Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Sentyabr 2011 - �37

 

Taekvando üzrə Azərbaycan çempionu

 

İdmançılarımız parlaq qələbələri ilə bizi sevindirir, ölkəmizin adını beynəlxalq arenalarda şərəflə təmsil edir, üçrəngli dövlət bayrağımız möhtəşəm kürsülərdə dalğalandırılır. Belə idmançılardan biri də 13 yaşlı Nicat Fərəcovdur. O, taekvando üzrə 53 kq çəki dərəcəsində Azərbaycan çempionudur. Nicat Fərəcov idmanı çox sevir. 1997-ci ildə Bakıda anadan olub. Bakının Nərimanov rayonunda yerləşən 177 nömrəli orta məktəbin VIII sinif şagirdidir. Yaşıdlarından həmişə qeyri-adi istedadı və bacarığı ilə fərqlənən  Nicat taekvando ilə altı yaşından məşğul olur. Sonralar valideynləri bu idman növünə həvəsini görüb onu Bakının Nəsimi rayonunda yerləşən 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə qoyurlar. Nicat idman növünün sirlərini idman məktəbində taekvando üzrə peşəkar müəllimi Elmir Fərəcovdan öyrənməyə başlayır.  

- Nicat, səndə idmanın bu növünə həvəs hardan yarandı?

- Ailəmiz də idmanı çox sevir. Əmim Elmir Fərəcovun idmançı kimi uğurları məndə idmançı olmağa həvəs oyatdı. Hələ uşaq yaşlarımda həmişə əmimin idman formasını götürüb geyinmək istəyərdim. Onun qələbələrini görüb fərəhlənərdim. Həmişə istəyirdim ki, məni məşq zallarına aparsın. Günlərin bir günü əmim məni məşq  zalına apardı. Orda məşq edən idmançıların hərəkətlərinə diqqətlə baxardım. Bir dəfə uşaq vaxtında olan hadisə indi də yadımıza düşəndə gülürük. Əmim tezdən yeməyi yeyəndə həmin hərəkətlərin birini ona qarşı elədim. Onun çayı üstünə töküldü. Elə bildim ki, əmim mənə əsəbiləşəcək, ancaq belə olmadı. O, sevinərək dedi: "Sən bunu hardan öyrənmisən". Mənim zalda məşğul olan uşaqlardan bunu öyrəndiyimi bildi. "Taekvando ilə məşğul olsan sən güclü idmançı ola bilərsən", - dedi.

- Yarış zamanı hansı hissləri keçirirsən?

- Tatamiyə çıxanda ancaq qələbə qazanmaq haqqında düşünürəm. Çalışıram ki, heç bir səhvə yol verməyim, rəqib həmin anda bundan istifadə edə bilər. Tələsmədən rəqibin nə edəcəyi haqqında fikirləşirəm. Rəqibin ancaq gözlərindən onun nə edəcəyini bilmək olar. Ən böyük arzum olimpiya çempionu olmaqdır.

Nicat Fərəcovun qazandığı uğurlarda böyük zəhməti olan  əmisi, peşəkar və təcrübəli məşqçi Elmir Fərəcov yetirməsi haqqında bu fikirdədir:

- Nicatın məktəbdəki digər idmançılardan fərqi ondadır ki, bunda çox güclü qavrama və götürmə qabiliyyəti var. Məsələn, 2-3 il gələn idmançıların o müddətdə götürdüklərini Nicat 5-6 ayda mənimsəmişdi. Onlara qalib gəlirdi. Tatamidə onlarla sərbəst işləyirdi. Mən Nicata güvənirəm. Arzu edirəm ki, o, Avropa və dünya çempionu olsun. Hər bir məşqçi kimi mən də yetirməmin qələbəsinə sevinirəm. İnanıram ki, o, bütün ümidləri doğruldacaq və üçrəngli bayrağımızı beynəlxalq yarışlarda zirvələrə qaldıracaq.

Bakı şəhəri üzrə 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq -Gənclər İdman Məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan "Şotokan" Karate do Federasiyasının prezidenti, Ümumdünya Karate Federasiyasının Azərbaycanda baş təlimatçısı və karate üzrə 5-ci dan beynəlxalq qara kəmər ustası  Elçin Mehdizadə: - Sevindirici haldır ki, Azərbaycan bu gün beynəlxalq idman aləmində idman ölkəsi kimi tanınır. İdmançılarımız çempion olanda, üçrəngli bayrağımız Dövlət himnimizin sədaları altında zirvələrə qalxanda hər bir Azərbaycan övladı kimi mən də qürur hissi keçirirəm.

Bu gün təhsil sisteminin bütün sahələrində olduğu kimi, məktəbdənkənar müəssisələrdə də əsaslı islahatlar aparılmışdır. İdman məktəblərinin əsas vəzifəsi müasir tələblərə uyğun olaraq uşaq və yeniyetmələrin müxtəlif yaradıcılıq tələbatlarının təmin olunması, onların intellektual səviyyələrinin inkişaf etdirilməsi, dövlətçiliyə sədaqət, milli mənəvi dəyərlərimizə dərin hörmət ruhunda formalaşması, estetik hüquqi tərbiyələrinin, bədii və texniki yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər aparılır. Məktəbdənkənar təhsil müəssisələrinə daxil olan uşaq-gənclər idman məktəbləri şagirdlərlə qurduğu pedaqoji işi dərslərdən sonrakı vaxtlarda öz üzərinə götürərək, şagirdlərin maraqlarına uyğun həyata keçirirlər. Hər bir məktəbdənkənar müəssisə məktəblərlə daha sıx əməkdaşlıq əlaqələri qurmalı və şagirdlərin istək və maraqlarına uyğun daim yeniləşdirməlidirlər. Bu gün idman məktəbinin  Nicat Fərəcov kimi yetirmələri Azərbaycanın idman şərəfini qoruyaraq, ölkəmizi Avropa və dünya çempionatlarında layiqli təmsil edirlər.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov