Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

Ədəbiyyat fənn kurikulumu haqqında mülahizələr

 

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kurikulumu konseptual sənəd olmaqla ədəbiyyat təliminin məqsəd və vəzifələrini, təlim pillələri üzrə məzmun xətlərini və standartlarını müəyyənləşdirir. Sənədin layihə şəklində çap edilməsi biz ədəbiyyat müəllimlərinin onunla daha yaxından tanış olmağımıza, sənədlə bağlı fikirlərimizi bir-birimizlə bölüşməyə imkan yaratdı. Sənədin "Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri" bölməsində bugünkü sagirdlərin gələcəkdə vətən təəssübünü çəkən qeyrətli vətəndaş olmasında, müasir, humanist, demokratik  dünyagörüşlü gənclərin  yetişməsində  bədii söz sənətimizin rolu əhatəli olaraq əks etdirilmişdir. Sənədlə ilkin tanışlıqda yeniyetməlik və gənclik illərim gözlərim önündə canlandı. Belə ki, hazırda tədris etdiyim fənnin hələ məktəb illərindən həyata baxışımın, insanlara, ətrafımda baş verən hadisələrə münasibətimin düzgün formalaşmasındakı istiqamətini; söz ehtiyatına, rəvan nitqə, müstəqil düşüncəyə sahiblənməyimdə əvəzsiz köməyini və bununla da həyatımda əhəmiyyətli rol oynayaraq bu gün sevə-sevə tədris etdiyim fənn üzrə müəllim olmağımı qazandırmasını xatırladım.

Sənədin "Ədəbiyyat fənn kurikulumu və onun xarakterik cəhətləri" bölməsində hər bir şagirdin ümumi inkişafını, maraq və meyillərini nəzərə almaqla onun təhsili, tərbiyəsi və inkişafı üçün optimal şərait yaradılmasını, şagird bacarıqlarının inkişaf istiqamətlərini dəqiqləşdirməyi nəzərdə tutması fənn kurikulumlarının özəlliyidir. Bu, mənim təhsil aldığım illərdən (1980-1990) tamamilə fərqlənən struktur cəhətlərdir. Təqdir ediləsi haldır ki, Vətənimizin inkişafı üçün mühüm olan kamil, mükəmməl şəxsiyyətin formalaşdırılması sənəddə təhsilin əldə edəcəyi ən ali məqsəd kimi izlənilir. Şagirdlərin fərdi xüsusiyyətlərinə əsaslanaraq şəxsiyyətyönümlü təlim şəraitinin yaradılması, onlarda düşünmə, emosional və hərəki bacarıqların formalaşdırılması sənədin əsas qayəsini təşkil edir.

Bu, danılmaz faktdır ki, soy-kökünə bağlı, xalqının keçmişinə bələd olmayan insan yaxşı vətəndaş ola bilməz. R.Rzanın "Çinar" şeirində deyildiyi kimi:

Belə məğrur dayanmaqda haqlıyam,

Mən kökümlə bu torpağa bağlıyam.

Bu misraları oxuyan, ədəbiyyat dərsliklərində ədəbi nümunələrlə tanış olan şagird əxlaqi-mənəvi keyfiyyətlərə zaman-zaman yiyələnir. Ədəbiyyat fənn kurikulumu ədəbiyyat fənninin tədrisindən irəli gələn bu cəhətləri sadalayaraq rəsmi sənəd olmaqla yanaşı, fənni tədris edən müəllimlərə yol göstərən, məsləhət verən bir topludur. Buradakı məzmun xətləri ilə bağlı əsas və alt- standartlar təhsil pillələrini özündə əks etdirən ayna təsiri bağışlayır. Belə ki, müəllim bu sənədlə tanışlığında janrların, bədii təsvir və ifadə vasitələrinin şagirdlərin yaş səviyyəsinə, mənimsəmə potensialına uyğun olaraq sinifdən-sinfə necə dəyişdiyini, hansılara hər il bir daha qayıtmağın zərurətini əlavə vəsaitə ehtiyac olmadan görür. Məsələn, "Ədəbiyyat və həyat həqiqətləri" məzmun xəttinin ədəbi janrları, bədii təsvir və ifadə vasitələri ilə bağlı alt-standartların siniflər üzrə dəyişməsinə diqqət yetirək:

V sinif -  1.1.1. Müxtəlif vəznli şeirlərdə və sadə süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin mənalarını lüğətdən istifadə etməklə izah edir.

1.1.5. Müxtəlif vəznli şeirlərdə və sadə süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə) bədii təsvir vasitələrini (epitet, təşbeh) müəyyənləşdirir. 

VI sinif -  1.1.1. Müxtəlif vəznli şeirlərdə və süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) tanış olmayan sözlərin mənalarını lüğətdən, sorğu kitablarından istifadə etməklə izah edir. 

1.1.5. Müxtəlif vəznli şeirlərdə və süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir. 

Sənədin alt-standartlarında müşahidə olunan təqdirəlayiq cəhətlərdən biri də şagirdlərin bədii nümunələrdə tanış olmayan sözlərin müxtəlif axtarış mənbələrindən: lüğətdən, sorğu kitablarından, elektron lüğətlərdən, ensiklopediyalardan, İnternet məlumatlarından yararlanaraq tapılmasını tövsiyə etməsidir. Bu da sənədin ənənəvi metodları (lüğət, sorğu kitabı, ensiklopediya) inkar etmədən müasir təhsil texnologiyasını (İnternet, elektron lüğət, virtual ensiklopediya) vəhdətdə tutaraq öyrənməyə istiqamətləndirdiyinə gözəl bir nümunədir.

Bütün müsbət keyfiyyətləri ilə yanaşı sənəddə, mənim fikrimcə, müəllim üçün qaranlıq qalan, genişliyi ilə izah olunmayan bəzi məqamlar da var.

Ola bilər ki, sənəddə mənim üçün anlaşılmayan bəzi məqamlar digər müəllim yoldaşlarım üçün tam anlaşıqlıdır. İstərdim ki, ictimaiyyətin diqqət mərkəzində olan kurikulumların müzakirəsinə geniş yer verməklə bizlərə kömək etsinlər.

Sonda isə fikirlərimi bu sözlərlə bitirmək istəyirəm. Bir neçə il ərzində ərsəyə gələn ədəbiyyat fənn kurikulumunda yaradıcı əməyin, məsuliyyətli yanaşmanın izləri tam aydınlığı ilə görünür. Buna görə sənədin hazırlanmasına əmək sərf edən bütün şəxslərə minnətdaram. Bu sənəd müəllimlərə istiqamət verməklə yanaşı, tədris etdiyimiz fənnin Azərbaycan övladları üçün nə qədər zəruri olduğunu vurğulayaraq bizdən işimizə məsuliyyətlə yanaşmağı, durmadan, usanmadan öyrənməyi tələb edir.  

Könül  MUSTAFAYEVA,
Mingəçevir şəhəri 19 nömrəli
tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov