Dmitri Medvedev hesab edir ki, əgər tələbələr layiqli  yaşamaq istəyirlərsə, onlar təkcə tələbə təqaüdlərinə ümid etməməli, həm də əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. "Uçitelskaya qazeta"nın yazdığına görə, Rusiyanın regional universitetlərinin tələbələri ilə görüşündə Dmitri  Medvedev özünün qarovulçu işlədiyi tələbəlik illərindəki şəxsi təcrübəsindən də danışıb. "Hesab edirəm ki, dövlətin məqsədi təqaüdlərin ödənməsi olmamalıdır. Dövlətin belə bir imkanı yoxdur və əgər açıq danışsaq, dünyanın heç bir ölkəsində bu cür təqaüdlər  yoxdur. Bu, maddi yardım forması deyil, hansısa fərdi vəzifələrin həllinə xidmət edir",-deyə Medvedev bildirib.  Aldıqları təqaüdlərin  kifayət qədər az olduğunu söyləyən tələbələrə cavab olaraq dövlət başçısı etiraf edib ki, təqaüdlər   doğrudan da azdır, lakin bu, praktik olaraq həmişə belə olub. "Təqaüdlərin bütün mümkün elementar ehtiyacları ödəməsi məqsədi yoxdur, ola da bilməz. Bu, mümkün deyil. Əgər kimsə sizə desə ki, sovet hakimiyyəti illərində müavinətlər adamlara layiqincə yaşamağa imkan verirdi, onlara bunun cəfəng olduğunu söyləyin" deyən    Medvedev sovet dövründə tələbələrin işlə təmin olunmaq imkanlarının az olduğunu bildirib. O qeyd edib ki, hazırda bir çox tələbələr oxuduqları universitetlərdə, fakültələrdə işləyə bilər, biznes sahəsində də özləri üçün nəsə tapa bilərlər.

Sovet vaxtı kinoteatrda qarovulçu işlədiyini və aldığı 100 - 120 rüblla özünü varlı adam hesab etdiyini deyən Medvedev bəyan edib ki, əvvəllər olduğu kimi, tələbələrin işləmələri üçün imkanlar yaradılmalıdır. "Hər bir universitetdə 30-40 faiz tələbənin işləyə biləcəyi kiçik müəssisələr yaradılmalıdır" vurğulayan Medvedev bu yaxınlarda tələbələr üçün (7 min rubl), aspirantlar üçün (14 min rubl) Prezident təqaüdlərinin verilməsi barədə sərəncam imzaladığını deyib.

Medvedev rusiyalı tələbələrin yataqxanalarla təmin olunması probleminə toxunub və bu sahədə vəziyyətin acınacaqlı olduğunu deyib. Yataqxanaların on illər və hətta yüz il əvvəl tikildiyini deyən prezident qeyd edib ki, problemin həlli üçün tələbə şəhərcikləri tikiləcək, hakimiyyət orqanları isə şəhərciklərin tikilməsi üçün pulsuz yer ayıracaq.

Dmitri Medvedev tələbələrin elmi fəaliyyətini dəstəkləyəcəyini vəd edib. Elmi jurnallarda tələbə məqalələrinin çap olunması məsələsi görüşdə başlıca müzakirə mövzularından biri olub. Prezident universitetlərin nəzdində tələbələrin elmi  və tədqiqat işlərini dəstəkləyəcək xüsusi fondların yaradılmasını təklif edib.  "Problem mənə tanışdır, çünki mən özüm də aspirant olmuşam və təbii ki, dərc olunmaq istəmişəm" deyən Medvedev xatırladıb ki, sovet dövründə elmi jurnallarda çap olunmaq pulsuz idi. Bundan əlavə, ən nüfuzlu nəşrlər məqalə müəlliflərinə qonorar da ödəyirdi. Onun sözlərinə görə, hazırda isə bəzi jurnallar nəşrə görə tələbələrdən pul almağa cəhd edirlər.

Harvard Universitetindən bahalı uşaq bağçası 

Amerikalılar öz övladları üçün ölkənin ən bahalı uşaq bağçalarına pul əsirgəmirlər. Nyu-York sakinləri ölkənin ən dəbdəbəli uşaq bağçası kimi şəhərdəki Trinity School əsasında fəaliyyət göstərən uşaq bağçasını seçirlər. Hər il minlərlə valildeyn öz uşaqlarını məhz bu bağçada ilk təlim-tərbiyə alması üçün ərizə verir. Məlumata görə, adıçəkilən uşaq bağçasına müsabiqə Harvard Universitetindən belə yüksəkdir. Ərizə verənlərin yalnız 2,4 faizi öz uşaqlarının bu bağçada ilk biliklərə yiyələnməsinə nail ola bilir. Məktəbəqədər təhsil haqqı valideynlər üçün  nə az, nə çox - 36870 ABŞ dolları təşkil edir. Bağçanın saytında verilmiş xəbərdə bildirilir ki, müdiriyyət və tərbiyəçilər oxumaq istəyən, xoşbəxt uşaqları gözləyirlər.   Valideynləri ilə birlikdə müsahibədən keçən körpələri musiqi kabinetləri, kompüter laboratoriyaları, bağ, oyuncaq məkanı, yeməkxana, iki teatr, iki kitabxana, iki hovuz, üç oyun meydançası, məşq zalı və üç idman meydanı... (onların sayını artırmaq olar), gözləyir.  Gələn  ildən qiymətlərin bir qədər korrektə olunacağını bildirən müdiriyyət bağçanın "elitar təhsil müəssisəsi" adlandırılmasına etiraz edir.  

Almaniyanın təhsil sistemi tənqid olunur 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı özünün illik hesabatında Almaniyanın təhsil sistemini tənqid edib. Röyter agentliyinin məlumatına əsasən, Almaniyada son illərdə təhsil alan tələbələrin sayı rekord həddə - 2,2 milyon nəfərə çatıb. Lakin Almaniya Federativ Respublikasında əvvəllər olduğu kimi, çox az yüksəkixtisaslı peşəkar mütəxəssis hazırlanır.  "İnkişaf etmiş hər hansı digər sənaye ölkəsində təhsil səviyyəsi son 50 ildə bu cür ləng  inkişaf etməyib",-deyə hesabat müəlliflərindən, təhsil sahəsində ekspert Andreas Şlayxer bildirib. Onun sözlərinə görə, Almaniyada ali təhsilli insanların sayı bu dövr ərzində praktik olaraq dəyişməz qalıb. 55-64 yaş qrupuna malik insanlar arasında ali təhsillilərin sayı 2,46 milyon,  25-34 yaş qrupu arasında ali təhsillilərin sayı isə 2,48 milyon nəfərdir. AFR-də ali təhsillilərin artımı 200 min nəfər təşkil edib. Lakin digər sənayecə inkişaf etmiş ölkələrdə son onillikdə ali təhsilli insanların sayı ikiqat artıb. Onlara Cənubi Koreya və Yaponiya liderlik edir.   Almaniyada təhsilə ayrılan xərclər də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan digər ölkələrlə müqayisədə azdır. 

 

  "Müəllim andı" 

Tacikistanın Təhsil Nazirliyi təhsil işçiləri üçün "müəllim andı" işləyib hazırlayıb. Təhsil Nazirliyindən verilən məlumata görə,  əmək stajından asılı olmayaraq, respublikanın bütün təhsil işçiləri "müəllim andı" içəcəklər. Andın məzmunu belədir:

"Tacikistan Respublikası Konstitusiyasına əsaslanaraq,  pedaqoq kimi bütün məsuliyyətimlə and içirəm: bütün səmimiyyətimlə  təlim-tərbiyə işini həyata keçirəcək, həmkarlarım, şagird və onların valideynlərinin  şərəf və ləyaqətinə hörmət edəcək, neqativ hallarla mübarizə aparacaq, dözümlülük və səbir nümayiş etdirəcəyəm. Bütün hallarda pedaqoji müəssisənin tövsiyələrini qəbul edəcək və onlara əməl edəcəyəm".

Qeyd edildiyi kimi, "müəllim andı" TN-də hazırlanıb və o, "Tacikistan Respublikasının təhsil müəssisələrində pedaqoqun statusuna dair Tövsiyələr"də təsbit olunub. Sənəd yeni dərs ilinin başlanmasına həsr olunub. Baxmayaraq ki sənəd "tövsiyə" xarakteri daşıyır, Tacikistan qəzetləri yazır ki, müəllim andı məcburi xarakter daşıyacaq. Paytaxt Düşənbənin Təhsil İdarəsinin başçısı Gulnora Baboyeva qeyd edir ki, and milli pedaqoji kadrların hazırlanmasında tərbiyəvi-vətənpərvərlik rolu oynamalıdır.  

Qeyd edək ki, Tacikistanda məmurlar üçün and artıq qüvvədədir. O, dövlət qulluğu haqqında qanunda əksini tapıb. Məmurlar qanunlara əməl edəcəklərini, vicdanla işləyəcəklərini,  dövlətin və xalqın maraqlarını hər şeydən üstün  tutacaqlarına and içirlər.

 

Özbəkistan İKT-nin tətbiqini genişləndirir 

2005-ci ildən başlayaraq Özbəkistanda təhsil sisteminin vahid informasiya şəbəkəsinin yaradılması layihəsinin həyata keçirilməsi  üzərində işlər uğurla davam etdirilir. Bu vaxta qədər ölkənin 9400-dən artıq məktəbi bu şəbəkəyə qoşulub. ZiyoNET adlanan şəbəkə  təhsil sahəsində ən son nailiyyətlərin, təcrübənin yayılmasına, təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.    ZiyoNET öz istifadəçilərinə təhsilin bütün mərhələləri, milli qanunvericilikdəki son xəbərlər, mühazirələr, elmi işlər, dərs vəsaitlərinin  elektron  variantları barədə məlumatlar təqdim edir.  Özbəkistan Təhsil və Elm Nazirliyindən verilən məlumata görə, şəbəkənin yaradılması qabaqcıl texnologiyaların milli təhsil sistemində geniş tətbiqinə yol açır. 

 

 

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov