Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Sentyabr 2011 - �38

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müsahibəsi Almaniyada "Qadın liderliyi - Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək" adlı kitabda dərc olunub

 

Bu günlərdə Almaniyada nüfuzlu "Hanseatic Lichthouse" nəşriyyatında Berlində fəaliyyət göstərən Siyasət və İctimaiyyət Beynəlxalq İnstitutunun direktoru xanım Kerstin Plevenin müəllifliyi ilə "Qadın liderliyi-Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək" adlı kitab nəşr olunmuşdur. Kitabda dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və tanınmış qadının məqaləsi və ya verdiyi müsahibələr dərc olunmuşdur.

Nəşrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müsahibəsi dərc olunmuşdur. Kitabın nəşrində məqsəd şəxsi və ictimai fəaliyyətlərində uğurlar qazanmış qadınların əldə etdikləri nailiyyətlərin sirlərini öyrənmək, eləcə də onların ictimai fəaliyyətlə bağlı dəyərli məsləhətlərini işıqlandırmaqdan ibarətdir. Nəşrdə Mehriban xanım Əliyeva ilə birlikdə dünyanın digər siyasi və ictimai xadimləri, o cümlədən Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Hillari Klinton, YUNESKO-nun baş direktoru İrina Bokova və digər şəxslərin müsahibələri və onlar haqqında yazılan məqalələr dərc olunmuşdur.

Mehriban xanım Əliyevanın müsahibəsində rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr, Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolu, Azərbaycanın dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olması və digər mövzularla bağlı məsələlər barədə geniş məlumat verilmişdir. Azərbaycanın birinci xanımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərindən bəhs etmişdir. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında təhsilə, o cümlədən qadınların təhsilinə mühüm əhəmiyyət verildiyini qeyd edərək dövlət qurumlarında, elmi müəssisələrdə və özəl sektorda çalışan qadınların sayının getdikcə artdığını vurğulamışdır. Mehriban xanım Əliyeva Azərbaycan qadınının tarixən ictimai həyatda daim fəal iştirak etdiyini qeyd etmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi kimi tanınmış Azərbaycan qadınlarının xalqımızın mədəni irsinə böyük töhfələr verdiyini qeyd etmişdir. Mehriban xanım Əliyeva belə bir maraqlı faktı da dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır ki, XIX əsrin ortalarında görkəmli ictimai xadim və şairə Xurşidbanu Natəvanın xeyriyyəçilik fəaliyyəti nəticəsində ilk dəfə olaraq Şuşada su təchizatı sistemi qurulmuş, 1990-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərmiş və Ermənistanın işğalı zamanı dağıdılmışdır.

Mehriban xanım Əliyevanın müsahibəsi beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov